Ana səhifə

Allahın adları müəyyən saylarda zikr edildiyi təqdirdə o adın mənası insanın xarakterinə təsiri ola bilər?


YazdırSend to friend

- Allahı zikr etmək Quranın əmridir. Allahı zikr etmək, Onun hər hansı bir adıyla ola bilər. İnsanlar müəyyən təkamülləri yaşayarkən, müəyyən adların zikrinə üstünlük verdikləri də doğrudur. Məsələn, Allaha qarşı məhəbbəti əsas alan aşiqlərin zikrləri daha çox Vədud adıyla olduğu kimi, təfəkkürü əsas alanların zikri də daha çox Hakim adıyladır. Bu da doğrudur.

 

- Lakin, Allahın əmr və qadağanlarına riayət etməkdən ibarət olan təqva vadisində bir payı olmayan kimsənin  "Quddus" adını zikr edərək mərtəbə qət etmə ehtimalını düşünmək doğru deyil. Əsl olan xüsus,  Allahın adlarını təkrar etmək deyil, bu adların göstərdiyi mənanın gərəyini yerinə yetirməkdir.

 

 

- Son olaraq bunu da ifadə edək ki, hər hansı bir ayəni və ya Allahın bir adını -müəyyən bir sayda- oxuyub zikr etmək, köhnədən bəri davam edib gələn bir İslami ənənədir. Namazlardan sonrakı zikrləri 33 dəfə oxunmasının əmr edilməsi, bir qisim səhabələr tərəfindən şəfa məqsədiylə Fatihə surəsinin -ayə sayına uyğun olaraq- yeddi dəfə oxunması və Peyğəmbərimiz (s.ə.s.) tərəfindən də -bunun doğruluğunun- təsdiq edilməsi hadisəsində də görüldüyü kimi, müəyyən saylar, müəyyən şifrələr saxlayan bir açar hökmündədir.



03-12-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz