Ana səhifə

Allahın "kün" yəni "ol" əmrini necə anlamalıyıq?


YazdırSend to friend

"Kün" əmriylə əlaqədar ayələrdən iki misal:

"Göylərin və yerin mübdisidir. (Onları əvvəldən heç bir nümunəsi olmadan yaradandır.) Bir şeyin olmasını istəyincə ona yalnız ol deyər, o da olar. "(Bəqərə Surəsi, 117)

Alimlərimiz buradakı ol əmrini, qüdrətin dərhal fəaliyyətə keçməsi olaraq açıqlamışlar. Eynilə, "Hər şeyin mələkütü (iç üzü) Onun əlindədir" ayəsindəki əl təbirini, qüdrət olaraq təfsir etdikləri kimi, bu ol əmrini də yenə qüdrət və iradə olaraq təfsir etmişlər. Və bundan murad, "Allahın dilədiyi şeyin heç bir mane olmadan dərhal meydana gəlməsidir." demişlər.

 

Digər bir ayədə:

"Doğrusu Allah yanında İsanın məsəli, Adəm məsəli kimidir. Onu torpaqdan yaratdı, sonra ol dedi, o da oldu."

(Ali İmran Surəsi , 59)

 

 

Bu ayədə keçən "ol" əmrinin mənasına bir dərəcə yaxınlaşmaq üçün əşya haqqındakı bu təsnifatı  diqqətə almağ lazımdır: Xalq aləmi, Əmr aləmi. Bədən xalq aləmindən, ruh isə əmr aləmindən. Xalq aləmi bu hikmət dünyasında mərhələ mərhələ meydana gəlməkdə. Tədricən, yəni pilləli olaraq yaradılmaqda. Əmr aləmi üçün isə bu tərz bir yaradılış söz mövzusu deyil. O aləmdə hər şey bir anda bədən tapır. Ruh, dəyişik mərhələlərdən keçib də sonunda o halı almış deyil. Birbaşa ruh olaraq yaradılmış. İnsan bədənində vəzifə görməyə başlaması da yenə bir anda.

 

Əvvəl torpaqdan yaradılan Adəm atamıza daha sonra "ol" əmrinin verilməsini Muhyiddini Ərəbi həzrətləri bu əmr qanunuyla izah edər: "Ol deyilincə olar kavlı şərifi, ruhun üflənişinə işarədir. Və bunun, əmr aləmindən olduğuna işarədir. Əvvəldən bədənin yaradılışı kimi bir maddə və müddətə ehtiyac qalmadığını ifadə edər." buyurar.

 

 

Buna görə, "İnsan bir anda yaradılır." deyə bilərik. Amma, paltarı doqquz ayda tikilir. Digər varlıqlar da elə. Nüvələrdəki ilahi şifrənin təşəkkülü də ruh kimi bir anda, daha doğrusu vaxtsız yaradılar, amma toxumun ağac olması illər sürər.

 

 

Kün əmrinə ağıl çatdıra bilməyənlərin həyatları bu əmrin cilvələriylə aralıqsız qaynaşır.



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz