Ana səhifə

Bayram və Bayram Namazları


      Bayram sevinc və şadlıq günüdür. Allah hər il bayramlarda insanlara müxtəlif lütflər edir. Qohum-əqrəba ziyarəti, uşaqları sevindirmək, Ramazan bayramında bir aylıq qadağadan sonra qidalanma sərbəstliyi, fitr sədəqəsi, Qurban bayramında həcc ziyarəti, qurban əti bunlardan sayıla bilər.

         Bayram namazı h. 1-ci ildə əmr edilmişdir. Hz Ənəs (Allah ondan razı olsun) belə rəvayət edir. Rəsulullah (sallallahu aleyhi və səlləm) Mədinəyə gəldikdə mədinəlilərin şadlandığı iki gün var idi. Hz. Peyğəmbər aleyhissalâtu vəssəlâm bu iki günün xüsusiyyətini soruşduqda əshabi-kiram: Cahiliyyə dövründə biz bu iki gündə bayram edərdik dedi. Bunu eşidən Allahın Elçisi belə buyurdu:

 “Allah o iki günün yerinə sizə bundan daha xeyiriisini vermişdir. Biri Qurban bayramı, biri də Ramazan bayramıdır.” (Əbu Davud, Səlat, 239: Əhməd İbni Hanbəl, III, 103, 235,)

           Bayram namazlarının əmrolunması Kitab, Sünnə və İcma ilə sabitdir. Qur`ani-Kərimdə:

Rəbbin üçün namaz qıl və qurban kəs  (Kövsər, 108/2.) buyurulur.

           Bu ayədəki namazdan məqsəd qurban bayramı namazı və qurbandır.
       Rəsulullahın (aleyhissalâtu vəssəlâm) iki bayram namazını da qıldırdığı təvatür yoluyla sabitdir. Hz. Peyğəmbərin ilk qıldırdığı bayram namazı hicrətin ikinci ilindəki Ramazan bayramı namazı olmuşdur. İbni Abbas (r.a) Nəbi (sallallahu aleyhi və səlləm) ilə birlikdə qıldırdığı bir bayram namazını belə rəvayət edir:

“Rəsulullah sallallahu aleyhi və səlləm, Əbu Bəkr, Ömər və Osman (Allah onlardan razı olsun) ilə birlikdə bayram namazlarında iştirak etdim. Hamısı bayram namazını xütbədən əvvəl qıldırardılar. Bir dəfə Hz. Peyğəmbər xütbədən sonra endi, sanki ayağa qalxmaq istəyən kişilərin, əli ilə xəbərdar edərək oturmalarını əmr etdiyini gördüm. Sonra səflər arasından Bilal (radıyallahu anh) ilə birgə qadınlar tərəfinə keçdi. Qadınlara Mümtəhinə surəsinin 12-ci ayəsini oxudu:

Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, (qız uşaqlarını diri-diri torpağa gömməyəcəkələri) özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et (Beyət ən üstün idarəçiyə “bağlanmaq üçün and içmək” deməkdir. Yuxarıdakı altı maddə bu andın şərtləridir. Rəvayətə görə bu ayə Məkkənin fəthi günü nazil olmuşdur. Hz. Peyğəmbər kişilərdən sonra qadınlardan da beyət almışdır. Bu ayə və tətbiqat islamın qadınlara seçmə haqqı verdiyini göstərir. Bax: Buxari, Təfsir, 60/2-3.)və Allahdan onların bağışlanmasını dilə! Həqiqətən, Allah bağışlayandır və rəhm edəndir! [Mümtəhinə, 60/12]

Sonra bir qadın camaatın adından Bəli, Ey Allahın Nəbisi! Beyət etdik dedi. Bunu eşidən Hz. Peyğəmbər Sədəqə verin! deyə buyurduqda qızıl, gümüş və başqa zinət əşyalarını Bilalın sərdiyi parça üzərinə qoydular. [Müslim, Salatul-İdeyn, 1.]

