Ana səhifə

Allahın möcüzəvi nemətlərindən - bal.


YazdırSend to friend

Bal, gərək içində saxladığı vitaminlər və minerallarla, gərəksə strukturca xüsusiyyətləri səbəbiylə insanlar üçün tam bir şəfa xüsusiyyətindədir.
Balda, kalsium, kalium, maqnezium, natrium xlor, kükürd, dəmir və fosfor kimi minerallar, qlikoza, fruktoza kimi şəkərlər, B1, B2, B3, B5, B6 və C vitaminləri var. Allah, heç şübhəsiz balı insanların faydalanması üçün xüsusi olaraq yaratmışdır.
Allah, insanların bütün ehtiyaclarını bildiyi və onların Özünə şükr etmələrini istədiyi üçün bir çox xüsusi nemət yaratmışdır. Bunlardan biri də baldır. Balın kiçik bir böcək olan arı tərəfindən öz ehtiyacının ən az 10 misli olaraq çıxarılması, antibakteriyel olması və insanlar üçün şəfa xüsusiyyəti daşıması çox böyük möcüzələrdir. Allah, bal arısı ilə əlaqədar Quranda belə buyurmuşdur:
"Rəbbin bal arısına vəhy etdi: Dağlarda, ağaclarda və onların qurduqları çardaqlarda özünə evlər əldə et. Sonra meyvələrin bütünündən ye, beləcə Rəbbinin sənə asanlaşdırdığı yollarda get. Onların qarınlarından müxtəlif rənglərdə şərbətlər çıxar, onda insanlar üçün bir şəfa vardır. Şübhəsiz düşünən bir birlik üçün həqiqətən bunda bir ayə vardır." (Nəhl Surəsi, 68-69)
İndiki vaxtda arı məhsullarının; xüsusilə bal, arı südü, polen və arı qatranının, bir çox xəstəliyi müalicə etdiyi bilinir. Balın katarakt xəstələri üzərindəki sınaqlarında isə 2094 xəstədən 2002-sinin (%95) bal sayəsində tam olaraq yaxşılaşdığı açıqlandı. Arı qatranının hemoroit, dəri xəstəlikləri, qadın xəstəlikləri kimi bir çox xəstəliyə də yaxşı gəldiyi təsbit edildi.
Balın bir xüsusiyyəti də, şəkərə nisbətlə %40 daha az kalori ehtiva etməsidir. Bu xüsusiyyəti ilə bal, həm yüksək enerji verən, həm də aşağı kalorili olan yeganə qidalardan biridir.
Aşağı kalorili olan bu ləzzətli şərbətin bir başqa xüsusiyyəti də həzminin çox asan olmasıdır. Balın ehtiva etdiyi fruktoza, qlikoza çevrilə bilmə xüsusiyyətinə sahib bir şəkərdir. Bu sayədə bal, yüksək miqdarda turşu ehtiva etməsinə qarşı, mədəsi narahat olanlar tərəfindən belə rahatlıqla həzm edilə bilməkdədir.
Balın ayrıca, böyrəklərin və bağırsaqların rahat işini təmin edəcək bir quruluşu vardır. Bütün bunların yanında damar sərtliyi kimi təhlükəli narahatlıqlara qarşı qoruyucu xüsusiyyətə sahib olan bal, eyni zamanda bakteriya öldürücü xüsusiyyətə də malikdir. İlıq suyla qarışdırıldığında 7 dəqiqə kimi qısa bir müddətdə qana qarışan bal, bu xüsusiyyəti ilə bədənə şəfa paylama vəzifəsini ən yaxşı və ən sürətli şəkildə yerinə yetirər. Ayrıca bal, sulandırıldığında antibakteriyel amma toxulara zərər verməyən bir antiseptik ortaya çıxmış olar. Bunun xaricində balın içində antibakteriyel xüsusiyyətləri olan bir neçə kimyəvi maddə də var.


Allah Quranda belə buyurmuşdur:
"Görmürsünüzmü ki, şübhəsiz Allah, göylərdə və yerdə olanları əmrinizə amade etmiş, açıq və gizli sizin üzərinizdəki nemətlərini genişlədib-tamamlamışdır..." (Loğman Surəsi, 20)
Allah, Loğman Surəsindəki ayədə bildirdiyi nemətlər kimi, arını da bütün bu şəfa verici xüsusiyyətləriylə insanoğlunun əmrinə vermişdir.
 



19-01-2010 12:00:00