Ana səhifə

Bəzi Hədislərdə qiyamət günü nəbilərin və şəhidlərin qibtə edəcəyi kəslərdən danışılır. Bunların xüsusiyyətləri nələrdir?


YazdırSend to friend

Hz. Ömərin rəvayətinə görə Rəsulullah (s.ə.v.) belə buyurmuşdur:

“Mütləq Allahın qullarından bəzi insanlar vardır ki, onlar nə Peyğəmbər, nə də şəhidlərdir. Lakin qiyamət günündə Allah qatındakı mövqelərindən ötəri nəbilər və şəhidlər onlara qibtə edəcəklər.”

Əshabələr dedilər:

“Ey Allahın Elçisi bizə xəbər ver, onlar kimlərdir?”

Rəsulullah:

“Onlar elə bir camaatdır ki, aralarında bir qohumluq, alıb-verəcəkləri mal-mülk olmadan Allah üçün bir-birlərini sevərlər. Vallah şübhəsiz ki, onların üzləri tərtəmiz nurdur. Şübhəsiz onlar nur üzərindədirlər (İşləri nurdur). İnsanlar qorxduğu zaman onlar qorxmazlar, xalq qəmli olduğu zaman onlar qəmli olmazlar” (1) buyuraraq bu ayəti oxudu:

 

 “yaxşı bil ki, Allahın vəlilərinə, sevdiklərinə qorxu yoxdur və onlar kədərlənməyəcəklər.”

 

Bir başqa rəvayət də belədir:

“Mütləq Allahın qullarından nəbilərin və şəhidlərin özlərinə qibtə edəcəkləri qullar vardır. Əshabələr tərəfindən deyildi ki: “Onlar kimlərdir ey Allahın Elçisi, bizə xəbər ver ki onları sevək”. Rəsulullah onların bu istəyi üzərinə, belə buyurdu: “Onlar elə bir toplumdur ki, aralarında mal (ticari əlaqə) və qohumluq olmadan bir-birlərini sevərlər. Onların üzləri nurdur. Nurdan minbərlər üzərindədirlər. Xalq qorxduğu zaman qorxmamağı davam etdirərlər. İnsanlar qəmli olduqları zaman onlar kədərlənməzlər” dedi və sonra

 

 “Diqqət yetirin! Mütləq Allahın övliyası üçün qorxu yoxdur, onlar qəmli də olmazlar.”

 

 -ayəsini oxudu. (2)

Rəsulullah (s.ə.v.) özündən sonra gələcək qardaşlarını bir başqa hədisi şərifdə belə dilə gətirmişdi. Əbu Hureyrenin bildirdiyinə görə bir gün “Rəsulullah (s.ə.v.) qəbirisitanlığa gəldi və: “Ey möminlər yurdunda yatanlar, salam üzərinizə olsun. İnşaallah biz də sizə qovuşacağıq buyurdu”. Sonra həsrətlə iç keçirərək: “Qardaşlarımı elə görəcəyim gəldi ki” -deyə əlavə etdi. Yanında olan əshabələr: “Ey Allahın Elçisi biz sənin qardaşların deyilikmi? dedilər. Rəsulullah (s.ə.v.): “Sizlər əshabələrimsiniz, qardaşlarım hələ gəlməmişdir.” buyurdu.

Yuxarıda göstərilən hədislərdə olduğu kimi burada da Rəsulullah, əshabələrdən bir qismi ilə Mədinə qəbirisitanlığı yanından keçərkən özündən sonra gələcək “İhvanını görmə arzusunu” və onlara olan həsrətini ifadə etməkdədir. Çünki, yaşadığı dünyada onları görməsi mümkün olmayacaq. Onlar Rəsulullah dünyadan köçdükdən sonra Allah dilədiyində həyat səhnəsinə çıxacaqlar. Onlarla ancaq axirətdə görüşmək nəsib olacaq.

Əshabələr onun həsrətini bir az olsun söndürmək üçün özlərinin ona olan yaxınlıqlarını bildiklərindən, “Biz sənin qardaşların deyilikmi?”- deyə soruşmuşlar. Lakin Rəsulullah (s.ə.v.) onlara “Əshabələr”, digərlərinə “ihvan”(qardaş) adını vermişdir. Rəsulullahın dövründə onu görənlər, söhbət edənlər əshabə və ya əshabələr deyə xatırlanacaq. Əshabələr sözü onlar üçün çox istifadə edildiyi kimi ihvan, yəni qardaş və ya qardaşlar sözü də sonra gələcəklər arasında çox istifadə ediləcək. Bəlkə də onlar hansı irqdən və ya diyardan olursa olsun, bir-birlərinə “qardaş!” deyə xitab edəcəklər. İslam və imanla bir-birlərini doğma qardaşlardan daha çox sevəcəklər. Məsləklərinin əsası qardaşlıq olacaq, bir-birlərinə ən fədakar qardaş, ən comərd yoldaş olacaqlar. Yəni sonradan gələcəklərin ən əhəmiyyətli xüsusiyyətləri və məsləklərinin ən mühüm əsası İslam qardaşlığı olduğu üçün Rəsulullah (s.ə.v.) onlara qardaşlarım (ihvan) adlandırmış,  bu kəslərin sonlarının yaxşı olacağına, imanla qəbrə girəcəklərini də bildirmişdir. (3)

Rəsulullah “qardaşlarım hələ gəlmiş deyildirlər” buyurunca əshabələr daha dünyaya gəlməyən kəsləri Rəsulullahın heç görmədən necə tanıyacağını, axirətdə necə biləcəyini düşünərək belə soruşdular:

“Yaxşı ya Rəsulullah! Sən ümmətindən hələ dünyaya gəlməmiş olan bu kəsləri necə biləcəksən?”

Rəsulullah bunun üzərinə belə soruşdu:

“Bir kimsənin alını və ayaqları ağ nişanlı bir atı olsa, onu qara və boz atlar arasında ikən tanıya bilərmi?”

Əshabələr:

“Bəli” dedilər.

Rəsulullahın o ağ bəxtli kəsləri alınında ağı, ayaqlarında ağı olan atlara bənzətməsi göstərir ki, bu kəslər beş vaxt namazlarını davamlı qılan, böyük günahları tərk edən kəslərdir. Ayədə ifadə edildiyi kimi(4) onların alınlarında imanlarının həmçinin səcdələrinin izi və işarəsi olan nur və ağlıq olacaq.

Hədisi şərifin davamında bu dilə gətirilir:

“o qardaşlarımda dəstəmazlarından hasil olan nur səbəbi ilə dəstəmaz üzvləri tərtəmiz parlayaraq məhşərə gələrlər. Mən isə onları Kövsər hovuzumun yanında gözləyərəm. Diqqət yetirin, bir qisim kəslər də çaşmış dəvələrin qovulduğu kimi kövsər hovuzumdan qovular. Bura gəlin- deyə onlara səslənərəm. Deyilər ki, onlar səndən sonra hal və vəziyyətlərini dəyişdirdilər. Mən də o zaman həlak oldular deyərəm.” (6)

 

Qaynaqlar
1. Mecmaut-Tefasir (Lubabut-Tevil) III, 267; Haqq Dini IV, 2731; Təfsirul-Quranil-Azim, II, 422-423; III, 291 (Nur Surəsi 35. Ayəti təfsir edilirkən, Nur üzərində olan kimsə haqqında: “kəlamı nurdur, əməli nurdur, mədhali nurdur, qiyamət günündə dönüşü nura cənnətədir” açıqlaması verilir. Ayrca bax. Haqq Dini IV, 2730; Yunus, 64. Ayəti ilə əlaqədar olaraq üzləri nur, nurdan mimbərlər üzərində olan müminlərdən, Allahın övliyasından bəhs edilir. Ayrıca bax. Təfsirul-Quranil-Azim II, 423. Hər muttəqi Allahın övliyasıdır. Yenə üzləri nur olan kimsələrin, onlar olduğu bildirilir. Ayrıca, III, 291: O Allah vəlilərinin, kəlamları nur əməlləri nur, mədhalləri nur, mahrəcləri nur, çatacaqları yer cənət də nurdur

2. Təfsirul Quranil-Azim II, 422; Haqq Dini IV, 2731; Riyazus-Salihin s. 874.
3. Bu Hədis-i şərifin sonunda bu kimsələrin Kövsər hovuzuna gələcəklərindən söz edildiyinə görə bunlar imanla qəbrə girəcək saidlərdəndirlər.
4. Fəth 48-29

5. Ankəbut 29-45

6. el-Tac no. 1645 (Müslim, Nesei); Qırx Hədis, s. 27.



22-02-2012 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz