Ana səhifə

Bəzi ətraflar hər vəsiləylə İslam aləminin bu günki pərişan halına İslamın səbəb olduğunu iddia edir və bu vəsiləylə din əleyhində olurlar. Bunlara necə cavab verməliyik?


YazdırSend to friend

Bir zamanlar tez-tez gündəmə daşınan indi də bəzən baş vərən bir xəstəlik var: Dinin, tərəqqiyə mane olduğunu sanmaq və Xristian ölkələrdən geri qalmağımızın səbəbini İslam dinində axtarmaq.

 

 

Bu problemin cavabı dörd ayrı istiqamətiylə çox açıq amma çox doyurucu olaraq verilər.

 

Əvvəl vəsilələr(səbəblər) dayanılar və bu hikmət dünyasında vəsilələrin, səbəblərin vuruşduğuna diqqət çəkilər. Müsəlman olsun kafir olsun, hər kim çatmaq istədiyi nəticənin ön şərtlərini yerinə yetirər, səbəblərinə vəsilələrinə tam riayət etsə müvəffəqiyyət onun olacaq. Hansı məhsuldan hansı şərtlərdə hansı texnikalarla və necə bir planlama ilə səmərə alınacağı müəyyəndir. Bu şərtlərə kim əməl edər, bu vəsilələri kim yerinə yetirsə müvəffəqiyyət onundur.

 

Sualda keçən qüvvət anlayışına da belə toxunular: "Qüvvətin bir haqqı var, bir sirri xilqəti var."

 

Müvəffəqiyyətli olmaq, düşməninizə, yaxud rəqiblərinizə qalib gəlmək istəyirsinizsə qüvvətli olmağa çalışmaq lazımdır. Çünki, qüvvətin də bir haqqı vardır. O haqqı kim əlində tutarsa qalib gəlməsi qüvvətlə olabiləcəkdir. Poladla taxtanı vuruşdursanız taxtanın məğlub düşəcəyi müəyyəndir.

 

İkinci olaraq, məsələ insandakı sifətlər aləmi cəhətdən ələ alınar. Bütün gözəl sifətlər Allah kəlamında zikr edilmiş və Rəsulullah (s.ə.s.) tərəfindən də ən gözəl şəkildə sərgilənmişdir. Bu var ki tətbiqdə nəfsin, şeytanın, xarab cəmiyyət quruluşunun və daha nə qədər faktorun təsiriylə, bir Müsəlman bu gözəl sifətlərin bütününü həyatında sərgiləməyi bacarmayabilər. Yenə bir qeyri müslimdə, gördüyü təhsilin və cəmiyyət quruluşunun bir məhsulu olaraq bəzi gözəl sifətlər tapıla bilər. Bunlar ondakı müslim sifətlərdir. Bir iş görüləcəyi zaman, ürəklərdəki inanclar deyil, bu sifətlər vuruşarlar.

 

Ticarət həyatını nümunə verək: Məlumat, dürüstlük, çalışqanlıq, iş tənzimi, prinsiplilik kimi sifətlər ticarətin nəticəsinə doğrudan təsir edərlər. Bir qeyri müslim bu sifətlərə sahibsə və yenə bir müsəlman bu sifətlərdən məhrumsa o qeyri müslimin müsəlmandan daha zəngin olması gözlənilən bir nəticədir. Burada kafir müsəlmana deyil, müslim sifətlər qeyri müslim sifətlərə qalib gəlmişlər. Və nəticə, sifətlər aləmində, yenə haqqın olmuşdur. Bu mövzu işlənərkən fikirimizə üfüqlər açan belə bir təsbitə yer verilər:

 

 

 

Həyatın haqqı ümumidir, şamildir. Yəni bu nöqtədə mömin, kafir, insan, heyvan fərqi yoxdur. Kimə həyat verilmişsə ona ruzi də verilər. Ruzi; imanın və ibadətin deyil həyatın haqqıdır. Onların haqqı axirət yurdunda əbədi səadətdir.

 

Bu üfüqdə düşüncələrimizi belə davam etdirə bilərik:

 

Allahın hər adının təcəllisi üçün fərqli aynalar, ayrı yerlər söz mövzusudur. Bunların çoxu, adamın inancıyla əlaqədar deyil. Məsələn, Rəzzaq adının təcəllisindən daha çox nəsib götürmək istəyən bir cütçü bunun üçün lazımlı şərtləri yerinə yetirdiyində tarlasına daha çox məhsul verilər. Burada adamın inancına baxılmaz. Yenə, Şafi adının özündə təcəlli etməsini istəyən biri, xəstəliyinə faydalı dərmanı istifadə edər. Onun şəfa tapmasında da inancına baxılmaz. Çünki adam bu adın təcəllisini istəməyi bilmişdir və bunun qarşılığı olaraq özünə şəfa lütf edilmişdir. Bu yola girməyən bir insan, kamil bir mömin də olsa, şəfaya qovuşmaya bilər.

 

Buna görə bir Müsəlman dünya həyatında İlahi adların bolluğundan faydalanmağı istəyirsə, o təcəllilərə layiq bir ayna olma yolunu tutmalıdır. Bunu etməzsə nəticə götürə bilməz. Amma eyni mömin ibadət, saleh əməl və ixlas şərtlərini yerinə yetirməklə axirət yurdundakı İlahi lütflərə talib olmuş olar.

 

Bu şərtləri yerinə yetirməyən bir insan da dünyada nə qədər müvəffəqiyyətli olursa olsun, cənnətdən nəsib götürə bilməz.



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz