Ana səhifə

Baş geyiminə və hicab üzərinə məsh


YazdırSend to friend

Haqqında ixtilaf edilən və səmərəsi real həyatımızla əlaqəli olan fiqhi məsələlərdən biridə qadınların hicab üzərinə məsh çəkməsi məsələsidir. Bəzən elə olur ki, başı açıb məsh çəkmə imkanı olmur. Belə halda baş örtüsü üzərinə çəkilmiş məsh dəstəmaz üçün yetərlidirmi? Bu dəstəmaz səhih olarmı?


Məşhur fiqh ensiklopediyası olan "Əl Kuveytiyyə"də deyilir:

ومما اختُلِف فيه كذلك المسحُ على الخِمار : فقال الحنفية والمالكية والشافعية : لا يجزئ في الوضوء مسحُ المرأةِ خمارَها وحدَه دون مسحِ رأسِها ، إلا إذا كان الخمار رقيقاً ينفُذ منه الماءُ إلى شعْرها ، فيجوز لوجود الإصابة ، لما روي عن عائشة رضي الله عنها أنها أدخلتْ يدَها تحت الخِمار ومسَحت برأسِها ، وقالت : بهذا أمَرني رسولُ الله صلى الله عليه وسلم 
ولأنه لا حرَج في نزْعِه ، والرخصةُ لدفْع الحرَجِ ، ولأنَّ قولَه تعالى : { وامسَحوا برُءوسِكم } , يقتضي عدمَ جوازِ مسْح غيرِ الرأس

"Haqqında ixtilaf edilən məsələlərdən biridə hicab üzərinə məsh çəkmə məsələsidir.
Hənəfilər, Malikilər və Şafilər belə deyirlər: Dəstəmazda qadının başına məsh çəkməyib, öz hicabına məsh çəkməsi yetərsizdir/keçərsizdir.
Ancaq hicab incə olar və su ondan nüfuz edərək saçlarını isladarsa, suyun təması səbəbilə caizdir.
Bunun dəlili Aişədən – radiyallahu anhə - rəvayət edilən hədisdir. O əlini hicabının altına salaraq başına məsh çəkmiş və belə demişdir: Allah Rəsulu – sallallahu aleyhi və səlləm – mənə bu cür etməmi əmr etdi.
Həmçinin hicabın çıxarılmasında (adətən) bir çətinlik yoxdur. Rüxsət isə çətinliyin dəf edilməsi üçündür.
Digər bir dəlil isə uca Allahın bu ayəsidir: "...başlarınıza məsh çəkin..". Bu ayə başdan başqa bir şeyə məshin caiz olmadığını ifadə edir."

Qaynaq: Əl Məvsuatul Fiqhiyyətul Kuveytiyyə: 20/7
Kuveyt: 1404-1427

***

İbn Abdil Bərr İbn Abdil Bərr (368-463 h/978-1071 m) alimlərin çoxuna görə bunun caiz olmadığını belə ifadə edir: 

وقالتْ طائفةٌ مِن هؤلاءِ : يجوز مسحُ المرأة على الخِمار . وروَوْا عن أمِّ سلمةَ زوجِ النبي - عليه السلام - أنها كانت تمسَح على خِمارها
وأما الذين لم يرَوُا المسْحَ على العِمامة ولا على الخِمار فعرْوةُ بن الزبيرِ، والقاسمُ بن محمدٍ ، والشعْبي ، والنخَعِي ، وحمَّادُ بنُ أبي سليمانَ
وهو قول مالكٍ ، وأبي حنيفةَ ، والشافعي ، وأصحابِهم

"Bu alimlərdən bir qrup belə demişdir: Qadının hicabına məsh çəkməsi caizdir. Bu mövzuda dəlil olaraq Nəbinin – aleyhissalam – zövcəsi Ummu Sələmənin öz hicabına məsh çəkməsini rəvayət etmişlər.
Nə çalmaya nə də hicaba məsh çəkməyi caiz görməyənlərə gəlincə adı çəkilən alimlərdir: Urvə bin Zubeyr, Əl Qasim bin Muhəmməd, Şabi, Nəxai, Hammad bin Əbi Suleyman.
Bu həmçinin İmam Malikin, Əbu Hənifənin, Şafinin və onların əshabının görüşüdür."

