Ana səhifə

Bəziləri tərəfindən ilk insanların danışa bilmədikləri iddia edilir, bu doğrudur?


YazdırSend to friend

Dil; ağıl və ürəyin çıxardığı fikirləri izah edən, ruhun hissiyyatını köçürən bir vasitədir. Qapı və pəncərəsiz bir ev nə isə, göz, qulaq və dilsiz bir ağıl da odur. Çünki göz, ruhun xaricə açılan pəncərəsi olduğu kimi, qulaq da ağlın əsiri, ağız və dil isə, mənaların tələffüz şəklində çölə çıxış qapısıdır. Buna görə ilk insanların danışa bilmədiklərini demək, o insanların böyük bir böhran keçirdiklərini və ağıllarının öz başlarına bəla olaraq verildiyini qəbul etmək deməkdir.

 

Qurani Kərimdə, ilk insan ünvanını alan Hz. Adəmin Cənabı Haqq tərəfindən deyilən əşya adlarını saymaq surətiylə, mələklərə üstün gəldiyini oxuyuruq (Bəqərə Surəsi, 31-33). Eyni zamanda ilk peyğəmbər də olan Hz. Adəmin, vəhylə aldığı on səhifəlik ilk İlahi əmrləri uşaqlarına izah edərək təbliğ etdiyi də bilinən bir xüsusdur.

 

İnsan, Cənabı Haqqın həmsöhbətidir. İlk insan da bu lütfə nail olmuşdur, son gələn də...

 

Digər tərəfdən, dildəki danışma istedadı, İlahi qüdrətin əzəmətini elan edər. Necə ki, dillərin və rənglərin dəyişik bir şəkildə yaradılışı, Quranda qüdrət şahidləri olaraq göstərilər. (Rum Surəsi, 22)

 

Bu halda insan, danışmadan məhrum olmamış, dilsiz qalmamışdır. Ancaq, ilk insanlar, başlanğıcda, bir ailə deyilə biləcək qədər az olmuşlar və bunların istifadə etdikləri dil, öz zamanları və ehtiyacları ölçüsündə idi.

 

Ancaq bu gün dünyada danışılan bütün dillərin Hz. Adəmin uşaqlarından qaldığını söyləmək əskik olar. Zamanla bir dildən bir neçə dil törəmiş, ləhcə fərqlilikləri zamanla fərqli bir dil halına gəlmişdir. Məsələn bu gün Türkcə danışan iki yüz milyon insan vardır. Lakin ayrı ölkə, mədəniyyət və ətrafda yaşamanın verdiyi dəyişikliklər əslində bir olan Türkcənin, Kazak tərəfindən, Qırğız tərəfindən, Çağatayca, Uyğurca, Göktürkçe kimi tələffüzü, danışılması kimi bəzi fərqliliklər ifadə edərək ayrı bir dil halına bürünmələrinə səbəb olmuşdur. Əslləri Latınca olan Fransızca və İtalyanca kimi qərb dilləri üçün eyni şeyi söyləmək mümkündür.

 



15-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz