Ana səhifə

Ana qarınında ölən uşaqlar üçün edilməsi lazım olan dini öhdəliklər nələrdir?


YazdırSend to friend

Sağ doğulub ölən uşağın adı qoyular, yuyulub kəfənlənər və namazı qılınar. Ölü doğulan uşağın adı qoyulur, yuyulub bir bezlə sarılar və cənazə namazı qılınmadan dəfn edilər.

Böyük bir Hənəfi alimi olan Kasani İmam Əbu Yusuf`dan nəqlən deyər ki:

"Ölü olaraq doğan uşaq yuyular və ad verilər. Lakin cənazə namazı qılınmaz."(Bedaiyu`s-Sanayi, I / 302)

Özündə həyat əlaməti olan (səs, nəfəs, hərəkət kimi ...) düşmüş uşaqların yuyulması vacibdir. Üzvləri tam təşəkkül etmiş, ölü doğan uşaq da yuyulur. Üzvləri tam təşəkkül etməmiş düşmüş uşaqlar isə, yuyulmaz. Bir bezə sarılıb adsız olaraq basdırılar. Cənazə namazı da qılınmaz.

Hənəfilərə görə:

Uşaq, doğumdan sonra bir səs çıxarıb da ölərsə, yəni doğulduğunda canlı olar və dərhal ölərsə, adı verilər, yuyulur və cənazə namazı qılınar. Ancaq heç yaşama işarəsi olmamışsa yəni ölü alaraq doğmuşsa ad verilər, yuyulur və bir bezə sarılaraq cənazə namazı qılınmadan basdırılır. (Vehbe Zuhayli, İslam Fiqhi, 3/60)

Böyüklərin qəbirində olduğu kimi uşağın da qəbirinin müəyyən olması üçün baş və ayaq uclarına daş qoyularaq təyin olunması lazımdır. Akika qurbanı kəsmək lazım deyil.

Şâfiîlər'ə görə isə uşaqda canlılıq əlaməti görülməzsə dörd ayı doldurmuş olması halında yuma, kəfənləmə və dəfn əməliyyatları edilər, cənazə namazı qılınmaz.

Hanbəlîlər'ə görə dörd ayı doldurmuş olaraq doğan bir uşaq yuyular və cənazə namazı qılınar.

Malikilər isə həyat əlaməti göstərməyən uşağın namazının qılınmayacağı fikirini mənimsəmişlər. Kəfənlənəməyəcək və cənazə namazı qılınamayacaq vəziyyətdə olanlar da bir qumaş parçasına sarılaraq dəfn edilir.



18-10-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz