Ana səhifə

Allahın Quddüs adını çox təkrar etmək, beynimizi açar?


YazdırSend to friend

  Edilən duaların edilən zikrlərin və çox təkrar edilən Əsməyi Hüsnanın mütləq savabı vardır. Ancaq bunlardan əldə ediləcək nəticələri almanın da müəyyən qaydaları olmalıdır. Onları yerinə yetirməyən, istədiyi nəticəyə çata bilməyəcək.

   Allahı zikr etmək Quranın əmridir. Allahı zikr etmək, hər hansı bir adla ola bilər. Məsələn, Allaha qarşı məhəbbəti əsas alan aşiqlərin zikrləri daha çox Vədud adıyla olduğu kimi, təfəkkürü əsas alanların zikri də daha çox Hakim adıyladır. Bu da doğrudur.

  - Lakin, Allahın əmr və qadağanlarına riayət etməkdən ibarət olan təqva vadisində bir payı olmayan kimsənin sırf "Quddus" adını zikr edərək mərtəbə qat etmə ehtimalını düşünmək doğru deyil. Məsələ, bu adları təkrar etmək deyil, bu adların göstərdiyi mənanın gərəyini yerinə yetirməkdir. Mövzumuzla əlaqədar olan Quddus adının bizdən istədiyi şey, Allaha üsyan etməkdən meydana gələn çirklərdən uzaq dayanmaq, maddi ətrafını təmiz tutmaq, təmiz bir şəxsiyyət qazanmaq, başqasına qarşı dürüst davranmaq kimi tərtəmiz, gözəl bir şəxsiyyət sərgiləməkdir.

   Hərəkəti olaraq, ətrafımızı təmiz tutmadığımız zaman, -dilimizlə gündə min dəfə Quddus adını çəksək- maddi olaraq bu təmizliyə bir faydamız olmadığı kimi, mənəvi ətrafımızı günahlarla, qəflətlərlə həqiqətən çirklədib, ondan sonra bir neçə dəfə Quddus adını çəkməklə bu çirklərdən xilas olacağımızı düşünmək, nə din nə də məntiq baxımından düz deyil.

-     Maddi təmizlik üçün, mütləq əlimizə bir süpürgə alıb yerləri təmizləməmiz lazım olduğu kimi, mənəvi təmizlik üçün də, əvvəl tövbə və istiğfar süpürgəsini dilimizə alıb qəlbimizin çirklərini təmizləməmiz, ardından da qəlbin zəmininə Quddus adının əks olunması olan mənəvi təqva xalçasını sərməmiz və bu xalça üzərində oturub iman və əməl naxışlarını hörməmiz lazımdır.



03-12-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz