Ana səhifə

Allahın qullarına mərhəməti nədir?


YazdırSend to friend

Heç düşündünüzmü; Həzrəti Allah (cc) qullarını nə qədər sevir, cəhənnəmə getməmələrini nə qədər istəyir?
 
İstəsəniz sözü uzatmadan bir qüdsi hədisin xatırlatmasına bir nəzər salaq, sonra digər misallara keçə bilərik.

Rəbbimizin ən çox sevdiyi şey nədir, bilirsinizmi?

Qüdsi hədisdə belə bildirilir:
- Rəbbimiz qulunun işlədiyi əməlləri içində ən çox tövbəsini sevər.
- Niyə?
- Çünki tövbə edən qul cəhənnəmdən xilas olar. Rəbbimiz də qulunu cəhənnəmdən qurtaran əməli çox sevər.

Hətta bir ana, balasını atəşə atmağı necə istəməzsə Rəbbimiz də qulunu cəhənnəmə atmağı  istəməz.
Necə ki, bir dəfə səhabələrdən biri bir uşaqlıq xatirəsini izah edərkən demişdi ki:
- Kolluqda gəzərkən tapdığım bir quş yuvasından balaları götürüb qucağıma qoymuşdum. Tam bu əsnada balanın anası başımda gəzməyə başladı, ağrıdım, balaları buraxmaq üçün ehramımı açmağa çalışdığım vaxtda quş dərhal qucağımdakı balasının yanına qondu, qanadlarını balaları üzərinə gərib gözləməyə başladı.

Əfəndimiz (s.ə.v.s)`in buna sualı belə oldu:
- Bu ananın balasına bu qədər ağrıması sizi heyrətəmi saldı?
Əfəndimiz (səv) bunu əlavə etdi: - Heç şübhəniz olmasın Allah (cc)`ın qullarına ağrıması bu ananın ağrımasından (müqayisə qəbul etməyəcək dərəcədə) çoxdur.

Bir dəfə qadının biri uşağını itirmiş, dəli kimi oraya-bura qaçır, balasını axtarır, tapdığı xarici uşaqları da bağrına basıb dərhal orada əmdirirdi.
Qadının bu həyəcanını görən Əfəndimiz (s.ə.v.s.) yanındakılara;
- Beləsinə şəfqətli bu qadın heç balasını atəşə atarmı, deyə soruşdu.
- Atmaz! dedilər.
Əfəndimiz (s.ə.v.s.) də təsdiq etdi;
- Mən də elə bilirəm, atmaz, dedikdən sonra buyurdu ki:
- Belə Allah (cc) də bu qadından çox-çox mərhəmətlidir. Qullarını atəşə atmaz, onlar özlərini atəşlik əməlin içinə atmadıqca!

Bəli, bəli. Allah (cc) qullarını atəşə atmaz, qullar özlərini atəşlik işin içinə atmadıqca!
Bir səfərdən dönülürdü. Fasilə verilmiş, bir qadın da od yandıraraq hazırlıq etməyə başlamışdı. Odun alovları yüksəlincə qadın qaçışan uşağının oda düşməsindən qorxduğu üçün dərhal onu bağrına basdı və oda düşməsi halındakı dəhşəti də təsəvvür edərək buna ürəyinin dözə bilməyəcəyini xəyal edib orada olan Əfəndimizə (səv)a dönərək soruşdu:
- Sən Allah (cc)`ın peyğəmbəri deyilsənmi?
Əfəndimiz (səv) də;
- Heç şübhən olmasın, buyurdu.
Bunun üzərinə qadın belə dedi:
- Allah (cc)`ın qullarına olan mərhəməti bir ananın balasına olan mərhəmətindən daha çox deyilmi?
Əfəndimiz (səv):
- Heç şübhən olmasın elədir, buyurunca qadın:
- Elə isə bir ana balasını oda atmaz, deyə sızlandı.
Əfəndimiz (səv)`ın gözləri yaşayardı da buyurdu ki:
- Uca Allah (cc) ancaq özünə üsyan edənləri atəşə təyin edər.
Demək olar ki, Allah (cc) qullarını atəşə atmağı əsla istəmir, sonsuz mərhəmət və şəfqəti atəşi tələb etmir. Ancaq qullar dürüst hərəkət etmir, hökmən atəşlik işlər edir, bəzilərinə zülm edir, haqsızlıq da var, Yaradanına isə üsyandan geri qalmır, beləcə öz əməlləri ilə özlərini oda atdırırlarsa bu da qulların öz seçimləri...



17-01-2012 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz