Ana səhifə

Allahın hərəkəti adları hansılardır, nümunə verə bilərsiniz?


YazdırSend to friend

 

İlahi adlardan bir qisimi, hərəkəti adlardır. Yəni, bu adlar hərəkətə dayanır. Bəziləri isə hərəkəti deyildirlər. Məsələn, Vahid adı Allahın birliyini ifadə edən addır və hər hansı bir ilahi hərəkətə dayanmaz. Qədim adı da elə, o da Allahın əvvəli olmadığını ifadə edər və heç bir hərəkətə dayanmaz. Lakin, məsələn, Müzəyyin adı bəzəmə hərəkətindən qaynaqlanır. Həmçinin Musavvir adı da təsvir (surət vermə, şəkilləndirmə) hərəkətinə dayanır.

 

Cənabı Haqqın hərəkətləri sonsuzdur. Bu hərəkətlərdən bəziləri bunlardır: Xəlq (yaratma), tənzim (nizama qoyma), təkmil (kamala çatdırma), tənvir (nurlandırma), tərzik (ruzi vermə), əyhamda (ölümü vermə), əhya (həyat vermə), bas (öldürdükdən sonra təkrar diriltmə), inam (nemətləndirmə)...

 

Bu ümumi hərəkətlərin, belə demək olarsa, bir də alt şöbələri vardır. Bunlara baxıldığında, ilahi hərəkətlərin sonsuzluğu daha yaxşı aydın olar. Məsələn, tərbiyə bir hərəkətdir, amma saysız deyiləcək qədər çox şöbələri vardır. Bütün aləmlərin tərbiyəsindən, səmanın tərbiyəsinə, ərzin tərbiyəsinə, insanın tərbiyəsinə, gözün, qulağın, ağzın, mədənin tərbiyələrinə, qırmızı qan hüceyrələrinin, ağ qan hüceyrələrinin, bakteriyaların, mikrobların tərbiyələrinə qədər nə qədər fərqli tərbiyə tərzləri vardır.

 

Digər hərəkətlər də bu şəkildə düşünülə bilər.



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz