Ana səhifə

Andını pozan birisi nə etməli ? Bunun kəffarəsi necə ödənilir ?


YazdırSend to friend

Etdiyi andı yerinə yetirməyib pozduğundan dolayı lazım gələn kəffarəyə and kəffarəsi deyilir.

“Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) məsul tutmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə məsul tutar. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz.” (Maidə surəsi, 89)

Andın kəffarəsi olaraq 10 fəqiri axşam və səhər olaraq gündə iki pay doyurmaq və ya geyindirmək cəhəti seçilir.

Kəffarə yemək və paltar olduğu kimi qarşılığı başqa bir şey də ola bilər. Kəffarə istər yemək və ya əvəzi (qiyməti) olsun, istər paltar və ya əvəzi olsun, hamısını birdən bir dəfədə bir kasıba vermək caiz deyil. Ancaq başqa kasıb tapmaqda çətinlik çəkirsə o halda eyni kasıba 10 gün ərzində hər gün sabahlı akşamlı doyacaq qədər yemək yada əvəzini və ya eyni kasıba hər gün bir paltarı vermək kafi gələr. Yəni kəffarə ödənmiş olar.

Bu kəffarə insanın yediyi və ya geydiyinin ölçüsündə hesablanar.

Buna edə bilmədiyi halda, 3 gün ard-arda oruc tutular. Bu orucların arasına heç bir manə girməməlidir. Girsə kəffarə pozular, yeni başdan tutulması lazımdır.

Bir mövzuda birdən çox and içib pozduğunda, bir dəfə kəffarə ödəyər. Ancaq and içib pozub sonra təkrar and içib pozan iki dəfə kəffarə ödəyər.

İki kəffarə üçün altı gün üst üstə oruc tutmaq lazım deyil. Üç gün üst üstə oruc tutmaq olan and kəffarəsini iki dəfədə yerinə gətirə bilər.

Şafiye görə and kəffarəsini ard-arda tutmaq məcburiyyəti yoxdur.

İstər and, istərsə də oruc kəffârətlərində ediləcək ilk iş bir kölə azad edilməsidir. Ancaq indiki vaxtda köləlik qalxdığı üçün bu maddənin tətbiqinə imkan qalmadığından zikr etməyə lüzum hiss etmədik.

Allah and, ya "vallah, tallahi, billahi" demək surətiylə Allah Təâlâ'nın zât isminə, və ya Rahmân, Rahîm kimi mübarək isimlərdən birinə, yaxud da izzət-i İlahiyyə, qüdrət-Rabbaniyə kimi zati sifətlərindən birinə and içilərək edilər.

Peyğəmbərlərə, Kəbəyə, Qur'ana və ya varlıqlardən hər hansı birinin başına və ya həyatına and içilməz.Yalnız bir görüşə görə, Qur'an, kəlam-ı İlahi olduğu üçün ona edilən and mötəbərdir.

"Kasem edərəm", "and içirəm", "Allah'a həmd olsun", "AllahTəâlâ ilə misakım (sözləşməm) olsun" kimi sözlər də and sayılır.

Halal bir şeyi özünə haram saymaq da, and sayılır. "Bu işi etsəm, bu şey mənə haram olsun." demək kimi ...

"Əgər bir daha siqaret çəksəm Allah etdiyim duaları, qıldığım namazları qəbul etməsin." şəklində andlar etmək doğru deyil.



08-09-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz