Ana səhifə

Bəzi kəslər, Allaha inanma ehtiyacının insanın aciz bir varlıq olmasından və sığınma ehtiyacı duymasından qaynaqlandığını iddia edir və tərs bir qiymətləndirmə ilə haqq dinləri inkar yoluna aparırlar. Bu iddiaya qarşı nə deyərsiniz?


YazdırSend to friend

 

Bu iddia əslində bir fəlsəfəçiyə aiddir. Mən onu və düşüncələrini burada sıralayacaq deyiləm. Yalnız bəzi saf zehinləri bulandıra biləcəyi ehtimalıyla mövzunu qısaca qiymətləndirməklə kifayətlənəcəyəm.

 

Sual sahibi, insanın aciz bir varlıq olmasından yola çıxır. Burada bir az dayanaq və "olmaq" sözünü "yaradılmaq" şəklində düzəldərək mövzuya davam edək. Əgər "yaradılma" insanın öz əlində olsaydı, aciz bir varlıq olmaq yerinə aslanlar kimi güclü, quşlar kimi yüksəklərdə uçan bir canlı olmağı seçəcək və yanılacaqdı. Seçim ona buraxılmadığına görə insan öz-özünə var olmamış, yaradılmışdır.

 

Bir yarım milyonu aşan canlı növü içində ən şərəfli və ən üstün varlıq olan insanın, belə ən aciz və möhtac bir mahiyyətdə yaradılmasındakı İlahi hikməti qavraya bilmək üçün, xəyalan keçmişə gedək və kainatın yaradılış mərhələlərini xülasə halında belə bir düşünək:

 

Dünya sarayının inşasına başlanır. Buxarlı bir maddə getdikcə hər tərəfə yayılır, genişləyir, yüksəlir, soyuyur, qatılaşmağa başlayır.

 

Və mələklər aləmi, işin sonunun hara çatacağını maraqlanaraq bu qəribə işləri seyrə başlayırlar.

 

Bu fəaliyyətlərin sonunda ortaya bir günəş çıxır. Ondan qopan möhtəşəm bir lava parçası, günəşdən müəyyən bir məsafəyə qədər uzaqlaşdıqdan sonra səfərinin istiqamətini dəyişdirir. Get-gedə daha çox uzaqlaşması gözlənilərkən, Günəşin ətrafında dönməyə başlayır. Bir müddət sonra o alov parçasının böyük əksəriyyəti okeanlar, dənizlər, çaylar halını alır.

 

O qorxunc alov parçasının möhtəşəm okeanlara çevrilməsini mələklər aləmi heyrətlə seyr edirlər.

 

Sonra, o alovun bir qismi, quru halına gəlir; onda bitkilər boy göstərir, meşələr əmələ gəlir. Yandırıcı alovdan yanıcı meşələrin çıxması da böyük bir İlahi möcüzə olaraq seyr edilir.

 

Daha sonra heyvanlar aləmi dünyada boy göstərir. Bütün heyvanlar, üzlərinə ilişən bir cüt göz vasitəsiylə görmə möcüzəsiylə tanış olurlar. Günəş işığı bütün gözlərə nüfuz edir və onların görmələrini təmin edir.

 

Və sonunda, hər şeyə möhtac bir varlıq olaraq, insan yaradılır. Ta ki, hər şey onun köməyinə qaçsın, onun xidmətində olsun. Və o seçmə varlıq, hər şey ilə Rəbbini bilsin, ONun hikmətini, rəhmətini, qüdrətini tanısın; hər şey üçün ONA həmd və şükr etsin.

 

İnsandan əvvəl yaradılan milyonlarla növ canlıdan heç biri nə öz gözlərini, nə günəşi, nə də bu iki varlıq arasındakı yaxın əlaqəni bilə bilmədən yalnız yollarını görməklə, ruzilərini tapmaqla kifayətlənirdilər. İnsan isə özünə lütf edilən ağıl sayəsində günəşi də tanıdı, göz möcüzəsini də.

 

İnsan bu böyük lütfkarlıq qarşısında bütün ruhuyla və ürəyiylə Rəbbinə şükr etməyə başladı.

 

 

Verdiyimiz bu iki nümunəyə daha nə qədərlərini əlavə edə bilərik. İnsan, bədənindəki bütün orqanları, onların vəzifələrini və faydalarını, ruhuna çatan bütün duyğuları, xəyali, yaddaşı, vicdanı bilir və onlara sahib olmanın mənəvi həzzini ürəyinin də dərinliklərində hiss edirdi. Ayrıca, gecə və gündüzdən mövsümlərə, çiçəklərdən ulduzlara, atomlardan sistemlərə qədər ətrafını əhatə edən bütün varlıqları və hadisələri idrak edə bilir və bu qabiliyyət onu şükrə və heyrətə sövq edirdi.

 

Bütün bu olub bitənlərə qarşı özünə necə bir vəzifə düşürdü? Bu problemin cavabını hər vicdan axtarır, hər ağıl düşünür və maraqlanırdı.

 

Allahın sadiq elçiləri olan peyğəmbərlərin göndərilməsi və haqq kəlamı olan kitabların endirilməsiylə bu maraq aradan qaldırılırdı. Və insanın yaradılmasındakı məqsəd, bu ayədə açıqca ifadəsini tapır:

 

" Mən cinləri və insanları ancaq mənə ibadət -qulluq- etsinlər deyə yaratdım." (Zariyat Surəsi, 56)

 

Bir çox təfsirlərdə "ibadət"ə "bacarıq" mənası da verilir. Buna görə insanların və cinlərin birinci vəzifələri "yaradıcılarını tanımaq, ona iman etmək və onun razılığı dairəsində bir ömür keçirmək" olur.

 

 

İnsanın qorxduğu ən böyük hadisə ölümdür. Bütün canlı növləri içində həyat səfərinin ölümlə nəticələnəcəyini bilən yalnız insandır. Bu məlumat və bu qorxu, insanın ölüm sonrası bir həyata namizəd olduğunun ayrı bir dəlilidir. Və qorxu hissi, insanın o əbədi aləmə hazırlanmasını təmin edən böyük bir sərmayədir.

 

 

Bilindiyi kimi insanın birinci vəzifəsi imandır; onu saleh əməl və təqva izləyir. Allaha inanan adam ONun əmrləri dairəsində hərəkət etməklə yəni saleh əməl işləməklə cənnətə yönəldiyi kimi, təqva ilə yəni günahlardan çəkinməklə də cəhənnəmdən uzaqlaşar.

 

Qorxu hissi bunun üçün verilmişdir və belə qiymətləndirilməsi lazımdır.

 

Bunun xaricindəki mülahizələr insanın sönük ağlının məhsulu və işlədiyi günahların hesabını vermə qorxusundan qaynaqlanan bir təsəlli axtarışıdır.



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz