Ana səhifə

"Arş’" nə deməkdir?


YazdırSend to friend

ARŞ’: Hər bir varlıq və hər bir ünsürün mahiyyəti Allahın Arş’ıdir. Torpaq, su, qəlb, çiçək, ağcaqanad, inək, dağ, daş, yer, göy kimi varlıqların mahiyyətləri bir Arş’dır.

Bir padşah taxtına oturub ölkəyə necə hökm edirsə -təşbehdə səhv olmasın- Cənab-ı Haqq da ad və sifətləriylə varlıqların mahiyyətlərində təcəlli edib o varlıqlara hökm edir. Yəni hər bir varlığın mahiyyəti, Cənab-ı Haqqın taxtıdır (Arş’ıdir). Məsələn günəş aynaların içinə şüaları ilə nüfuz edər. Bir kresloya, bir taxta oturar kimi  şüaları ilə aynaların içinə oturub oraya hökm edər -təşbehdə səhv olmasın- Cənab-ı Haqq da hər bir varlıqda ad və sifətləriylə təcəlli edər, hər bir varlıq Onun ad və sifətlərinin bir Arş’ıdir və bir taxtıdır. Yəni bir çiçək Cənab-ı Haqqın Mücemmil (Gözəlləşdirici) adının Arş’ıdir. O adla o çiçəkdə təcəlli edər və o çiçək gözəlləşər. Bir albalı ağacı Onun Rəzzaq (Ruzi Verici) adının Arş’ıdir. O ad o albalı ağacında təcəlli edər, albalı bir ruzi olar. İnsan qəlbi bütün adlarının Arş’ıdir. Hər bir varlıq və hər bir ünsür Cənab-ı Haqqın ad və sifətlərinin hökm etdiyi bir taxtdır və ya bir Arş’dir.

Ancaq "Arş’-ı Azam" təbir edilən Böyük Arş’ isə, "Kainatın  daire-i âzamının  ünvanıdır." Arş’lərin Arş’ı, kainatın paytaxtı və mərkəzidir. Cənab-ı Haqqın, sərhədsiz hakimiyyəti və uca əzəməti ilə təcəlli etdiyi yerdir. Onun o Böyük Arş’ı, "kainatın və bütün varlıq aləmlərinin sağını, solunu, üstünü, altını əhatə etmiş və hökmü altına almışdır." Yəni başdan sona, sondan başa, içdən xaricə, xaricdən içə hər şeyi əhatə etmişdir.

Arş’, "yüksəklik, yüksək yer, tavan, çardaq. hökmdarın taxtı., səltənət," mənalarına gəlir.

Fahreddin-i Razinin ifadəsinə görə, İlahi əmrlərin ilk muhatapları(həmsöhbətləri) olan mələklərin olduğu aləm. Belə demək olarsa, bütün varlıq aləminin idarəsiylə, tənzimiylə əlaqədar hökmlərin mələklərə təbliğ edildiyi ülvi məqam.

Mahiyyətinin bilinə bilməyəcəyi mövzusunda bütün İslam alimləri ittifaq halındadır. Maddî və cismanî  nə qədər aləm varsa hamısı Kürsînin içində qalır; Arş’ isə Kürsînin üstündə.

Maddi aləmlər Kürsînin içində qalınca, Arş’’in Kürsîni əhatə etməsi, içinə alması, onun üstündə olması, əlbəttə cismen deyil. Bu necə bir üstünlük, necə bir kaplayıştır; bizim bunu anlamamız mümkün deyil.

Rəsulullah Əfəndimiz (Allahın Salamı və Salatı Onun üzərinə olsun) yeddi qat səmanın, Kürsînin içində, bir qalxanın içinə atılmış yeddi pul kimi qaldığını ifadə buyurmaqla, Kürsîni və Arş’ı anlamamızın mümkün olmadığını bizə dərs verirlər.

Bədiüzzaman Həzrətləri,

"Qəlb də bir Arş’dir, lakin mən də Arş kimiyəm deyə bilməz."1

buyuraraq, həm insana həddini bilmə dərsi verir, həm də Arş’lə əlaqədar bəzi sirlərin yenə insan qəlbində axtarılması lazım olduğuna işarə edir. Əlbəttə ki bu sirlər Arş’ın mahiyyətiylə deyil, varlığıyla əlaqədar ola bilər. Çünki Arş’ın mahiyyətinin naməlumluğu da qəlbdən oxunmaqda. Qəlbinin və ruhunun mahiyyətini bilməyən insan, Arş’ı anlama iddiasına necə cəhd edə bilər!?

