Ana səhifə

Ata-ana uşaqlarının qürbətə çıxmalarına mane ola bilərlərmi?


YazdırSend to friend

Ata-ananın həqiqətən də övlad üzərində haqqı çoxdur. Bir övladın ilk işi onların razılıqlarını qazanmaq, könüllərini almaqdır. Onları incidərək heç bir xeyirli iş görülməz, məqsədəuyğun hərəkət olunmaz.

Ancaq, əlbəttə bunun da bir sərhədi vardır. İşləmək, oxumaq və ya Həccə getmək kimi məqbul və halal işlərə ana-atanın icazə verməməsi halında vəziyyətə baxılır: ata-anaya baxılacaq qədər imkan hazırlanmış, övlada möhtac olmayacaq bir mühit təmin edilmişsə, ata-ananın belə bir səyahətə mane olmağa haqları olmaz.

Əgər, övlad ata-ananı baxıma möhtac halda buraxır, özünə möhtac vəziyyətdən qurtarmadan gedirsə, ona icazə verilməyə bilər. Bu təqdirdə övladın getməyə də haqqı olmaz.

Fetavayı-Kadıhanda, uşaq özünü qoruya bilməyəcək şəkildə kiçik yaxud başqa bir səbəbdən ötəri qürbətə çıxması yanlış isə, ata-ana ona mane ola bilərlər. Bu səbəblər aradan qaldırıldıqdan sonra gedə bilər, deyilir.

Ata hörmətdə, ana da xidmətdə birincilik ifadə edir. Bu baxımdan övlad ataya hörmətdə, anaya da xidmətdə qüsur etməməli, mümkün olduğu qədər, haqlı da olsa, onların qəlbinə dəyməməyə çalışmalıdır.



22-04-2011 12:00:00