Ana səhifə

Bəzi insanlar namaz qılmamağın şirk və küfr olduğunu iddia edirlər. Bunların sözləri nə dərəcə etibarlıdır?


YazdırSend to friend

Namaz qılmayan bir kimsəni küfr və şirklə ittiham etmək yerinə, ona namazın mənasını və mahiyyətini şirin bir söhbət havası içində açıqlamaq lazımdır. İnsanın, namaz qıldığı təqdirdə, onu yoxdan var edən Yaradıcısının hüzuruna çıxdığı, Onunla doğrudan həmsöhbət olduğu, Cənabı Haqqın razılığına ancaq namaz qılmaqla çatılacağı izah edilməlidir. Peyğəmbər Əfəndimiz, Əshabə-i Kiram və digər böyük şəxslər də insanları həmişə yumşaqlıqla, gözəl rəftar ilə ibadətə təşviq etmişlər, onları ürküdüb qorxutmadan uzaq durmuşlar.

Namaz qılmaq, imandan sonra gələn ən böyük həqiqətdir. Buna görədir ki, Qurani Kərimdə yüzə yaxın yerdə namazdan bəhs edilir. Heç bir ibadətə bu qədər əhəmiyyət verilməmişdir. Çünki namaz, möminin Rəbbiylə olan ən yaxın münasibətidir. Namaz qılmayan insan bu münasibəti zəiflətmiş, özünü nəfs və şeytan kimi düşmənlərin arasına atmış olar ki, əsl böyük təhlükə budur.

Namazla əlaqəli bütün ayələr, həmişə insanları namaza təşviq edərlər. Bu mövzuda bəzi ayə məalləri:

 

 “O kəslər ki, qeybə iman gətirir, namaz qılır.

 

 “Namaz (Allaha) itaət edənlərdən başqa (hamıya) ağır gəlir.

 “O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar.

 

Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir.

 

 “İman gətirən qullarıma de ki, namaz qılsınlar.”

 

Hədisi-şəriflərdə də eyni məqamları görmək mümkündür. Namazla əlaqədar hədisləri nəzərdən keçirdikdə, həmişə namaz qılmağın fəzilət və savabından bəhs edildiyini görürük. Lakin “İnsan ilə şirk və küfr arasında namazı tərk etmək vardır”, “Münafiqlərlə bizim aramızdakı əhd namazdır”-məalindəki hədislərdəki təhdidlər, “namazın fərz olduğunu inkar edən, yaxud namaz qılmamağı halal sayan” kəslər üçündür. Yoxsa, namazı Allahın əmri qəbul edən amma qılmaqda tənbəllik göstərən insan üçün şirk və nifaqdan söhbət gedə bilməz.

İbni Abidin isə Rəddü'l-Muhtar adlı əsərində namaz bəhsinin əvvəllərində, “Namazın fərziyyətini inkar edən kafir olar. Əhəmiyyətsiz hesab edərək, yəni tənbəlliyindən ötəri qəsdən tərk edən kimsə isə günahkar olar”-deyilir.

Yəni namaz qılmamaq böyük günahlardandır. Böyük günahları işləyənin kafir olacağını yalnız batil bir məzhəb olan Mutəzilə mənsubları söyləyirlər. Lakin davamlı surətdə namaz qılmayan insanın imanının da zamanla bir sıra təhlükələrə məruz qala biləcəyi gözdən iraq tutulmamalıdır.



04-05-2011 12:00:00