Qaynaq: İbn Abdil Bərr: Əl İstizkar: 2/219
Qahirə: 1414/1993

***

İmam Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) "Əl Məcmu" adlı şərhində bu haqda deyir:

قال الشافعي في البويطي : وتُدخِل يدَها تحت خِمارِها حتى يقَعَ المسحُ على الشعْرِ 
فلو وضَعتْ يدها المبْتَلَّة على خِمارها قال أصحابنا : إن لم يصِلِ البَلَلُ إلى الشعْر لم يُجزِئها , وإن وصَل فهي كالرجل إذا وضَع يدَه المبْتَلَّة على رأسه إن أمرَّها عليه أجزأه وإلا فوجْهان , الصحيح الإجزاء

"İmam Şafi "Əl Buveyti"də deyir: Qadın əlini hicabının altına salar ki, məsh saça çəkilmiş olsun.
Əgər islaq əlini hicabının üzərinə qoyarsa bu halda əshabımız (şafilər) demişlər: Əgər islaqlıq saça nüfuz etmirsə bu yetərli olmaz.
Yox əgər nüfuz edirsə, bu halda qadın kişi hökmündədir. Beləki kişi islaq əlini öz başına qoyub, sonra əlini saçı üzərində gəzdirsə bu yetərli olar. Əks hal haqqında iki görüş var. Səhih olan bunun da yetərli olduğudur."

Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Məcmu: 1/409-410
İdarətut Tibəatil Muniriyyə

***

Hənəfi imamlarından Muhəmməd Bin Əl Həsən Əş Şeybəni (131-189 h/748-804 m) "Kitabul Asl" adıyla məşhur olar əsərində bu haqda verilən suala cavabən deyir:

قلتُ : أَرَأَيْت رجلا تَوَضَّأ ومسَح على عِمَامَته أَو على قَلَنْسُوَته قال : لا يجْزِيه . قلتُ : فَإِن كَانَت امْرَأَةً فمسَحتْ على خِمارها قال : لا يجزيها

"Dedim: Bir nəfər dəstəmaz alsa və çalmasının və ya qalansuva adlanan papaq növünün üzərinə məsh çəksə bu haqda görüşün nədir? Cavabən dedi: Bu onun üçün yetərli olmaz!
Dedim: Əgər bu qadındırsa və hicabı üzərinə məsh çəkirsə o halda necə? Cavabən dedi: Bu onun üçün yetərli olmaz!"

Qaynaq: Muhəmməd Bin Əl Həsən Əş Şeybəni: Kitəbul Asl: 1/91
İdərətul Quran vəl Ulumil İsləmiyyə

***

Hənəfi fəqihlərindən Alauddin Əl Kəsəni (v. 587 h/1191 m) "Bədəius Sanəi fi Tərtibiş Şərai" adlı nəfis əsərində deyir:

ولا يجوز المسحُ على العِمامة ، والقَلَنْسُوَة ، لأنهما يمنَعانِ إصابةَ الماءِ الشعْرَ ، ولا يجوز مسحُ المرأةِ على خِمارها ، لما روي عن عائشةَ رضي الله عنها أنها أدْخلتْ يدَها تحت الخِمار ، ومسَحتْ برأسِها وقالت : بهذا أمَرني رسول الله صلى الله عليه وسلم , إلا إذا كان الخِمار رقيقاً يُنفِذ الماءَ إلى شعْرِها ، فيجوز لوجودِ الإصابة

"Çalma və qalansuva adlanan papaq kimi geyimin üzərinə məsh çəkmək caiz deyil. Çünki bu kimi şeylər suyun saça nüfuz etməsinə mane olur.
Həmçinin qadının hicabına məsh çəkməsidə caiz deyildir. Bunun dəlili Aişədən - Allah ondan razı olsun - rəvayət edilən hədisdir. O əlini hicabın altına salaraq başına məsh çəkmiş və belə demişdir: Allah Rəsulu – sallallahu aleyhi və səlləm – mənə bu cür etməmi əmr etdi.
Lakin hicab incə olub suyu qadının saçına nüfuz etdirərsə, suyun toxunması səbəbilə caizdir."

Qaynaq: Alauddin Əl Kəsəni: Bədəius Sanəi: 1/108-109
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003

 

Müəllif: 


27-05-2018 02:49:32

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz