Ana səhifə

\"Allahummə əni əuzu bikə ən uşrikə bikə şəyən. Allahummə əni uridu ən ucəddidə...\" deyə başlayan iman təzələmə dualarının mənası nədir?


YazdırSend to friend

 

"Allahummə əni əuzu bikə ən uşrikə bikə şəyən və ənə aləmi və əstağfirukə lima la aləm. İnnəkə əntəl allamul guyub."

Mənası:

"Allahım! Şübhəsiz mən bilərək hər hansı bir şeyi şirk qoşmaqdan sənə sığınıram. Bilməyərək işləmiş olduğum (şirk və səhvlərim)un səndən bağışlanmasını diləyirəm. Şübhəsiz ki bütün qeybləri (gizli şeyləri) ancaq sən bilirsən." (ət-Tərğıb və ət-Tərhib: 1/76)

"Allahummə əni uridu ən ucəddidəlimanə təcdidən bikavli; la ilahə illəllah Məhəmmədin Rəsulullah."

Mənası:

"Ya Rəbbi, 'la ilahə illəllah Məhəmmədin Rəsulullah' deyərək imanımı və nikahımı təzələyirəm."

"İmanınızı 'La ilahə illəllah' ilə yeniləyin" deyə bir hədis var? Varsa iman təzələməyi necə anlamaq lazımdır?

Bəli, Peyğəmbər Əfəndimiz (s.ə.s.) da, "İmanınızı ‘la ilahə illəllah' sözü ilə yeniləyin." buyurur. (Musnəd , 2/359; ət-Tərğib vət- Tərhib, 2/415)

İman, Allaha ürəkdən bağlılıqdan ibarətdir. Bizi Yaradanımıza bağlayan ən güclü bağdır. Küfr, inkar və ya şirk isə bu möhkəm bağın qopması və ya qoparılmasıdır. İman ürəyin əməlidir. Ürəkdə meydana gəlir və ürəyi nuruyla işıqlandırar. Küfr isə ürəkdə inancın və təsdiqin olmaması halıdır.

Cənabı Haqqın, zamanın və məkanın çarxları içində diyirlənib gedən möminləri "imana" çağırması nə qədər mənalıdır:

İmanın yenilənməsi bir əmrdir. Nisa' Surəsi 136-cı Ayədə: "Ey İman edənlər! Allaha iman edin." Həm də iman edənlərə əmr. Yəni imanınızı təqliddən çıxarın, imanınızı yeniləyin, imanın həddsiz mərtəbəsində tərəqqi edin … mənaları vardır.

Hucurat Surəsi 14-cü Ayədə: " (Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! buyurular.

Demək imanı təkrar edərək, bacarıq halına gətirmək, imanı ağıl, ürək, ruh kimi gözəlliklərə sirayət etdirmək lazımdır.

 

 

Hər vaxt "La ilahə illəllah" sözüylə imanını təzə tutan, Allaha bağlılığını yeniləyən, Yaradanı ilə əlaqəsini saxlayan kəslər, bütün bu fərqli ölçülərdəki mənfi və ya müsbət rəftarlar və hallar qarşısında daim ağıllı hərəkət etmə qabiliyyətlərini qoruyarlar. Çünki təzələnilmək surətiylə çatılan hər yeni iman; hər yeni aləmin, hər yeni girdabın, hər yeni böhranın, hər yeni mənfiliyin və hər yeni tərsliyin açarı hökmünə keçər, hər yeni həyata yeni bir nur gətirər. Bu iman nuru hər tərsliyin işığı və hər girdabın işıqlığı mahiyyətində təcəlli edər. (bax. Nursi, Məktubat 26-cı Məktub)

 

Demək, hər saat imanını təzələyənlər və Allaha olan bağlılığını diliylə və ürəyiylə təzə tutanlar, şeytanın bu görünməz girdablarından və fərq edilməz şərlərindən özlərini -Allahın icazəsiylə- qorumuş olarlar. Çünki dəyişən cəsəd, aləm və məkan daim təzələnilən bir imanı lazımlı edir.

 

Axıb gedən zaman, nə qədər pis olursa olsun; imanını təzələmə şüuru içində yaşayanlar zamanın pisliyindən və şərlərindən -inşallah- zərər görməyəcəkləri kimi, insanlara da yaxşı nümunə olacaqlar.

 

Süleyman Kösmənə

 



07-11-2009 12:00:00