Ana səhifə

Allahın qüdrətinə görə, bir atom yaratmaqla bütün bir kainatı yaratmaq arasında fərq olmadığı mövzusunda ağlı təmin edəcək bir şərh edərsiniz?


YazdırSend to friend

Allahın varlığı vacibdir, sifətləri sonsuzdur və bütün əşyanı örtmüş, əhatə etmişdir. Varlıqlar isə varlıq mərtəbəsi etibarilə mümkün qrupuna girərlər və hər şeyləriylə məhduddurlar. Vacibin mümkünü, sonsuzun məhdudu yaratması son dərəcə asandır. Burada az ilə çoxun böyüklə kiçiyin fərqi yoxdur. Həm, Allahın sifətləri mühitdir, yəni təcəlli istiqamətiylə hər şeyi əhatə etmiş, örtmüşdür. Bu örtmə sahəsi içində az ilə çox, böyük ilə kiçik fərq etməzlər.

 

Allahın varlığı vacib, məxluqatın ki isə mümkündür. Bu mahiyyət fərqliliyi asanlığın ən böyük bir səbəbidir. Vacibin varlığı öz şəxsindəndir, əzəli və əbədidir. Mümkün isə Allahın yaratmasıyla varlıq sahəsinə çıxar, bu yaratma olmazsa yoxluqda qalar. Bunun üçün mümkünü "varlığıyla yoxluğu bərabər olan" şəklində təsvir edərlər. Mümkünlə Vacib arasındakı bu mahiyyət fərqliliyinin asanlığa necə səbəb olduğunu bir nümunəylə şərhə çalışaq:

"İnsan" ilə "yazı" arasında sonsuz deyiləcək qədər böyük bir mahiyyət fərqliliyi vardır. Bundandır ki, insan bir yazını rahatlıqla yazar və silər.

Əşyanın böyüklükləri, kiçiklikləri, az və çox oluşları bir-birlərinə görədir və öz aralarında etibarlıdır. İlahi elm azla çoxu, böyüklə kiçiyi bir bildiyi kimi, ilahi qüdrət də bunları eyni asanlıqla yaradar, bədənə gətirər.

Allahın bütün sifətləri sonsuzdur. Sonsuza görə az ilə çoxun fərqi olmaz. Riyaziyyatda, sonsuzdan biri də bir milyardı da çıxarsanız geriyə yenə sonsuz qalar. Bu anlayış üçün bir ilə milyard fərq etməz.

Və Allahın sifətləri mühitdir, yəni təcəlliləriylə bütün əşyanı örtmüşdür. Günəş bir şəhərin hamısını işıqlandırdıqdan sonra artıq onun üçün göydələnlə katejin, ağcaqanadla qartalın, qarışqayla insanın bir fərqi qalmaz. İşığıyla hamısını əhatə etdiyi, örtdüyü üçün hamısını eyni asanlıqla işıqlandırar. Bütün insanları o şəhərdən köç etdirsəniz günəşin işi asanlaşmayacağı kimi, mövcud əhalinin  yüz qatı qədər insanı başqa ellərdən qonaq gətirsəniz onu yora bilməzsiniz. Çünki onun işığı şəhərin hamısını örtmüş, içinə almışdır.



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz