Ana səhifə

Allahu-Təalaya 99 adından başqa Padşah, Sultan, Rəbb, Mövla, Xuda kimi adlar söyləmək olar?


YazdırSend to friend

 

Allahın adları yalnız 99 olaraq məşhur olan gözəl adlardan ibarət deyil. Bu adlar digər adların mənalarını da ehtiva edən geniş əhatəyə malik olduqlarına görə əsas adlrı kimi zikr edilmişdir.

Kurtubi kimi bəzi alimlər Quranda bildirilən gözəl adlarla birlikdə Allahın 99 adından daha çoxunu işlətmişlər.

Sualdakı “Rəbb, Mövla” adları onsuz da Quranda açıq şəkildə işlədilir.

Xuda adı fars və kürd dillərində sahib, malik mənasını verib, Allahın hər şeyin sahibi olduğunu ifadə edir. Buna görə Allah üçün işlədilə bilər. Padşah kimi kəlmələrin işlədilib-işlədilməməsi haqqında alimlər arasında ixtilaf var. Bəzi alimlərin fikrincə, Quran və hədislərdə işlədilməyən adlarından istifadə etmək doğru deyil. Bəzi alimlər isə Allahın Zati-Akdesisə, uca sifətlərinə uyğun olan adların istifadəsini mümkün hesab edirlər. Bədiüzzaman Said Nursi də daxil olmaqla, alimlərin böyük əksəriyyəti bu fikirdədir. Belə ki, Bədiüzzaman Alalh üçün “Padişahi-Əzəli” ifadəsini işlətmişdir.

Bu cəhətə diqqət etmək lazımdır ki, bizim kimilərin üzərinə düşən Quran və hədislərdə keçən və ya etimad etdiyimiz böyük alimlərdən eşitdiklərimizdən başqa Allaha hər hansı bir ad söyləməkdən uzaq durmaqdır.

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz