Ana səhifə

Bərat Kandili


          Hədislərlə Bərat Qəndili

    Əbu Hureyrə (r.a)-dən rəvayət edildiyinə görə: Rəsulullah Sallallahu Əleyhi və Səlləm əfəndimiz belə buyurmuşdur:


    -"Şaban ayının on beşinci gecəsinin ilk vaxtında Cəbrayıl (ə.s) mənə gəldi; belə dedi:
    -"Ya Məhəmməd, başını səmaya qaldır. Soruşdum.
    -"Bu gecə necə bir gecədir? Belə izah etdi:
    -"Bu gecə, Allahı Təala, rəhmət qapılarından 300-nü açar. Özünə şirk qoşmayanları dərhal bağışlayar. Məgər ki, bağışlayacağı kəslər cadugər, kahin, həmişə şərab içən, faizçiliyə və zinaya davam edən kəslərdən olsun. Bu kəslər tövbə edənə qədər, Allahı Təala onları bağışlamaz.

    Gecənin dörddə biri keçdikdən sonra, Cəbrayıl yenə gəldi və belə dedi: "Ya Məhəmməd başını qaldır. Bir də baxdım ki, cənnət qapıları açılmış.
    Cənnətin birinci qapısında da bir mələk dayanmış belə səslənir: "Necədə xoşbəxtdir bu gecə rüku edənlər.
    İkinci qapıda da bir mələk dayanmış belə səslənirdi: "Necədə xoşbəxtdir Bu gecə səcdə edənlər".
    Üçüncü qapıda dayanan mələk də belə səslənirdi: "Necədə xoşbəxtdir Bu gecə dua edənlər." 
    Dördüncü qapıda dayanan mələk də belə səslənirdi: -"Necədə xoşbəxtdir Bu gecə, Allahı zikr edənlər".
    Beşinci qapıda dayanan mələk də belə səslənirdi: "Necədə xoşbəxtdir Bu gecə Allah qorxusundan ağlayan kəslər."
    Altıncı qapıda dayanan mələk də belə səslənirdi: "Necədə xoşbəxtdir Bu gecə Müsəlmanlar." 
    Yeddinci qapıda da bir mələk dayanmış belə səslənirdi: "Günahının bağışlanmasını diləyən yoxmu ki, günahları bağışlansın.
    Bunları gördükdən sonra, Cəbrayıla soruşdum: "Bu qapılar nə zamana qədər açıq qalacaq?
    Belə dedi: "Ya Məhəmməd, Allahı Təala, bu gecə, Kəlb qəbiləsinin qoyunlarının tükləri sayı qədər kimsəni cəhənnəmdən azad edər."



    - Hz. Aişə Radıyallahu Ənhə izah edir: "Rəsulullah Sallallahu Əleyhi və Səlləm buyurdular ki: "Allah Təala Həzrətləri, Nıfsı Şaban gecəsində dünya səmasına enər və Kəlb qəbiləsinin qoyunlarının tükünün sayından daha çox sayda günahı bağışlayar."

Berat Gecəsi`nin Mahiyyəti və Əhəmiyyəti

İllik bir proqram çərçivəsində icra edilən ticari fəaliyyətlər, il sonunda o proqramın əsaslarına görə nəzarət və təftiş edilər, mənfəət və zərər hesabları müəyyən olunar. Dəqiq hesabın təsbitindən sonra da gələcək ilin proqramı hazırlanaraq son şəklini alar. Hər il təkrar edilən bu nəzarət və təsbit əməliyyatları sayəsində, iqtisadi həyatda sabit və sağlam bir irəliləmənin təmin edilməsi mümkün olar.

Bu misalın işığında mənəvi həyatımıza və fəaliyyətlərimizə baxaq. Dünya, axirət həyatının qazanılması üçün yaradılmış bir mənəvi ticarət yeri olduğuna görə, o ticarətlə əlaqədar fəaliyyətlərin də illik haqq-hesabının (sorğu-suala) edilməsi çox təbiidir. Məhz bu haqq-hesabın vaxtı üç ayların içindədir. Bərat Qəndili ilə başlayıb Qədr Gecəsi'ylə bitən dövrəyə rast gələr.

Duxan surəsinin 2., 3. və 4. ayələrinin Bərat Gecəsindən bəhs etdiyi bildirilməkdədir. Ayələrin məali belədir:

"O açıq-aşkar kitaba and olsun ki, biz onu həqiqətən mübarək bir gecədə nazil etdik. Çünki biz onunla insanları xəbərdar etməkdəyik. Bütün hikmətli işlər o gecədə ayırd olunur."

Bu ayələr haqqında iki görüş vardır. Əksəriyyət təfsir alimlərinin fikirinə görə, bu mübarək gecə Qədr Gecəsi`dir. İkrimə bin Əbi Cəhlin də daxil olduğu bir qrup alim isə; bu gecənin Bərat Gecəsi olduğunu söyləmişlər. Hər iki təfsiri birləşdirən digər bir görüşə görə də, hikmətli işlərin ayırd edilməsinə Bərat Gecəsində başlanılır və bu əməliyyat Qədr Gecəsinə qədər davam etməkdədir. Bu hikmətli işlər nələrdir və ayənin mənası nədir? 

İllik Qədər Proqramı

İbni Abbas`dan rəvayət edildiyinə görə, hikmətli işlərin bir-birindən ayırd edilməsi bu şəkildə cərəyan etməkdədir:

- Bu ildən gələcək ilə qədər meydana gələcək hadisələrin hamısı ayrı-ayrı mələklər tərəfindən dəftərlərə yazılar. Ruzilər, əcəllər, zənginlik, kasıblıq, ölümlər, doğumlar daim bu əsnada yazılar. O ilki hacıların sayı belə bu dövrədə təqdir olunar. Hər kəsin və hər-şeyin o il içindəki müqəddəratı yazılar.

Ruzilə əlaqəli dəftərlər Mikail Aleyhissalama verilər.

Savaşlarla əlaqədar dəftərlər Cəbrayıl Aleyhissalama verilər.

Əməllər nüsxəsi dünya səmasında vəzifəli mələk olan İsrafil`ə verilir ki, bu böyük bir mələkdir.

Ölüm müsibətlərlə əlaqədar dəftər də Əzrail Aleyhissalama təslim edilər.

Fəxrəddin ər-Razi`nin açıqlamasına görə bu dəftərlərin təşkil edilməsi Bərat Gecəsində başlayar, Qədr Gecəsində tamamlanaraq hər dəftər, sahibinə təslim edilər. (Xülasatü'l-Bəyan. 13:5251.)

Bərat Gecəsinin  "bütün ildə bir qüdsi çəyirdək hökmündə və bəşər müqəddəratının proqramı növ`ündən olması cəhətiylə Qədr Gecəsinin qudsiyyətində" olması bu mənalara dayanmaqdadır.( Şualar, s, 426.)

Qur'an`ın bu gecədə endirilməsi məsələsinə isə belə bir açıqlama gətirilmişdir:

Bərat gecəsi, Qur`an-i Kərimin Lövhü Məhfuzdan dünya səmasına hamısıın birdən endirildiyi gecədir. Buna inzal deyilir. Qədr gecəsində isə Peyğəmbərimizə (aleyhissalâtu vəssəlâm) ilk dəfə və hissə-hissə endirilməyə başlanmışdır. Buna da tənzil (endirmə) deyilir.

Berat Gecəsinin Özəllikləri

Təfsirlərdə bu gecə ilə əlaqədar olaraq bu şəkildə izahlar yer almaqdadır: Vergi ödəndiyi zaman necə ki vergi borçlusuna borcundan qurtulduğunu göstərən bir sənəd verilirsə, Allah Azzə və Cəllə də Bərat Gecəsində mömin qullarına bərat yazar. Onsuz da bu gecənin dörd adı vardır: "Mübarək Gecə", "Bəraə Gecəsi", "Sakk Gecəsi.". (Allah Təala bu gecə mü`min qullarına bəraət yazar)", "Rəhmət Gecəsi."

"Bərat, bəraət" sözü "əl-Bərâə" sözünün dilimizdəki istifadə şəklidir. Uzaq olmaq, saleh, təmiz günahsız çıxmaq deməkdir.

"Bərâət" iki şey arasında əlaqə olmaması, şəxsin bir öhdəlikdən qurtulması və ya öhdəliyinin olmaması mənasına gəlir. Mü`minlərin bu gecə günah yüklərindən qurtulub İlâhî hədiyyəyə qovuşmaları umulduğu üçün də Bərat Gecəsi deyilmişdir.

Bir qisim alimlərin, qiblənin Qüds`dəki Məscidi Aksa`dan Məkkə`dəki Kəbə istiqamətinə çevrilməsinin Hicrətin ikinci ilində Bərat Gecəsində həyata keçdiyini qəbul etmələri də gecəyə ayrı bir əhəmiyyət qazandırmaqdadır.( TDİ. "Berat" maddəsi.)

