Ana səhifə

"Axır zamanda, sizin ən yaxşınız uşağı olmayandır." deyə bir hədis oxudum. Bu hədisin səhih olub olmadığını bilmək isteyirəm? ..


YazdırSend to friend

"Axır zamanda sizin ən yaxşınız, uşağı olmayandır." mənasında bir hədis vardır. Hədisdə keçən "xafifü'l-haz" sözü, axır zamandan bəhs edən hədis-i şəriflərdə keçməkdədir. Qiyamət günü hesabı asan olacaq olanlar üçün istifadə edilən bir ifadədir. Ancaq bu rəvayətin zəif bir hədis olduğu ifadə edilir. (Əhməd b. Hənbəl, Müsnəd, V. 252; Tirmizi, Zühd, 35; İbn Macə, Zühd, 4)

Hədisdə keçən "xafifü'l-haz" sözünün mənası mal və uşaq-muşaq yükü az olan kimsə deməkdir. (İbnü'l- Əsir, ən Nihayə fi Qaribil-Hədis)

Başqa rəvayətlərdə ümmətin çoxluğu öyülmüş və çox uşaqlı olmaq təşviq edilmişdir. Bu baxımdan nəslin azalmasına səbəb olmaq doğru olmaz. Ancaq axır zamanda uşaq böyütmənin çətinliyini izah etmək üçün, o zamanın fitnələrinə diqqət çəkilmişdir.

Digər tərəfdən evlənməyən ya da evləndiyi halda uşaqları olmayan ailələr, bu və buna bənzər hədislərə baxaraq hesablarının daha asan olacağını ümid edə bilərlər.

Ancaq uşaqlarına lazımi olan dini və dünyəvi təhsili verib yaxşı yetişdirən ailələr də bunların qarşılığını alacaqdır. Elə isə hər rəvayəti öz məzmununda dəyərləndirmək və ona görə hökm vermək lazımdır. Hər Müsəlman dumuna və vəziyyətinə görə iki tərəfdən birini seçə bilər. Niyyətinə görə də savabını alar.



24-09-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz