Ana səhifə

Axirətdə hər kəs öz camaatıyla, öz müəlliminin arxasında olacaq?


YazdırSend to friend

Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük (xurma çərdəyinin yarığındakı tel) qədər haqsızlıq edilməz.İsra, 17/71) tərcüməsindəki ayədən "camaatların da bağlı olduqları şeyx və müəllimləriylə, bələdçi və öndərləriylə birlikdə məhşərdə olacaqlarını anlamaq mümkündür.

 

- Təbii ki, bu imamlar yaxşı ola bildiyi kimi pis də ola bilərlər. Hz. Məhəmməd (s.ə.s.), ümmətinin ətrafında halqalandığı bir imam/bir lider olduğu kimi, küfrün öndərləri də özünə bağlı olanların öndərləridir.

 

Necə ki, "Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər. (Ənbiya, 21/73) tərcüməsindəki ayədə peyğəmbərlərin xeyirli öndərliyi qeyd edilərkən,  "Onları (Firon və əsgərlərini) insanları alova çağıran öndərlər etdik." (Qəsəs, 2(41) tərcüməsindəki ayədə də, Firon və əsgərlərinin pis öndərliyinə işarə edilmişdir.

 

- Bu ayələrin ifadələrindən bunu anlaya bilərik. Məhşərdə insanlar, kiçikdən böyüyə doğru dəyişik qruplar halında öz liderlərinin yanında olarlar. Bu kiçik camaatlar isə, öz liderləriylə birlikdə bir parçası olduqları ən böyük liderin başında olduğu ən böyük camaatın içində olarlar.

 

Məsələn, deyilə bilər ki, Dörd Məzhəb mənsubları əvvəl öz imamlarının öndərliyində, sonra da öndərlərin öndəri Hz. Məhəmməd (s.ə.s.)ın bayrağı altında toplanan İslam ümmətinin camaatında iştirak edərlər.



22-11-2009 12:00:00