Berat Gecəsinin beş ayrı özəlliyi vardır.

1. Bütün hikmətli işlərin ayırd edilməsinə başlanılması.

2. Bu gecədə ediləcək ibadətlərin digər zamanlara nisbətlə qat qat savablı olması.

3. İlahi rəhmətin bütün aləmi əhatə etməsi.

4. Allah'ın əfv və bağışlamasının coşması.

5. Peyğəmbərimizə tam bir şəfaət səlahiyyətinin verilmiş olması.

Bir rəvayətdə bildirildiyinə görə Rəsulullah Aleyhissalatu Vəssəlam Şabanın on üçüncü gecəsi ümməti haqqında şəfaət niyaz etdi, üçdə biri verildi. On dördüncü gecəsi niyaz etdi üçdə ikisi verildi. On beşinci gecəsi niyaz etdi, hamısı verildi. Ancaq Allah`dan dəvənin qaçması kimi qaçanlar başqa ...

Zəmzəm quyusunun bu gecədə açıq bir şəkildə coşub artması da bu mənaları qüvvətləndirən müqəddəs bir işarə olaraq açıqlanmaqdadır.( Haqq Dini Qur `an Dili, 5:4295)

Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm bir hədis-i şəriflərində Bərat Gecəsinin feyz və bərəkətini müxtəlif şəkillərdə nəzərə çatdırmaqdadır.

"Şabanın 15-ci gecəsi gəldiyində gecəni oyanıq ibadətlə, gündüzü də oruclu olaraq keçirin. O gecə günəş batdıqdan sonra Allah rəhmətiylə dünya səmasına təcəlli edər və belə səslənər:

"İstiğfar edən yoxmu, afv edim və bağışlayım." Ruzi istəyən yoxmu, dərhal ruzi verim.

"Başına bir müsibət gələn yoxmu, dərhal sağlamlıq və afiyət verim.

"Beləcə dan yerinin ağarmasına qədər bu şəkildə davam edər." (İbni Mâcə, İqamə, 191.)

Çünki o gecə İlahi rəhmət coşmuştur. Bərat Gecəsi, bəşər müqəddəratının proqramı yazılarkən insanlara verilən bənzərsiz bir fürsətdir. Bu fürsəti dəyərləndirib günahlarını əfv etdirə bilən, könlündən keçirdiklərini bütün səmimiyyəti ilə Cənab-ı Haqqa çatdırıb  istəklərini Ondan tələb edən və bəlalardan Ona sığınan bir insan nə qədər bəxtiyardır. Buna qarşılıq, hər tərəfi əhatə edən rəhmət təcəllisindən istifadə edə bilməyən bir insan nə qədər bədbəxtdir.

Bu Gece Əfvdən Kənar Qalanlar

Peyğəmbər Əfəndimiz bu gecədə əfvdən kənar qalanları bu hədisləri ilə bildirməkdədir:

"Şübhəsiz ki, Allah Azzə və Cəllə Şaban'ın on beşinci gecəsində rəhmətiylə yetişib hər şeyi əhatə edər. Bütün məxluqatına məğfirət edər. Yalnız müşriklər və qəlbləri düşmənlik hissiylə dolu olub insanlarla mübahisədən başqa bir şey düşünməyənlər müstəsna." 

"Uca Allah bu gecə bütün Müsəlmanlara məğfirət edər, ancaq kahin, sehrbaz yaxud müşahin (çox kin güdən) və ya içkiyə düşkün olan və ya ana atasını incidən yaxud zinaya israrla davam edən müstəsna." (ət-Tərğib və't-Tərhib, 2:118.)

"Allah Təala Şaban'ın on beşinci gecəsi təcəlli edər və ana-atasına asi olanlarla  Allah'a şərik qoşanlar xaricində qalan bütün qullarını bağışlayar." (İbni Macə, İqamətu's-Salat, 191; Tirmizî, Savm, 38.)

Bir Berat Gecəsində oyanıb da Rəsulullah Aleyhissalatu Vəssəlamı yanında görə bilməyən Hz. Âişə qalxaraq Əfəndimizi axtarmağa başladı. Sonunda Peyğəmbərimizi Cənnətü'l-Baqi qəbiristanlığında başını səmaya qaldırmış halda tapdı.

