Ana səhifə

Allahın "kün" yəni "ol" əmrini necə anlamalıyıq?


YazdırSend to friend

"Ol" əmriylə əlaqədar ayələrdən ikisi:

Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol !” –deyər, o da (fövrən) olar. (Bəqərə Surəsi, 117)

 

 

Alimlərimiz buradakı ol əmrini, qüdrətin dərhal fəaliyyətə keçməsi olaraq açıqlamışlar. Eynilə, "Hər şeyin iç üzü Onun əlindədir" ayəsindəki əl sözünü, qüdrət olaraq təfsir etdikləri kimi, bu ol əmrini də yenə qüdrət və iradə olaraq təfsir etmişlər. Və bundan murad, "Allahın dilədiyi şeyin heç bir mane olmadan dərhal meydana gəlməsidir." demişlər.

 

Digər bir ayə isə:

 

Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu. (Al-İmran Surəsi , 59)

 

 

Bu ayədə keçən "ol" əmrinin mənasına bir dərəcə yanaşmaq üçün əşya haqqındakı bu təsnif etməyi diqqətə almaq lazımdır: Xəlq aləmi, Əmr aləmi. Bədən xəlq aləmindən, ruh isə əmr aləmindən. Xəlq aləmi bu hikmət dünyasında mərhələ mərhələ meydana gəlməkdə. Tədricən, yəni pilləli olaraq yaradılmaqda. Əmr aləmi üçün isə bu tərz bir yaradılış söz mövzusu deyil. O aləmdə hər şey bir anda bədən tapır. Ruh, dəyişik mərhələlərdən keçib sonunda o halı almış deyil. Birbaşa ruh olaraq yaradılmış. İnsan bədənində vəzifə görməyə başlaması da yenə bir anda.

 

Əvvəl torpaqdan yaradılan Adəm atamıza daha sonra "ol" əmrinin verilməsini Muhyiddini Ərəbi həzrətləri bu əmr qanunuyla izah edər: "Ol deyilincə olar kavlı şərifi, ruhun üflenişine işarədir. Və bunun, əmr aləmindən olduğuna işarədir. Əvvəldən bədənin yaradılışı kimi bir maddə və müddətə ehtiyac qalmadığını ifadə edər." buyurar.

 

Hidrogen və oksigen bir "ol" əmriylə su olmuşlar. İki zidd qütb bir əmrlə birləşmiş və tam fərqli bir şey olmuşlar. Yeyilən qida bir müddət sonra insan toxumu olar, yenə "ol" əmriylə. Bu əmr olmasa, yəni ilahi qüdrət yaratmasa qidanı insan etmək mümkünmü?

 

 

Bir anda insan etmək Allaha məxsus bir sənət. Eyni şəkildə sperma yaratmaq, onu haldan hala çevirmək və sonunda insan halına soxmaq da ayrı bir ilahi sənət. Bu hikmət dünyasında bu ilahi sənətlərin nümayiş edilməsi üçün "ol" əmri, "Son şəklini al." şəklində deyil də, "Bir sonrakı rəftarına gir." tərzində verilmiş olur.

 

 

Ol əmrinə ağıl çatdıra bilməyənlərin həyatları bu əmrin cilvələriylə aralıqsız qaynaşır.



17-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz