Ana səhifə

Bəzi Xristianlar, Allahın ancaq seviləcəyini iddia edir və Allah qorxusunu mənasız görürlər. Bu görüş sahiblərinə necə cavab verə bilərik?


YazdırSend to friend

 

Bir insan Allaha iman edirsə Onun bütün sifətlərinə, adlarına da iman edəcək. Bilindiyi kimi iman bölünməni qəbul etməz. Yəni bəzi iman həqiqətlərinə inanıb bəzilərinə iman etməmək olmaz. Allahın Rəhman, Rəhm, Kərim, Rəzzaq, Şafi kimi camalı adları olduğu kimi; Kahhar, Əziz, Cəbbar kimi cəlalı adları da vardır. Demək ki Allah qorxusu deyilincə, Onun Cəlalı adlarından qorxmaq aydın olacaq. Bu qorxunun ölçüsü günahlardan çəkinməkdir. Allah sevgisinin ölçüsü isə əmrləri yerinə yetirməkdir. Buna görə bir insan, "Allah yalnız sevilər, Ondan qorxulmaz." deyirsə, bu iddiasının altında bu məna yatar:

 

Allahın yalnız əmrləri dinlənir, lakin qadağanlarından çəkinilməz.

 

Qaldı ki qadağanlardan çəkinmək də bir İlahi əmrdir. Yəni, Allah sevgisi və qorxusu ürəkdə birlikdə olar.

 

Məsələn, İlahi Fərman olan Quranda bir çox əmrlər vardır və bunları yerinə yetirməyənlər üçün də yenə ilahi hədələmələr var. Demək olar ki İlahi əmri yerinə yetirməkdə Allah sevgisi və qorxusu birlikdə olar. O əmri tutmaq, sevgini ifadə, edər; o əmri tutmamaqdan çəkinmək isə təqvadır, Allah qorxusudur. Allahın yalnız əmrləri olacağını iddia etmək və Onun qadağanlarına uyğun gəlməyənlərin cəzasız qalacağını düşünmək, həqiqi mənada bir Allah inancıyla uyğun gəlməz.

 

Bu səhv inanca sahib olanların aldandıqları ən əhəmiyyətli nöqtə Allahdan qorxmağı dünya zövqlərinə və səfalarına maneə sanmalarıdır. Halbuki, "Allahdan havf edən (qorxan), başqalarının qorxusundan xilas olar."

 

Bəqərə Surəsinin başında, "Quranın müttəqilər (Allahdan qorxanlar) üçün bir hidayət olduğu" bəyan edildikdən sonra, müttəqinin sifətləri belə sıralanar:

 

 "O təqva sahibləri, qeybə inanarlar, namazlarını qılarlar. Özlərinə verdiyimiz ruzidən də Allah yolunda infak edərlər."

 

 

Bu sayılanlar, iman və saleh əməl olduğu halda müttəqinin sifətləri arasında iştirak etmişlər. Bundan bu mənalar açıqca aydın olar: Hər saleh əməl, istiqamətiylə də təqva içində hesab edilə bilər.

 

Necə ki, Al-İmran Surəsində də müttəqinin sifətlərini belə sıralamaqdadır:

 

 “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.” (Al-İmran Surəsi, 134-135)

 

Görüldüyü kimi bu sayılanlarda təqva ilə saleh əməl iç içədir. Onsuz da, təqva insanı saleh əməl işləməyə aparan əhəmiyyətli bir səbəbdir.

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz