Ana səhifə

Bəzi çevrələr, məscidlərdə Məhəmməd adının, Allah sözü ilə yan-yana qoyulmasına qarşı çıxırlar. Bunun bir zərəri var?


YazdırSend to friend

İnsanların üsyan atəşləriylə yanıb qovrulduğu bu axırzaman fitnəsi içində nəyə xidmət etdiklərini özləri də bilməyən bəzi qəribə insanlar, hər şeyi həll etmiş kimi? qalxıblar, məscidlərdə Allah ismi-şərifinin yanında Allah Rəsulunun (s.ə.v.) mübarək adının da yazılmasını tənqid edirlər. Bununla da qalmayıb, hədlərini aşaraq bunun şirk olduğunu iddia edirlər.

Madam ki, tövhiddən danışılır, gəlin yan-yana yazılan Allah və Məhəmməd sözlərindən birincisinin başına "lə iləhə illə", ikincisinin sonuna isə "Rəsulullah" ifadələrini xəyalən qoyaq, qarşımızda kəlimeyi-tövhidi görəcəyik. Tövhiddən dəm vuranların kəlimeyi-tövhidi xatırladan bir şeyə qarşı çıxmaları ağıla batan iş deyil.

Bir başqa məqam: səmavat və ərzə təfəkkürlə baxdığınızda dilinizdən "rabbüs səmavatı vəl ard" kəlamı tökülər. Siz bu ülvi mənanı xatırlamaq məqsədiylə, səma və ərzin bir şəkilini evinizin qiblə tərəfindəki divarına yerləşdirsəniz, namaz qıldığınızda səma və ərzə ibadətmi etmiş olarsınız? Gerçək bu olmadığına görə, məscidlərdə Rəsulullah əfəndimizin (s.ə.v.) xulefayi-raşidinin və əshab-ı kiramdan bəzi seçmə insanların adları yazılan və bunları xatırladan lövhələrin asılmasını da bu mənada dəyərləndirməyiniz lazım deyilmi?

Namazdan əvvəl, boş xəyallarla məşğul olacağınıza, peyğəmbərimizin (s.ə.v.) adını görməklə bir salavat gətirsəniz daha qazanclı çıxmazsınızmı? Və yenə, İslamın ilk səfini təşkil edən və hamımızın imanında böyük hissələri olan əshabələri və onların öndə gələnlərini xatırlayaraq xeyir-dualar etsəniz və onların izindən getməyə iştiyaq hiss etsəniz daha yaxşı olmazmı? Onsuz da namaza duranda baxacağınız yerlər müəyyəndir. Məscidin divarlarında nələrin yazıldığı sizi narahat etməz.



04-05-2011 12:00:00