Peyğəmbərimiz Aleyhissalatu Vəssalam mübarək xanımına Bərat Gecəsinin fəzilətini belə izah etdi:

"Şübhəsiz ki, Allah Təala Şaban'ın on beşinci gecəsində dünya səmasına rəhmətiylə təcəlli edər və Bəni Kəlb qəbiləsinin qoyunlarının tükləri sayınca insanları məğfirət edər." (Tirmizî, Savm: 39.)

İşlənən savablı əməllərin dəyəri başqa zamanlarda on isə, Bərat Kandilində iyirmi mindir. Məsələn başqa zamanlarda oxuduğumuz bir tək Qur`an hərfinə on savab verilirsə, bu gecədə hər bir hərfinə iyirmi min savab verilməkdədir.

Bu baxımdan tam bir ixlasla çalışıb ihyasına səy göstərəbildiyimiz təqdirdə Bərat Qəndili əlli min illik bir ibadət həyatının savabını bir gecə içində bizə qazandıra bilər. "Onun üçün əldən gəldiyi qədər Qur'an və istiğfar və salavatla məşğul olmaq böyük bir kardır." (Şualar, s.426.)

Tək adamın iş və qazanma gücü maddi həyatda olduğu kimi mənəvi həyatda da məhduddur deyiriksə, bunun çarəsi vardır. Eyni gayəni paylaşan və dünyada eyni məqsədlə yaşayan mü'min qardaşlarımızla birlikdə təşkil etdiyimiz mənəvi şirkət; bizə hesabından aciz qalacağımız sonsuz bir mənəvi sərvəti qazandıra bilər. Üstəlik maddi qazanclarda mənfəət, ortaqlar arasında bölünərək azaldığı halda, mənəvi qazancda belə bir şey kəsinliklə söz mövzusu deyildir. Çünki mənəvi fəaliyyətlər nurludur. Nur isə maddi əşya kimi kiçilməz və bölünməz.

Bərat Gecəsi ibadəti

Gecənin mənəvi dəyəri səbəbindən namaz, Qur'an tilavəti, zikr, təsbeh və istiğfarla keçirilməsi, bu gecə vəsiləsiylə möhtaclara kömək və bənzəri xeyirli əməllərə xüsusi bir önəm verilməsi müstəhəbdir.

İmam Qəzəli həzrətləri əl-İhyâ'da, Berat Gecəsində yüz rükət namaz qılınması haqqında bir rəvayətə yer versə də, hədis alimləri bu namazın sünnədə yerinin olmadığını, belə bir namazın Hicrətdən 400 il sonra Qüds`də qılınmış olduğu təsbitində olmuşlar. Hətta İmam Nəvəvi belə bir namazın sünnədə olmadığı üçün bidət belə olduğunu ifadə edər.

Bunun yerinə qəza namazının qılınması daha məqsədəuyğun olacaq. Bununla birlikdə qılındığı təqdirdə də savabının olmadığı mənasını verməz.

Çünki ibadət vərdişlərinin xeyli azaldığı zamanımızda insanların bu vəsiləylə namaza yönəlmələrini xoşgörüş ilə qarşılamaq faydalı olacaqdır.

Bərat Gecəsi Duası

Peyğəmbər Əfəndimiz Aleyhissalatu Vəssalam bu gecə Rəbbinə belə dua etmişdir:

"Allah`ım, əzabından əfvinə, qəzəbindən razılığına sığınıram, Səndən yenə Sənə iltica edərəm. Sənə gərəyi kimi həmd etməkdən âcizim. Sən Özünü səna etdiyin kimi ucasan." (ət-Tərgib və't-Tərhib, 2: .119, 120.)

Bərat Duası

Bəzi məna böyüklərinin də belə bir duası vardır:

"Allah`ım, əgər adımı saidlər(mübarəklər) dəftərinə yazdınsa, orada sabit et. Əgər adımı şakilər(günahkarlar) dəftərinə yazdınsa oradan sil. Çünki Sən buyurdun ki, 'Allah dilədiyini silər yox edər, istədiyini də sabit buraxar, Lövhü Məhfuz Onun qatındadır." (Rad Surəsi, 39; Məcmuatü'l-Ahzab, 1:597.)

Bu idrak və şüur ​​içində əhya edəcəyimiz Berat Gecəsinin hamımız üçün xeyrlərə vəsilə olmasını Cənab-ı Haqq`dan niyaz edək.



12-06-2014 12:00:00