Ana səhifə

Allahın zamandan uzaq olması nə deməkdir?


YazdırSend to friend

 

Allahın həm şəxsi əzəli, həm də sifətləri... Bizim isə şəxsimiz və sifətlərimiz sonradan yaradılmış... Əlbəttə biz onun nə şəxsini, nə də sifətlərini layiqiylə bilmərik, əzəli və zamandan uzaq oluşunu haqqıyla qavraya bilmərik... Necə qavraya bilərik ki, hələ zamanın nə olduğunu belə anlamış deyilik!..

 

Zaman nədir? Necə bir şeydir? Eyni anda o çay içində hər şey axır, amma nə üçün hər birinə fərqli təsirləri olur?.. Uşaqları gəncliyə apararkən, yetkinləri qocalığa, qocaları da ölümə aparır. Bu çay aşağı doğru axır yoxsa yuxarı doğru?

 

Şair, haqlı olaraq deyir:

Nədir zaman nədir?

Su yoxsa quş?

Nədir zaman, nədir?

Eniş yoxsa yoxuş?

 

Biz zamandayıq. Dünənimiz var, sabahımız var. Bunlar, ömür deyilən həyat vaxtının mərhələləri... Lakin, bu mərhələlər həmişə nisbi, yəni bir-birinə görə bu adları alarlar... Bu günümüz, iyirmi-otuz saat qədər əvvəl, "sabah" deyə yad edilirdi. Səhərə çıxdığımızda ondan danışarkən, "dünən" deyəcəyik. Keçmiş və gələcək zaman da dünən və sabahdan fərqli deyil. Hər gün, hər saat, hətta hər an ayrı bir aləm... Müəyyən bir anda kainatda cərəyan edən bütün hadisələr, bir an əvvəlinə və bir an sonrasına görə fərqli cədvəllər meydana gətirirlər. Elə isə, hər an bu aləmdə ayrı bir lövhə sərgilənir...

 

Zaman, sıra sıra düzülən bu cədvəllərdə oxunur, yaxud, bu cədvəllər zamanın içində toxunur. Zaman haqqında çox şeylər deyilmiş. Mahiyyəti nə olursa olsun, həqiqət budur ki, varlıqların hərəkətləriylə, baxmalarıyla, qonub köçmələriylə əlaqədar bir anlayış olan zaman, bütün aləmlərin Rəbbi və Xaliqi üçün ola bilməz. O, yaradılmış və yaradılacaq bütün əşyanı, əzəli elmiylə bilər.

 

Ayədə nə gözəl buyrulur:

 

"Yaradan bilməz olar? O lətifdir, hər şeydən xəbərdardır."

( Mülk Surəsi, 14 )

 

 

Bir kitaba baxan insan düşünməli ki, bu kitabdakı hər söz, hər sətir, hər hərf yazılmış. O halda bunları yazan şəxs, yazı cinsindən olmayan, sözə, hərfə oxşamaqdan uzaq biri olmalı!..

 

Bu dünyamız, bu bütün insanlar, heyvanlar, bitkilər zaman çayında dayanmadan axırlar... Ölümə, qiyamətə doğru yol alırlar. Bu çayı axıdan şəxs, əlbəttə zamandan uzaqdır. Yəni, onunla bağlı və qeydli deyil. Və bu çayda axanların heç biri, zamandan uzaq olmağı layiqiylə bilə bilməz.

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz