Ana səhifə

Allahın sifətlərinin hər şeyi əhatə etdiyini necə anlaya bilərik?


YazdırSend to friend

 

Allahın bütün sifətləri mütləq, sonsuz və mühitdir. Mütləq, o sifətlərə bir başqa sifətin maneə törətməsinin düşünülə bilməyəcəyi, yəni Onun qüdrətinin fəaliyyətini bir başqa qüdrət maneə törədə bilməyəcəyi mənasını verər. Sonsuz olmaları isə, o sifətlər fəaliyyət göstərməklə onlarda bir azalma olmayacağı mənasını verməkdədir. Nə qədər çox əşya yaradırsa yaradsın qüdrəti yenə sonsuzdur.

Mühit isə, İlahi sifətlərin bütün əşyanı əhatə etdiyini ifadə edər. Əlbəttə, sonsuz qüdrət bütün əşyada iş görməklə onları əhatə etmişdir və bütün bu işlər bir elmlə icra edildiyindən elm sifəti də o əşyanı istiqamətiylə örtmüşdür. Yenə bütün bu fəaliyyətlər ancaq Allahın istəməsiylə olacağından iradə sifəti də yenə bütün əşyanı əhatə etmiş olar.

Allahın bütün sifətləri bütün əşyanı əhatə etmiş, yəni hamısını örtmüş, hamısını əhatə etmişdir. Şərhlərimizi bu sifətlərdən biri olan elm sifəti üzərindən edək: Elm, Allahın yeddi sifətindən biri. Biz bu qudsi sifətləri sayarkən həyatdan dərhal sonra elmi yad edərik. Varlıq aləmində təcəlli edən hikmət, inayət, rəhmət həmişə İlahi elmdən xəbər verərlər.

Əzəli və əbədi olan Allah, olmuş və olacaq hər şeyi əvvəli və axırıyla bilər. Allah, günəş və Ay etməyi, Mələk və cin etməyi, torpaq və su etməyi, insan və heyvan etməyi bilər. Daha saya bilməyəcəyimiz nə qədər əşyanı var etməyi də bilər. Onun, bir məxluqu yaratmasında əzəli elmlə, sonsuz qüdrət, bütün iradə və digər ilahi sifətlər birlikdə iş görərlər.

Allahın qudsi sifətləri məxluqatın sifətlərinə bənzəməz. Hər şeyin şəxsini də o var edir, sifətlərini də. İnsanın ruhu məxluq olduğu kimi, o ruhun bir sifəti olan elmi də məxluqdur. Məxluq olan bu məhdud elmlə, o elmi yaradanın əzəli  və sonsuz elmini kamalıyla anlamaq əlbəttə mümkün olmaz. Bizdəki elm, öyrənməyə, müşahidəyə, sınağa və təcrübəyə dayanar. Hamısı sonradan qazanılar. Əzəli elm üçün bunların heç biri söz düşünülə bilməz.

Səmasında çatılmayacaq qədər geniş və atomunda çatılmayacaq qədər dərin elm və hikmət cilvələri daşıyan bu kainat kitabını oxumaq üçün, insan çox baş yormuşdur. Bütün aləmlərin elmlə sanki qaynaşdığını heyrətlə görmüş və bu kitabın incə sirrinə tabe olmaq üçün nə qədər müşahidələr təqdim etmiş, nə qədər əsərlər ortaya atmışdır.

Bir kitabın hərfləri və sözləri kimi, bu kainat kitabındakı varlıqlar da özlərindəki sonsuz elm təcəllilərindən xəbərsiz olaraq vəzifələrini davam etdirərlər.

Saç kimin başında olduqlarını, ağaclar hansı dağda olduqlarını bilməzlər. Ulduzlar səmadan, balıqlar da dəryadan xəbərsizdirlər. Demək ki, hər şey bir bilənin elmiylə iş görər və bütün ehtiyacları o Alimin elm və hikmətiylə qarşılanar.

Qurani Kərim bu həqiqəti belə dərs verər: “Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməz?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!” (Mülk Surəsi, 14) Zaman çayında axan hər şey, Onun elmi və qüdrətiylə bu səyahətini davam etdirməkdədir. Samanyolu da ulduzlar da Onundur. Çaylar, balıqlar da. Qan ordusu da; al və ağ qan hüceyrələri də Onundur. Maddi ürəyin bu iki ordusu, mənəvi ürəkdəki İlham və vəsvəsədən xəbər verərlər. Bütün olub bitənlər  Ondan gizli deyil.

 

Alaaddin Bacar (prof. Dr.)

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz