Ana səhifə

Bir hədisdə, "Yer üzündəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin,"-deyilməkdədir. Bu ifadə, Allah üçün bir məkan təyin etmə mənasını vermirmi?


YazdırSend to friend

1. Sözü gedən hədis bütöv şəkildə belədir: "Allah, mərhəmətli olanlara rəhmətlə rəftar edər. Elə isə, sizlər yer üzündəkilərə qarşı mərhəmətli olun ki, səmada olanlar da sizə rəhmət etsinlər. Rəhm (qohumluq bağı) Rəhmandan bir bağdır. Kim bunu qorusa Allah onunla (rəhmət bağı) qurar, kim də qoparsa, Allah da ondan (rəhmət bağını) qoparar." (Əbu Davud, Ədəb 58; Tirmizi, Birr 16)

Hədis, mərhəmətin əhəmiyyətini izah etmək baxımından çox önəmlidir. “Mərhəmətli olanlar” deyərkən ifadənin mütləq buraxılmış olması diqqəti çəkir. Yəni “insanlara” və ya “möminlərə” və ya “salehlərə” və ya “kasıblara” deyə bir qeyd yoxdur. Elə isə söhbət bütün məxluqata qarşı mərhəmətli olmaqdan gedir. Yəni yer üzündə olan saleh-facir bütün insanlara, əhli-vəhşi bütün heyvanlara qarşı göstəriləcək mərhəmət, Rəhmanı, yəni rəhmətinə nəhayət olmayan Allahı məmnun edəcək bir davranışdır.

Allahın mərhəmətli olanlara rəhmət etməsi, onlara lütfkarlığını bol etməsi, çox ikram etməsidir, bağışlamasıdır.

Ancaq bunu da unutmamalıyıq: Rəhmət, Kitab və Sünnətə uyğun olmalıdır. Sünnətə uyğun gəlməyən, Cənabı Haqqın razılığına zidd olan mərhəmət və acımaq, burada təriflənən, təşviq edilən mərhəmət deyil. Məsələn, Allahın hüduduna girən günahları işləyənlərə mərhəmət edərək cəzalarını verməmək, Allahın istədiyi mərhəmət deyil.

2. Hədisdə "göydəkilər də sizə mərhəmət etsin" cümləsindəki "göydəkilər"-dən məqsədin kimlər olduğu barəsində iki görüş vardır:

Birinci görüşə görə burada nəzərdə tutulan Allahdır. Hədisin başında gələn "Mərhəmət edənlərə Rəhman da mərhəmət edər" ifadəsi bu mənanı dəstəkləyir. Əhli-sünnət alimlərinə görə, Allah məkan və zamandan münəzzəhdir. Təbii ki, göydə olmaqdan da münəzzəhdir. Bu kimi ifadələr insanın ağılını, düşüncə quruluşunu oxşamaq üçündür. Çünki, insanlar ümumiyyətlə yer üzünü aşağıda, göyləri isə yuxarıda təsəvvür edir. Yuxarı tərəf ucalığa, böyüklüyə, əzəmətə yaraşır. Allahın mənəvi mövqeyinin əzəmətini dilə gətirərkən, göyləri nəzərə vermək arzu edilən məqsədi daha yaxşı izah edəcək. Necə ki, dua edərkən də əllərimizi göyə doğru qaldırırıq.

Namaz qılarkən, Allaha yönəlmək üçün, zehinlərdə əzəməti yerləşmiş olan Kəbəyə doğru yönəldiyimiz kimi, dua edərkən də- buradakı hədisdə keçdiyi kimi- yüksək bir lütfü ifadə edən Allahın mərhəmətini təsəvvür edərkən, zehinlərdə əzəməti və yüksək mövqeyi qəbul edilən göylərə yönəlmək, məcazi də olsa- insanın cüzi fikrini oxşamaq mənasını verir.

Bəli, rəhmət, şəfqət, mərhəmət, kömək -layiq mövqeyi etibarilə- yuxarıdan enər. Necə ki bir hədisdə "Yuxarıdakı əl, aşağıdakı əldən üstündür" şəklində ifadə edilmişdir. Yuxarıdakı əldən məqsəd, mərhəmət edib kömək edən əl deməkdir. Aşağıdakı əl isə, köməyi alan əldir.

İkinci görüşə görə, hədisdə keçən "göydəkilər"-dən məqsəd, göylərdəki mələklərdir. Necə ki bir rəvayət "Yer xalqına mərhəmət edin ki, göy xalqı da sizə mərhəmət etsin," şəklindədir. (bx. Tuhfetu'l-Ahvezi, əlaqədar hədisin şərhi). Bu rəvayətdə açıqca mələklər nəzərdə tutulmuşdur.

Ayrıca,

 

"Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et! "(Ğafir Surəsi, 40/7)

 

məalındakı ayədə də mələklərin möminlərə mərhəmət etdikləri, bağışlanmaları üçün dua etdiklərini görürük. Bu da bu ikinci görüşün də doğruluğunun bir dəlilidir.



26-04-2011 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz