Ana səhifə

Allahı bu dünyada nə üçün görə bilmirik?


YazdırSend to friend

 

Allahın bir adı da Nurdur. Nurani varlıqlar olan mələklərdən, günəş işığına və kainatı doldurmuş bütün şüalara qədər hər şey bu adın dəyişik təcəllilərini daşımaqdadır. İnsan gözü, bu dünyada, yalnız maddə aləmini görər. Nə öz ruhunu, nə əməllərini yazan mələkləri görə bilər, nə də şüalar aləmini.

İnsan gözü kainatda mövcud şüaların ancaq 2.5 faiz qədərini görə bildiyi açıqlanmışdır. Bu göz ilə bu aləmdə bütün nurani varlıqları yaradan Allahın görülməsini gözləmək, heç olmasa, fizika qanunlarına zidd bir anlayış olar. Mövzunun bir başqa istiqaməti də insanların bu dünyada imtahan vermələridir. Allahın görünməsi bu imtahan sirrinə ziddir. Bu dünyaya göndərilişimizin məqsədi Allahı tanımaq və ibadət etmək olduğuna görə və insanlar imtahanda olduqlarına  görə, əgər göz ilə görmə olsaydı o zaman hər kəs istər istəməz inanmaq məcburiyyətində qalar və imtahan sirri yox olar. Bədiüzzamanın ifadəsinə görə Əbu Cəhil kimi kömür ruhlular ilə Hz. Əbu Bəkir kimi almaz ruhlular eyni səviyyədə olardı.

Allahı gözümüzlə görməməmizin səbəbi, qüdrət və elmiylə hər şeyi əhatəsindən və ziddinin yoxluğundadır.

Axirətdə isə vəziyyət tamamilə fərqlidir. Cənnət əhlinin ruhları bədənlərinə qalib gələcəkdir. Burada kölgədə olan varlıqların əsli orada yaradılacaq. İnsan hər hərəkətləriylə cənnətə layiq və ondakı hər cür lütfkarlıqlardan faydalana biləcək bir varlıq olaraq cənnətə girəcək. Cənnətdə belə Allahı görmək hadisəsinin davamlı olmadığı üzərində düşünmək lazımdır.

Demək olar ki, cənnət əhli, Allahı görməyə nail olacaqları zaman ayrı bir hala girəcəklər. Necə ki, Allahı görməkdən qayıtdıqlarında ailələrinin onları tanıya bilməyəcəkləri hadisəsi də bunu göstərməkdədir.

 

 

Məmməd Qırxıncı

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz