Ana səhifə

Bir hədisi şərifdə, axırzamanda, insanı qardaşından və atasından ayıracaq fitnələr çıxacağı xəbər verilir. Bu fitnələr nələrdir?


YazdırSend to friend

Bir hədisi şərifdə belə buyurulur:

“İrəlidə böyük fitnələr olacaq, insan o fitnələrdə qardaşından və atasından ayrılacaq. (O zaman) fitnələr kişilərin qəlblərində qiyamətə qədər yayılacaq. Hətta O fitnə zamanında bir kimsə zinakar qadının zinasıyla ayıblanıldığı kimi, Allahın əmrlərinə tabe olmasından ötəri (1) ayıblanılacaq.” (2)

Rəsulullahın (s.ə.v.) bu xəbərinə görə qiyamətə qədər davam edəcək şiddətli fitnələrdə, xüsusilə axır zamanda gələcək fitnədə insanlar düşüncə, fikir, həyatı anlama və şərh etmə, hətta din seçmə barəsində qardaşından və atasından fərqli olacaq. İki qardaş, ata ilə oğul bu barədə eyni dəyərləri paylaşmayacaq. Çünki o zaman fitnə çox geniş yayılacaq, insanlar ailələrindən, ana atalarından qopub, başqa qaynaqlardan təsirlənəcəklər. Çox uzaqlarda ortaya çıxan səhv bir fikir könüldən-könülə, zehindən- zehinə, dildən-dilə yazı ilə və ya başqa yollardan dərhal yayılacaq. Fitnə quş kimi qəlbdən qəlbə uçacaq, zehinlərdə yuva quracaq. Əlbəttə belə kritik və təhlükəli zamanlarda İslamı yaşamaq, mənimsəmək, onu dümdüz şəkildə həyatı boyunca davam etdirmək, çətin olduğu qədər də savablı olacaq.

 

Qaynaqlar:

1. əl-Müfredat s. 61. Bəla, imtahan, çətinlik, mihnət, məşəqqət mənalarına gəlməkdədir.

2. Gümüşhanevi, Əhməd Ziyauddin, Ramuzul-Ehadis, terc. Naim Ərdoğan, İstanbul ty. s. 298-3715 nolu hədis (Nuaym fiten, Tabarani Evsattan); Ayrıca bax. İbni Macə, Məhəmməd b. Yezid.Sunenü İbni Macə I-II, İstanbul ty. II, s. 1306, 1317, 1333 İrəlidə Gələcək Fitnələrlə Əlaqədar Hədis Kitablarının xüsusilə “Kitabul-Fiten” hissələrində bir çox hədisi şərifə rast gəlmək mümkündür.



22-02-2012 12:00:00