         İbn Abbas başqa bir rəvayətdə Hz. Peyğəmbərin qadınlar tərəfə keçmə səbəbini səsini onlara eşitdirə bilməməsi kimi açıqlamışdır.[Müslüm,Səlatul-İdeyn,2.]

          Ümmü Atiyyə (radıyallahu anh) Allah Rəsulunun (aleyhissalâtu vəssəlâm) qadınları bayram namazına təşviq etdiyini belə rəvayət edir:

“Rəsulullah sallallahu aleyhi və səlləm bizə Ramazan və Qurban bayramı namazlarına azad xidmətçi qızları, adətli qadınları və hələ evlənməyən qızları bayram namazı qılınan yerə gətirməyi qadağan etdi. Ancaq adətli qadınlar namaz qılınan yerdən ayrı duracaqlar. İbadətə və müsəlmanların ümumi duasına şahid olmalı idilər. Mən dedim ki, Ey Allahın Elçisi! Bizdən birimizin cilbabı (küçəyə çıxarkən qadınların örtdüyü üst geyim) yoxdursa o, nə etsin? Buyurdu ki, bacısı onu öz paltarı ilə örtsün.

Əbu Səid əl-Xudridən belə deyildiyi rəvayət edilmişdir:

“Rəsulullah aleyhissalâtu vəssəlâm Ramazan və Qurban bayramı günlərində Musallaya çıxardı. İlk gördüyü iş namaz qıldırmaq olardı. Sonra namazdan ayrılaraq insanlar səflər halında ikən onlara qarşı dönərək öyüd-nəsihət, əmr verir, sədəqə verin! deyərdi. Ən çox qadınlar sədəqə verərdi.” [Müslüm, Səlatul-İdeyn, 9: Sənani, Sübulus-Salam, II, 68]

           Bundan əlavə İbni Abbasdan belə rəvayətedilmişdir:

Hz. Peyğəmbər bayram namazlarılnı azansız və iqaməsiz qıldırdı. [Müslüm, Səlatul-İdeyn, 5,6: Əbu Davud, Ədahi, 7, Ədəb, 112, 155: Nəsai, Dahayə, 4: İbn Macə, Ədahi, 12, cihad, 13.]

        Hənəfilərə görə bayram namazlarının keçərli olması üçün lazım olan şərtlər xütbə xaric cümə namazının şərtləri ilə eynidir. Sadəcə xütbə cümə namazında keçərlilik şərti olduğu halda bayram namazında sünnədir. Həmçinin xütbə cümə namazında namazdan əvvəl, bayramda isə namazdan sonra oxunur. Bundan əlavə cümə namazının hökmü fərzi-ayn olduğu halda, bayram namazının hökmü vacibdir.

      Hənbəli məzhəbindəki əsas görüşə görə bayram namazı fərzi-kifayə, Şafii və Malikilərə görə isə müəkkəd sünnədir. [İbnul-Hümam, e.a.ə., I, 422: İbni Abidin, e.a.ə., I, 774: Zeyiai, Təbyinul-Həqaiq, I, 233, vd, Şürünbüləli, e.a.ə., s. 89: İbnu Qudamə, e.a.ə., II, 367, Razi, e.a.ə., 1,118: Züheyii, e.a.ə., II, 363.]

      Şafilərə görə bayram namazının camaatla qılınması daha fəzilətlidir. Lakin təkbaşına xütbəsiz olaraq da qılına bilər. Buna görə yolçu və qadınlar da bu namazı təkbaşına qıla bilərlər.

       Bayram namazının ilk vaxtı günəşin üfüqdən bir və ya iki mizraq boyu qədər yüksəldiyi vaxtdır. Bu vaxtda günəşin doğmasından təqribən 50-55 dəqiqə sonra başlayır və günorta namazından əvvələ qədər davam edər.

