Ana səhifə

Axirətə imanın, digər iman şərtlərindən fərqi nədir?


YazdırSend to friend

 

İslamda Allaha imandan sonra ən böyük iman şərti axirətə imandır. Çünki;

 

Digər bütün iman əsasları bir baxımdan axirətə baxar. Yəni onlar, axirət həyatına baxan cəhətiylə əhəmiyyətlidir.

 

a. Məsələn, Qurana iman etmək, Allaha imandan sonra insanların ən çox möhtac olduğu axirət həyatını müjdə verdiyi üçün çox qiymətlidir. Axirət müjdəsini verməyən bir kitabın, insanlar üçün nə qədər qiyməti olar?

 

b. Məsələn, Mələklərin varlığı -insan üçün- axirətə istiqamətli əməllərini yazdıqlarından əhəmiyyətlidir. Qəbirə girərkən o qəribə məmləkətdə bizə rəhbərlik edəcəkləri üçün əhəmiyyətlidir.

 

c. Məsələn, peyğəmbərlərə imanın ən əhəmiyyətli yanı, onların insanları əbədi cəzadan qurtaran əbədi bir həyatı müjdə vermələridir.

 

d. İnsanlarda -yaradılışdan var olan- iki əhəmiyyətli ehtiyac qaynaqları vardır. Bunlardan birincisi: istinad nöqtəsidir: Aciz, kasıb, möhtac, gücsüz bir varlıq olan insanın -bir mikrob, bir virusdan bir zəlzələyə qədər- özünə hücum edən minlərlə düşmənə qarşı tək dayaq nöqtəsi, hər şeyi görən, hər şeyə gücü çatan Allaha imandır. İkincisi isə, düşdüyü haqsızlığın aradan qaldırılacağı, etdiyi yaxşı işlərinin qiymətləndiriləcəyi, aşiq olduğu əbədi bir həyata girəcəyi, itirdiyi bütün qohum və dostlarına qovuşacağı bir yer olan axirətə iman qədər insanın ağlını, vicdanın qurdalayan başqa bir məsələ yoxdur.

 

 

Özü iman edib nəfsi iman etməyən bir insan cənnətə gedəcək? Nəfsin imanı qəbul etməməsi, adamı imandan çıxarar?

 

- Həqiqətdə, insanın nəfsi, insanın özü, insanın ruhu mənasına da gəlir.

 

 "Nəfsin  iman etməməsi" ifadəsinə, məcazi və tasavvufu bir məna yüklənmişdir. Yəni, bir insanın ağlı və ürəyi tam bir təslimiyyət içərisində olduğu halda, nəfsinə bəzi vəsvəsələr keçirə bilər. Şeytanın təbliğləri qarşısında, şübhə kimi görünən bəzi hallar meydana gələ bilər. Lakin, iman ağlın və ürəyin məhsulu olduğundan, nəfsin bu mövzuda laqeyd qalması, imana zərər verməz, deməkdir.

 

Necə ki, Allah Təala, Qurani Kərimdə Yusuf (ə.s.)in dilindən nəfsin pislikləri işləməyi, həva və həvəsi istiqamətində Allahın əmrlərinə müxalif çıxmağı arzuladığını və sahibini buna yönəltmək üçün məcbur etdiyini bildirməkdədir: "Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!” (Yusuf Surəsi, 53).

 

İmanla əlaqədar mövzunu xatırladacaq, əməllə əlaqədar bir nümunə verməkdə fayda görürük. Məsələn, ağılımız və ürəyimizdəki imanımızla gündə beş vaxt namaz qılmaq lazım olduğuna inandığımız halda, nəfsimiz, şeytanın təbliğləriylə və tənbəllik qulağıyla vicdanın dərinliklərindən qopub gələn bu qulluq səsini eşitmək istəməyə bilər və onu lazımsız görə bilər. İnsanın ürəyində iman olduğu zaman, nəfsin bu boş sözü, onu imandan çıxarmaz. Halbuki əgər, imanı olan ürək və ağlıyla namazı kiçik görsə, dindən çıxmış olar.

 

- İslamdan xəbəri olduğu halda, imansız  bir kimsə, tövbə etməyib imansız olaraq ölsə -ölüm şəkli nə olursa olsun- əsla cənnətə girə bilməz, qalacaq tək yeri əbədi cəhənnəmdir.  Ayə və hədisləri təməl istinad alan əhli sünnənin etiqadı budur. "Allah, vətən uğrunda -lakin kafir olaraq- ölən kimsəyə rəhmət nəzəriylə baxar" demək, Allaha böyük bir böhtandır.

 

Ancaq islamdan xəbəri olmayanların vəziyyəti fərqlidir.

 



07-11-2009 12:00:00

Düğüme özel