Qəlbimiz Arş’a göstərici. Ruhumuz ruhlar aləmindən bir təmsilci. Bədənimiz, Kürsînin içindəki maddi aləmlərdən süzülmüş bir xülasə.

Ruhun bir sifəti (xüsusiyyət) olan həyat, bədənin hər nöqtəsində mövcud. Demək ki ruh, bu sifətiylə bədəni hər yanı ilə örtmüş , çevrələmiş, əhatə etmiş.(İnsanın bir üzvü kəsilərkən ruhu da kəsilmir)

Bir başqa sifəti elm. Ruh, saçdan da xəbərdar, ayaq barmağından da. Ağciyərin də vəzifəsini bilir, ağ qan hüceyrələrinin də... Demək ki ruh, elm sifətiylə də bədəni əhatə etmiş. Madam ki ruh bədəni beləcə əhatə etmiş vəziyyətdə, elə isə ruh və qəlb bədənin fövqündə, onun üstündədir. Lakin, ruhun bu qaplayışı, paltomuzun bədənimizi örtməsinə bənzəmədiyi kimi, onun bədəndən üstünlüyü də başın gövdədən üstünlüyü kimi deyil.

Kürsînin cismani aləmi içinə alması bəlkə hava ünsürünün bədənimizi əhatələyişinə bənzədilə bilər. Amma Arş’ın Kürsîni örtməsi və onun üstündə olması maddi heç bir misalla ifadə edilə bilməz. Onun  cüz’î bir misâli ruhun bədəni örtməsidir və bu qaplayış kimi, o qaplayış da insan idrakının çox  ötesindedir və bəşər ifadəsindən çox ucadır.

"İsm-i âzama məzhər olan Arş-ı Azama uruc (yüksəlmə) yolu, yetmiş min pərdədən keçər." 

"Cənnətin səkkiz təbəqəsi bir-birindən üstün olduqları halda ümumisinin damı Arş-ı Azamadır. "(2)

"Arş’; Zahir, Bâtın, Əvvəl, Âxir adlarının xalidə və qarışığıdır. "(3)

Arş’ bütün məxluqatdan əvvəldir. Bütün aləmlər, sistemlər onun altında cərəyan edərlər, parlayar sönərlər, doğular ölərlər. O isə onlardan əvvəl var olduğu kimi onlardan sonra da varlığını davam etdirər. Arş’ın varlığı bu görünən aləmin varlığından daha zahirdir, çünki bu aləmdə olan bütün fəaliyyətlər oradan idarə edilməkdədir. Bu, ruhun varlığı bədəndən daha zahirdir deməmiz kimidir. Yenə Arş’ın mahiyyəti naməlum, bu da onun Bâtın adına məzhər (Bir şeyin ortaya çıxdığı) olmasıdır. Bunun da ən gözəl örnəyi, ruhun mahiyyətinin bilinməməsidir.

İslam alimləri, Arş’ və Kürsî adlarının məcaz və təşbeh yönü olduğunu ifadə etməklə birlikdə, bu aləmlərin mövcud olduqlarına da xüsusilə diqqət çəkərlər. Yəni, tavan mənasını verən Arş’ı, kainatın maddi bir tavanı kimi düşünmək; taxt mənasını verən Kürsîni də bir padşahın səltənətini icra etdiyi maddi taxtı, yaxud bir alimin elmini nəşr etdiyi kürsükibi anlamaq kimi, bunları yalnız məcaz bilmək də doğru olmaz. Bu barədə bu gözəl örnəyi də verərək bizə xəbərdarlıq edərlər. Necə Kəbəyə beytullah yəni Allahın evi deyilməsi məcazdır, amma Kəbənin varlığı da bir həqiqətdir. Arş’ və Kürsîni də belə qiymətləndirmək və mahiyyətlərini də anlaşılmazb olaraq bilmək lazımdır.

 

Haşiyələr:

(1) bk. Lemələr, On Yeddinci Lemə.

(2) bk. Sözlər, İyirmi Səkkizinci Söz.

(3) bk. Məsnəvis(n)i Nuriyyə, Hubab.



22-03-2014 12:00:00