Ana səhifə

Beyət nədir?


YazdırSend to friend

Beyət: Ulul əmrə bağlılıq sözü vermənin adıdır. Rəsulullah, əhəmiyyətli dini-siyasi hadisələr ərəfəsində, və ya İslamı qəbul edən kəslərlə ilk dəfə görüşdüyündə beyət almışdır. Beyət, ümumiyyətlə əl sıxışma şəklində olmuşdur. Beyətdə əsl olan, qanuni dövlət başçısını tanımaq, özünü ona bağlı hiss etmək və bu hissi həyatının sonuna qədər qorumaqdır. Yoxsa, millətin hər fərdinin dövlət başçısı ilə beyətə həqiqətən qatılması şərt deyil. Beyət, Hz. Peyğəmbərin vəfatından sonra, daha çox siyasi bir xarakter qazanmışdır. "İslam dövlətində idarə edənlə, idarə edilənlər arasında edilən; seçki və ya bağlılıq xarakteri daşıyan sosyo-politik əhd" mənasında istifadə edilmişdir. (1)

 

İlk beyətlər:

Hz. Peyğəmbər (s.ə.s.), hər vəsiləylə Allahın dinini izah etməyə cəhd göstərmişdir. Hz. İbrahimin dinindən qalan və bir ənənə şəklində davam edən həcc mövsümü, Rəsulullah üçün yaxşı bir fürsətdir. Maneə törətmələrə baxmayaraq, həcc mövsümündə ətrafdan gələnlərə dini təbliğ edər, onları tövhidə çağırar. Belə bir həcc mövsümündə, Mədinədən gələn 12 adam Allahın dinini qəbul edərlər. "Allaha şirk qoşmamaq, oğurluq və zina etməmək, uşaqlarını öldürməmək, namus böhtanında olmamaq, bilinən şeylərdə Peyğəmbərə üsyan etməmək" üzrə beyət edərlər. (2)

 

 

Qaynaqlar:

1-Bkz. Çingiz Kallek, T. D. V. İslam Ans. "Beyət" md. VI, 120-122

2-İbnu Hişam, II, 75



19-11-2009 12:00:00