       Bayram namazları iki rükətdır. Camaatla və səsli qılınır. Azan və qa- mət oxunmur. İmam “iki rükət Ramazan və Qurban bayramı namazına”, camaat da “bayram namazına, uydum hazır olan imama” deyə niyyət edər. “Allahu əkbər” deyərək iftitah təkbiri alınar və əllər bağlanar. İmam və camaat birlikdə gizli “Sübhanəkə” duasını oxuyar, sonra imam bərkdən, camaat astadan Allahu əkbər deyərək üç dəfə təkbir gətirər. Hər təkbirdə əlləryuxarı qaldırılar sonrayanlara salınaraq hərtəkbirarasında sübhənallah deyiləcək qədər dayanılar. Üçüncü təkbirin arxasından yenə əllər bağlanılaraq imam gizlicə “əuzu bəsmələ”dən sonra səsli fatihə və bir miqdar Quran oxuyar. Səsli Allahu əkbər deyərək rüku və səcdələr edilər. Sonra camaat da gizlicə təkbir alaraq imama uyar. Sonra təkbir alınaraq ikinci rükətə qalxılar. İmam gizli bəsmələdən sonra Fatihə və Qurandan bir miqdar oxuyar. Təkrar üç dəfə əllər qaldırılaraq ilk rükətdə olduğu kimi təkbir alınar, bundan sonra yenə imam səsli, camaat da yavaşdan “Allahu əkbər” deyə təkbir alaraq rüku və səcdələr edər. Sonra oturaraq təhiyyat, salli barik və rabbənə duaları gizlicə oxunaraq, imam və camaatın iki tərəfə salam verməsi ilə namaz sona çatar.

        Belə vəziyyətdə, bayram namazlarının hər rükətində üç əlavə təkbir alınmış olar ki, bu təkbirlərdə vacibdir. Hənəfilər xaricindəki üç məzhəbə görə bu təkbirlər hər rükətdə qiraətdən əvvəl edilir. İmam Malik və Hənbəlilərə görə birinci rükətdə altı, ikincidə beş təkbir, İmam Şafiyə görə isə birincidə yeddi, ikincidə isə beş təkbir alınar. [Zeyləi, Nəsbur-rayə, II, 214: Meydani, Lübab, 1,117 vd: Kasani, e.a.ə., I, 277: Züheyli, e.a.ə., II, 373 vd. Bilmən, e.a.ə., s. 167]

       İmam bayram namazından sonra minbərə çıxaraq oturmadan xüt- bəyə başlayar. Cümə namazındakı kimi iki xütbə oxuyar. Cümə xütbə- sindəki həmdu-sənanın əvəzinə bayram xütbələrinə “Allahu əkbər, Allahu əkbər, La ilahə illallahu vallahu əkbər. Allahu əkbər və lilləhil-hamd təkbiri ilə başlanılar. Camaat da bu təkbirləri imamla birgə oxuyar. İmam Ramazan bayramı xütbəsində camaata fitrə sədəqəsi, Qurban bayramı xütbəsində isə qurban ilə təşriq təkbirləri haqqında məlumat verər. Cümə xütbələrində sünnə olan şeylər bayram xütbələrində də sünnədir. Məkruh olanlar bunlarda da məkruhdur. Bayram xütbələrinin namazdan əvvəl oxunması məkruh sayılır.

      İmam birinci rükətdə bayram təkbirlərini unudaraq Fatihəni qismən və ya tamamilə oxuduqdan sonra xatırlayarsa dərhal təkbir gətirərək fatihəni yenidən oxuyar. Lakin Fatihə və əlavə bir surə oxuduqdan sonra xatırlayarsa yalnız təkbir gətirmək kifayətdir. Fatihə və əlavə surəni yenidən oxuması lazım deyil.

      Bayram namazlarının birinci rükətinin rükusunda olan və imama uyan şəxs bu rükuya yetişmək ümidi varsa, gizlicə ayaq üstə ikən iftitah təkbiri ilə öz məzhəbinə görə əlavə təkbirləri alaraq rükuya gedər. Rükuya çatmayacağını düşünsə iftitah təkbirindən dərhal sonra rükuya gedər. Bayram təkbirlərini rükudaykən əllərini qaldırmadan alar. İmam qalxdıqda təkbirləri bitirməsə də qalxar. Belə vəziyyətdə geridə qalan təkbirlər onun üzərindən düşər. İmam ilə alacağı təkbirlərdə imama uyar, öz məzhəbinə uymasa belə əskik və ya artıq təkbir almaz. Ancaq imamın aldığı təkbir əshabi-kiramdan nəql edilən miqdarı aşarsa, bu təqdirdə imama uyması lazım deyil.

     Bayram namazlarının ikinci rükətinə çatan şəxs birinci rükəti qə- zaya qaldıqda bəsmələ, fatihə və əlavə surədən sonra gizlicə bayram təkbirlərini alar. Bu şəxs çatmadığı rükətdə öz-özünə alacağı təkbirlərin sayında öz məzhəbinə uyar. Çünki bu şəxs qəza etdiyi qismi özbaşına qılmalıdır.

      Bayram namazı ilə cənazə namazı üst-üstə düşərsə öncə bayram namazı qılınar, xütbədən öncə də cənazə namazı qılmaq olar.

      Bayram namazına çata bilməyən şəxs öz başına bayram namazı qıla bilməz. Əgər istəsə dörd rükət nafilə namaz qılar. Bu da duha namazının yerinə keçər.

     Qurban bayramı namazını gecikdirmədən, Ramazan bayramı na- mazını isə biraz gecikdirərək qılmaq müstəhəbdir

     Bayram namazları bir şəhərdə, namazgahda qılına bildiyi kimi bir neçə məsciddə də qılına bilər.

      Bayram güniərində tezdən durmaq, qüsl alaraq misvaklanmaq, ətir sürtərək gözəl paltarlar geymək, Allahın nemətlərinə şükür edərək se- vinmək, qarşılaşdığı mömin qardaşına qarşı gülərüzlü olmaq, daha çox sədəqə vermək, bayram gecələrini ibadətlə oyaq keçirmək müstəhəbdir.

      Ramazan bayramında bayram namazından qabaq xurma kimi şirin bir şey yemək, Qurban bayramında isə bayram namazından qabaq bir şey yeməmək müstəhəbdir.

     Hüreydədən (radıyallahu anh) belə rəvayət edilir:

“Rəsulullah sallallahu aleyhi və səlləm Ramazan bayramında yemək yemədən evdən çıxmazdı. Qurban bayramında isə namaz qılana qədər heç nə yeməzdi." [ Əhməd. İbn Hənbəl, III, 232: Zeyləi, Nəsb, I, 208.]

       Bunun səbəbi əgər qurban kəsmişsə qurbanın ətindən yeməyi gözləməkdir. Qurban kəsmək və ya kəsməmək hökmü dəyişdirmir. Bununla yanaşı namazdan qabaq bir şey yeməkdə də hər hansı bir mənfi hal yoxdur.

       Qurban kəsən şəxsin zilhiccənin ilk on günündə həcc edənlərə bənzəmək üçün dırnaqlarını və saçlarını gec kəsdirməsi məndubdur. Çünki Allahın Elçisi belə buyurmuşdur: “Zilhiccənin ilk on gününə girərkən, sizdən hərkim qurban kəsmək istəyirsə saç və dırnaq kəsməsin”. [İbn Hənbəl, III, 232: Zeyləi, Nəsb, I, 208.]

      Ən fəzilətli olan, həftədə bir dəfə dırnaqları və bığların artıq hissəsini kəsməklə bədəndə təmizlik etməkdir. Bunlar ən gec on beş gündə bir edilməlidir. Qırx gündən çox gecikdirilməsi düzgün deyil.
   Bayram sabahı məscidə ədəb və qürurla getmək lazımdır. Namaza gedərkən Ramazan bayramında gizli, Qurban bayramında da səsli təkbir gətirmək, namazdan sonra mümkündürsə başqa bir yolla evə dönmək məndubdur.

Təşriq təkbirləri

       Qurban bayramının birinci gününə “yövmi-nəhr”, digər üç gününə isə “Əyyamu-Təşriq (təşriq günləri)” deyilir. Bayramdan bir gün əvvəlki günə isə “yövmi-ərəfə (ərəfə günü)” deyilir. Bu, zilhiccənin doqquzuncu günüdür.

      Ərəfə günü səhər namazından etibarən bayramın dördüncü gününün ikindi namazına qədər iyirmi üç vaxt fərz namazın arxasından bir dəfə “Allahu Əkbər, Allahu Əkbər, La İləhə İlləllahu vallahu Əkbər. Allahu Əkbər və Lilləhil Həmcf’ deyə təkbir gətirilir ki, buna da təşriq təkbiri deyilir. [Təşriq iüğətdə ətiəri parçaiayaraq günəşin altına qoymaq mənasına gəlir. Qurban bayramı günlərində ətləri parçalayaraq paylamaq adət olduğu üçün bu ifadə işlədilmişdir.]

      Təşriq təkbirinin mənası: “Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır. Allahdan başqa heç bir ilah yoxdur. O Allah hər şeydən ucadır. Allah hərşeydən ucadır. Həmd, şükürAllaha məxsusdur.”

      Təkbirlərin iyirmi üç vaxt oxunması Əbu Yusufla İmam Muhəmmədin rəyidir. Fətva da buna əsasən verilmişdir. Əbu Hənifəyə görə təşriq təkbirləri ərəfə günü səhər vaxtından bayramın ilk günü ikindi vaxtına qədər olan səkkiz vaxt fərz namazının ardından gətirilər.
       Təşriq təkbirləri bir çox fəqihə görə vacibdir. Sünnə deyənlər də vardır. Əbu Yusufla İmam Muhəmmədə görə fərz namazlarını qılan hər şəxsə bu təkbirləri gətirmək vacibdir. Bu mövzuda təkbaşına namaz qılanla imama uyan, səfərdə olanla bir yerdə yaşayan, kəndli ilə şəhərli, kişi ilə qadın eynidir. Beləliklə bu təkbirlər camaatla da, təkbaşına da əda edilər. Qəza da edilə bilər. Kişilər təkbiri səsli, qadınlar isə gizli gətirər. Vitr namazı ilə bayram namazının sonunda təkbir gətirilməz.

       Əbu Hənifəyə görə isə təşriq təkbirlərinin vacib olması üçün şəxsin, bir yerdə yaşayan azad və kişi olması, namazın camaatla qılınan birfərz namazı olması lazımdır. Buna görə yolçu, kölə, qadın və təkbaşına namaz qılana bu təkbirlər vacib deyil. Ancaq bu sadalananlar bir imama uyarsa camaatla bərabər təkbir gətirərlər. Cümə və bayram namazı qılınmayan kiçik mərkəzlərdə də təşriq təkbiri gətirilməz və cümə günü günorta namazını camaatla qılan üzrlü şəxslərə də vacib olmaz.

      Bir ilin təşriq günlərində qəzaya qalan bir namaz, yenə o ilin təşriq günlərindən birində qəza edilərsə namazdan sonra təşriq təkbiri alınar. Fəqət başqa günlərdə və ya başqa ilin təşriq günlərində qəza edilərsə təşriq təkbiri alınmaz.

      Bir namazda səhv səcdələri ilə təşriq təkbiri və təlbiyə bir araya gəlsə öncə səhv səcdəsi edilər sonra təkbir alınar sonra da təlbiyə edilər. Əgər təlbiyə öncə edilərsə digərləri edilməz. (Təlbiyə üçün həcc mövzusuna baxın).

      Bayram günlərində müsəlmanların bir-birini təbrik etməsi, bir-birilə əl sıxaraq görüşməsi və bir-birinə “Gafərallahu lənə və ləkum (Allah bizi və sizi bağışlasın)” və ya “Təqabbəlallahu minnə və minkum (Allah bizdən və sizdən qəbul etsin)” kimi dualar etməsi məndubdur.



27-07-2014 12:00:00