Ana səhifə

Balın zəkatı var? Necə hesablanır?


YazdırSend to friend

Balın zəkatı:

Fakihlər balın zəkatı haqqında iki ayrı görüş irəli sürmüşlər: (1)

Hənəfilər ilə Hənbəlilərə görə: Baldan öşür (onda bir ölçüsündə zəkat) vermək lazımdır. Ancaq Əbu Hə­nifə belə deyir: “Əgər bal öşür torpağından əldə edilmişsə, bundan öşür vermək lazımdır. Əldə edilən bal istər az, istər çox olsun fərqi yoxdur. Xərac (müsəlman olmayanlara mülk olaraq verilən) torpaqlarındakı arılardan əldə edilən baldan öşür vermək lazım deyil.”

Hənbəlilərə görə: Balın nisabı on faraktır. Bir farak onlara görə on altı rıtıldır. Bu səbəbdən balın nisabı Bağdad rıtılı ilə yüz altmış rıtıldır. Misir ölçüləri ilə yüz qırx dörd rıtıldır.

Hənəfilərə görə bir rıtıl yüz otuz dirhəmdir. Bir dirhəm 2,975 qramdır. Baldan zəkat vermənin fərz olduğu barəsində əsaslandıqları dəlil bəzi hədislərdir. Bu hədislərdən bəziləri aşağıdadır:

1. Əbu Səyyara əl-Mutainin rəvayət etdiyi hədis: “Əbu Səyyara belə demişdir: “Dedim ki: Ya Rəsulullah! Mənim arılarım vardır.” Bunun üzərinə Hz. Peyğəmbər (ə.s): “Onun öşürünü ödə.”-buyurdu.” (2)

2. Əmr b. Şuaybın atası yolu ilə babasından rəvayət etdiyinə görə: “Hz. Peyğəmbər (ə.s) baldan öşür almışdır. “(3) Hz. Ömərin də baldan hər on tuluqda bir tuluq zəkat aldığı rəvayət edilmişdir.

3. Ukayli “əz-Duafa” da Abdurrazzak yolu ilə Əbu Hureyrədən bu hədisi rəvayət etmişdir: “Baldan öşür vermək lazımdır.” (4)

Maliki və Şafiilərə görə: İki səbəbə görə baldan zəkat vermək lazım deyil:

1. Tirmizinin bu sözü: “Hz. Peyğəmbər (s.ə.v.)dən bu mövzuda mühüm bir şey nəql edilməmişdir.”

İbni Münzir də belə demişdir: “Baldan zəkat vermək lazım olduğu barəsində nə bir xəbər, nə də bir icma sabitdir.”

2. Bal maye maddə olub heyvandan çıxır, südə bənzəyir. Süddən icma ilə zəkat vermək lazım olmadığına görə, baldan da zəkat vermək lazım deyil.

Əbu Ubeyd balın sahibinin zəkatını ödəməklə əmr edilməsini və buna təşviq edilməsini qəbul edərək, zəkatının verilməməsini çirkin görmüşdür. Bal sahibləri­nin ballarını gizləmələrinin günahından əmin olunmaz. Ancaq zəkatı onlara fərz deyil.

Xülasə:

Hənəfilərə görə baldan onda bir zəkat vermək lazımdır. Əbu Hənifəyə görə balın nisabı yoxdur. Azından da çoxundan da zəkat verilər.

Haşiyə:

1. el-Bedayi II, 61 vd.; el-Lübab. 1,153; el-Emval, Ebu Ubeyd, 506 vd. Fethul Kadir, II. 5; el Mecmu, V, 434 vd.; Muğnil-Muhtac, I, 382; Keşşaful-Kına, II, 257; el-Muğni, II, 713.


2. Ahmed, Ibni Mace, Ube Davud ve Beyhaki rivayet etmiş olup hadis munkatıdır. Neylül-Evtar, IV 145 vd.


3. İbni Mace rivayet etmiştir. Hadis müsned ve mürsel olarak rivayet edilmiştir. a.g.e a.y. Bu hadisi yine Ebu Ubeyd ile Esrem de rivayet etmişlerdir.


4. Zeylai demişdir ki: Bu hədisi Abdurrazzakın Musannefində bu lafızla tapa bilmədim. Oradakı ifadə belədir: “Hz. Peyğəmbər (ə.s) Yəmən xalqına bunu yazdı: Bal istehsalçılarından Öşür alınmalıdır.” Nasbur-Rayə, II, 390.
(bax. Vehbe Zuhayli, İslam Fiqhi Ensiklopediyası, c. 3, s. 311 - 312)



04-05-2011 12:00:00