Ana səhifə

Bir hədisi şərifdə münafiqin əlamətləri, "Danışınca yalan danışar. Söz verincə sözünü tutmaz. Özünə etimad edilincə xəyanət edər." şəklində ifadə edilər. Buna görə, məsələn, yalan danışan insan münafiq olar?


YazdırSend to friend

Bu hədisi şərifdə böyük bir tərbiyə metodu gizlidir. Hər Müsəlman çox yaxşı bilər ki, yalan danışmaq, sözündə durmamaq, əmanətə xəyanət etmək insanı kafir etməz. Yenə hamımız bilərik ki, münafiq kafirdən daha alçaqdır. Çünki, münafiq həqiqətdə kafir olduğu halda, küfrünü gizləyən, Müsəlman görünən kimsədir. Bu adam İslamın gizli düşmənidir və açıq düşməndən daha təhlükəlidir. Sizi nə vaxt və necə vuracağı naməlumdur.

 

İndi, yalan danışan bir Müsəlmanın belə hiyləgər və gizli bir kafirdən daha aşağı olduğunu söyləmək əlbəttə mümkün deyildir.

 

O halda hədisi şərifdəki incəliyi belə anlayacağıq.

Rəsulullah Əfəndimiz (s.ə.v.) bu sözüylə möminlərə belə bir xəbərdarlıq edir: "Əsla bu günahlara yaxınlaşmayın! Çünki onlar kafirdən daha alçaq olan münafiqin sifətləridir."

 

Bu fövqəladə təsirli bir xəbərdarlıq, bir çəkindirmə metodudur. Bu incəliyi sezməyərək, söz mövzusu günahları işləyən bir mömini nifaqa girməklə ittiham etmək, təkfir kimi böyük bir cinayət və dəhşətli bir zənndir.

 

Təəssüf ki, bu gün, günahkar möminlərin hər sözünü və hər hərəkətini min bir bəhanə ilə küfrə yozan insanlara çox rast gəlirik. Alimlərimiz, ariflərimiz, öndərlərimiz beləmi edirdilər!?..

 

Bu gün İslam aləmi, məlumatlı, fəzilətli və günahkarlara bir şəfqətli ata kimi kədərlənən çalışqan Müsəlman tipinə son dərəcə möhtacdır...

 

İslah nədir bilməyən, xəstəyə söyməyi müalicə sanan, xoşagəlməz, mühakiməsiz, şəfqətsiz tiplər İslamı təmsil edə bilməzlər...

 

Bu nöqtədə bu hədisi şərif bütün möminlər üçün böyük bir irşattır!.. Əbu Hureyre (r.ə.) izah edir:

Rəsulullaha (s.ə.v.), "Ey Allahın elçisi! Müşriklərə qarğış et, onları lənətlə!" deyilmişdi.

 

Bu cavabı verdi:

"Mən rəhmət olaraq göndərildim, lənətləyici olaraq deyil!"



11-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz