Ana səhifə

Allah'ın pis bildiyi bir qul ölüncə, insanların yaxşılıqla yad etməsindən ötəri afv edilib cənnətə girəcəyi, mənasını verən bir hədis vardırmı? Belə bir şey ola bilərmi, bu hədis səhihmidir?


YazdırSend to friend

Əvvəl hədisin-bizcə-doğru tərcüməsi belədir:

"Əbu Hüreyrə nəql edir; Rəsulullah (sallallahu aleyhi və səlləm) Rəbbindən nəql edərək-belə buyurdu:

"Hər hansı bir müsəlman qul ölər də yaxın qonşularından üç ev xalqı onun yaxşılığına şahidlik edərsə, Allah da belə buyurar:" Mən bu bəndələrimin-öz bildikləriylə əlaqəli olaraq-etdikləri şahidliyi qəbul etdim və (onların bilməyib də) mənim bildiyim şeyləri (qulumun qüsurlarını da ) bağışladım, "(Əhməd b. Hənbəl, 2/384, 408).

Başqa bir hədis rəvayətində bu məna daha açıq olaraq belə ifadə edilmişdir:

"Hər hansı bir müsəlman qul ölər də yaxın qonşularından dörd ev xalqı onun lehində şahidlik edərsə, Allah da belə buyurur: "Mən sizin bildiklərinizə əsaslanaraq onun haqqında etdiyiniz şahidliyinizi qəbul etdim və sizin bilmədiyiniz (qüsurlarını da) bağışladım, " (Əhməd b. Hənbəl, 3/242).

Hafiz Heysəmi bu hədis rəvayətinin səhih olduğunu söyləmişdir. (Bax. Zəvaid, 3/4).

Hz. Ənəs`dən (Allah ondan razı olsun) gələn bəzi rəvayətləri Buxarî də bildirmişdir. Bu rəvayətə görə, səhabənin yanından keçdiyi bir cənazə haqqında tərifləyici şeylər söylədilər, bunun üzərinə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm "vacib oldu" deyə buyurdu. Sonra başqa bir cənazənin yanından keçdilər və onun haqqında pis şeylər söylədilər, bunun üzərinə Peyğəmbərimiz (s.ə.s.) yenə "vacib oldu" buyurdu. Hz Ömər, "Ya Rəsulullah! Vacib olan nədir?" deyə soruşduqda, Peyğəmbərimiz (s.ə.s.)

"Bunu xeyirlə yad etdiniz, ona cənnət vacib oldu; bunu da pisliklə yad etdiniz ona da atəş / cəhənnəm vacib oldu. Siz Allah`ın yer üzündəki şahidlərisiniz. " buyurdu. (Buxari, cənâiz, 86).

Şəxsən Hz.Ömer (Allah ondan razı olsun) 'dən nəql edilən bir rəvayətdə isə "Dörd adamın-hətta üç və ya iki adamın-yaxşılığına şahidlik etdiyi kimsənin cənnətə gedəcəyinə" dair bir məlumata yer verilmişdir. (Buxari, a.k.ə),

İslam alimləri bu kimi hədislərdən bu nəticələri çıxarmışdır:

a, Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm'in söz mövzusu ifadələri, xeyr sahibi üçün cənnətin, pislik işləyən üçün cəhənnəmin vacib olduğunu göstərməkdədir. Buradakı vacib ilə nəzərdə tutulan o şeyin sabit olmasıdır. Çünki bu, həyata keçməsinin doğruluğu baxımından vacib olan şey kimidir. Əslində Allah üzərinə heç bir şey vacib olmaz. Savab vermək tamamilə onun lütfü, cəzalandırmaq ədalətidir. O, etdiklərindən sorğuya çəkilə bilməz.

b. Bəzi alimlərə görə, hədisdə ifadə edilən vəziyyət yalnız buradakı iki ölüyə xasdır. Çünki onların cənnətlik və cəhənnəmlik olmaları qeybi bir mövzudur. Əfəndimiz sallallahu aleyhi və səlləm Allah`ın bildirməsi ilə bunu bilmişdir. Hz. Peyğəmbər (s.ə.v.) burada yalnız Allah`ın ona bildirdiyi hökmü xəbər vermişdir. Ancaq İbn Həcər, Müslimdə yer alan "Siz kimi xeyirlə yad edərsinizsə ona cənnət vacib olar." şəklindəki hədisi dəlil gətirərək bu görüşün doğru olmadığını, Hz. Peyğəmbər (s.ə.s.) "Siz yer üzündə Allahın şahidlərisiniz." sözüylə səhabəyə və iman mövzusunda onlarla eyni xüsusiyyətdə olanlara səsləndiyini ifadə etmişdir. (İbn Həcər, Fəthul-bari, 3/229).

c. İbnü't-Tin, "Bu şahidlik, səhabəyə məxsusdur, çünki onlar-digər insanlardan fərqli olaraq daim hikmətlə danışarlar" fikirini nəql etdikdən sonra belə demişdir: "Şübhəsiz ki, bu, etibarlı və müttəqi (Allah` dan qorxan, günahlardan və bütün pisliklərdən özünü çəkmək , təqva ilə əməl etmək,) olan bütün kəslər üçün etibarlıdır. "

d. İmam Nəvəvi də hədisdə ifadə edilən cənnət və cəhənnəm hökmünün özəl, xüsuzi olduğuna işarə edərək belə demişdir: "Elə aydın olur ki səhabənin pis bir şəkildə andıdığı adam münafiqlərdəndi," Mən (İbn Həcər) deyirəm ki: Əhməd İbn Hənbəlin, səhih bir sənədlə Əbu Qətadədən rəvayət etdiyi "Səhabənin pis bir şəkildə yâd etdiyi adamın namazı qılınmadı, digər adamın namazı qılındı." şəklindəki hədis də bu nəticəyə aparmaqdadır (a.k.ə),

e. Bir ölünün yaxşı və ya pis olduğuna dair edilən şahidlik ancaq ədalətli, təqva sahibi, saleh, dürüst və fəzilət əhli olan kəslər tərəfindən edildiyi təqdirdə, bir dəyər ifadə edər. Hər cür qərəz və həsəd edə bilən fasiq kəslərin şahidliyi etibarlı deyil. Səhabələr bu xüsusiyyətləri daşıdıqları üçün şahidlikləri məqbul sayılmışdır.

Sanki onların bu könüllü və səmimi şahidlikləri, Allah`ın ilhamına məzhər (layiq) və iman nuruyla baxan və "Intaq-ı bilhaq" (Haqqın söylətməsi, Cənab-ı Haqqın danışdırması, İnayət-i Haqq ilə həqiqəti olduğu kimi dilə gətirmək) növündən olan bir şahadətdir, Bununla yanaşı, səhabənin leh və ya əleyhdəki bu şəhadəti şəriətin zahiri hökmlərini göz önündə tutan və o kəslərin yaxşı və ya pis əməllərinə olan aşinalıqdan doğan bir şahadətdir. Başqa insanların ölü haqqındakı şahadətləri belə maddi-mənəvi müşahidələrdən uzaq olduğu üçün hər zaman məqsədəuyğun olmaya bilər. (bax, a.k.ə, 3/229-230)

Yekunlaşdırsaq, Müsəlmanların öz ölüləri haqqında kin ya da sevgidən qaynaqlanmayan şahidliklərini Allah hesaba qatar. Buna görə də Allah Rəsulu sallallahu aleyhi və səlləm Əfəndimiz:

"Ölülərinizin yaxşı tərəflərini anın," (Tirmizi, Cənaiz 34) buyurmuşdur.

Hüsnü- şəhadətdə və hüsnü-zənndə olmağın günahı yoxdur. Ancaq bu məsələdə ifrat etmək və təkrar-təkrar söylətmək doğru deyil.



02-08-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz