Ana səhifə

Bəzi kəslər, din ilə elmi iki zidd qütb kimi göstərirlər. Həqiqətən din elmə qarşır?


YazdırSend to friend

Bu məsələ çox istiqamətlidir. Yalnız bir neçəsinə təmas edək.

 

Haqq din fənnə qarşı ola bilməz

Din deyilincə iki ayrı məfhum xatirə gəlir. Biri "haqq din", digəri "batil dinlər". Batil dinlər, ya insanların öz xəyallarından doğan, yaxud bir haqq dinin təhrif edilməsiylə ortaya çıxan bir sıra axmaq inanclardır. Haqq din isə, bu kainatı qüdrətiylə yaradıb, hikmətiylə və elmiylə tənzimləyən, dünyanı insanlara beşik, günəşi lampa edən, zəmini çiçəklərlə, səmanı ulduzlarla təchiz edən Cənabı Haqqın bir əmridir.

 

Haqq kitab, Allahın fərmanı və bu kainat Onun mülkü və məxluqudur. Necə ki bu aləm üçün, "kainat kitabı" deyilmişdir. Hər bir elm bu kitabdan bir səhifənin, bir cümlənin, yaxud bir nöqtənin təfsiri, açıqlanmasıdır. İnsan bədəni bu kitabdan yalnız bir söz. Ondakı hər orqan üçün nə qədər əsərlər yazılmış. Diş, bir tək hərf kimi, ondakı incə sirr üzərində nə qədər tezislər edilmiş. Bir hüceyrə, bir atom, bu kainat kitabının bir nöqtəsi hökmündədir. Onların təfsirləri ayrı bir elm qolu olaraq inkişaf edib. O halda, aləmdəki hikmətləri təfsir edən və gizli gözəllikləri ortaya çıxaran elmlərin ilahi fərmana zidd olması düşünülə bilməz.

 

Bəzi ətraflar, elmin hər kəşfini, dinə qarşı qazanılmış bir zəfər kimi elan edirlər. Bu, elmi inkar edən bir batil din üçün doğru ola bilər. Yaxud Avropanı əsrlərcə elmdən uzaq tutan və "dünya dönür" dediyi üçün Galileyi engizisyon önünə çıxardan kilsəyə qarşı ağlın zəfəri sayıla bilər. Amma, bir Müsəlman bu cür inkişafları: "Allahın qüdrət kitabı olan bu kainatdan bir sirrin daha həll edilməsi" şəklində qiymətləndirər. Və yenə bir Müsəlman, bütün mədəniyyət möcüzələrini insan ağlının meyvəsi olaraq görər və bunları, insana bağışlanan istedadın və ona verilən fürsətin bir nəticəsi olaraq bilər. "Arıya bal etməyi ilham edən, qoyunu süd fabriki edən Cənabı haqq, insan ağılına da belə möcüzə meyvələr verdirir." deyə düşünər. Yeni kəşfləri eşitdikcə, Allahın elminə və hikmətinə qarşı heyranlığı və heyrəti daha da artar.



19-11-2009 12:00:00