Ana səhifə

Axirətə gedən, qayıdan var?


YazdırSend to friend

Gündəlik həyatımızda, axirətin varlığı haqqında dərin fikirləşməyincə çətin suallarla qarşılaşarıq. Bunlar "Görmədiyimə inanmam" boş sözünün arxasına sığınan materialistlərin, bir iman vadisini daha inkar üçün istifadə etdikləri, dövrünü çoxdan bağlamış sayıqlamalardır.

 

Bəli, insan ağıl və məntiqinin bir hadisəni hazır üçün qəbul edib də onu gələcək üçün inkar etməsindən daha qorxunc bir təzad düşünülə bilməz. Əslində axirətin varlığına dəlil olaraq içində yaşadığımız həyat kafidir. İkinci bir həyatın varlığını inkar edənlər, içində yaşadıqları həyatı inkar edə bilərlər? Edə bilməzlər.

 

Çünki; bir komandirin heç yoxdan bir ordunu yığıb əmri altına alması mı daha asandır, yoxsa vəzifəsini öyrənmiş, bir-biriylə tanış olmuş və istirahət üçün dağılmış bir ordunu təşkil edən əsgərləri, təkrar bir boru səsiylə bir araya gətirməsimi daha asandır? Hansı? Əlbəttə ikincisi. Bu misal kimi, Rəbbimiz, bizi yoxluq qaranlıqlarından çıxarıb, tərtəmiz bir aləmdə həyat dediyimiz neməti vermiş olduğuna görə, ölüncə eyni işin bir dəfə daha təkrarlanması necə qeyri-mümkün ola bilər. Üstəlik birincisinə görə daha asan deyilmi?

 

Həm bir yerdən və ya bir şeydən xəbər vermək üçün, o yerə getmək və ya o şeyi mütləq gözümüzlə görməkmi lazımdır? Astronomiya elmi bizə ulduzlardan, qalaktikalardan, bəhs etməkdədir. Kosmosda hələ işığı bizə çata bilməyən nə qədər ulduzlar vardır. Yaxşı buralara kim gedib, kim gəlmişdir?

 

Bu mövzu ilə əlaqəli olaraq Bədiüzzaman Həzrətləri belə deyər:

 

"Pərdəsi qeyb içindəki aləmi axirətə aid mənzilləri dünya gözümüzlə görmək və göstərmək üçün, ya kainatı kiçildib iki vilayət dərəcəsinə gətirməli, və yaxud gözümüzü böyüdüb ulduzlar kimi gözlərimiz olmalı ki, yerlərini görüb, təyin edək. Axirət aləminə aid mənzillər bu dünyəvi gözümüzlə görülməz" 

 

Bu dünyanın ölçülərinə görə çalışan insan ağlı, hər nə qədər mahiyyət və ölçüləri başqa olan bir aləmi haqqıyla idrakdan aciz isə də, varlığı haqqında həddsiz dəlillər olub isbat edildiyi üçün, axirəti mümkün görməkdədir. Ağlan mümkün olan bir şeyin varlığı da xəbər yoluyla reallaşar. Bütün peyğəmbərlər və kitablar axirətin varlığını xəbər vermiş və insanın öldükdən sonra təkrar dirilərək, bu dünya həyatında etdiklərindən hesaba çəkiləcəyini xəbər vermişlər. Müqəddəs kitabımız Qurani Kərimdə də axirət həyatı, dünya həyatından bəzi misallar, bir sıra təşbehlər gətirilərək ən mükəmməl bir tərzdə izah edilmişdir. Bu izahat da axirətin, Cənnət və Cəhənnəm mənzillərinin dünyaya bənzədiyindən deyil, başqa cür tam mənasıyla bu həqiqəti anlamamız mümkün olmadığındandır.

 

Üstəlik Əfəndimiz (s.ə.v.) də, Mirac Gecəsində gedib görmüş və gəlib xəbər vermişdir. İndi varlığı haqqında bu qədər möhkəm dəlillər sıraladıqdan sonra, inkar edənlərə soruşuruq: Siz hara gedib baxdınız da görə bilmədiyinizdən ötəri yoxluğuna hökm edirsiniz? Dəliliniz nədir? Madam inkar edirsiniz, inkarınıza dəlil gətirmək məcburiyyətindəsiniz. Yox, yox demək nəyi həll edər?

 

İzah və isbat edənlərin, məlumatlar verib şübhələri rədd etdikləri bir iddianın, günəş kimi açıq bir həqiqətin qarşısında inkar ilə gözlərini bağlayanlar, ancaq özlərinə gündüzü gecə edərlər.



08-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz