Ana səhifə

Bir işdə ixlas olmadan təvəkkül etmək ola bilər?


YazdırSend to friend

İxlas, ümumi bir anlayış olaraq, insanın çöldə sərgilədiyi rəftarın görünüşü ilə içində daşıdığı məqsədin üst-üstə düşməsidir. Dini bir anlayış olaraq da, edilən işin sırf Allah rizası üçün edilməsidir. Bu mənasıyla ixlas, imandakı səmimiyyətin ölçüsüdür. İman nə qədər qüvvətli olsa, ixlas da o nisbətdə qüvvətli olar.

Təvəkkül isə, ümumi bir anlayış olaraq, bir kimsəyə və ya bir şeyə güvənmək, ona söykənmək, onu möhkəm bir vəkil olaraq qəbul etmək mənasını verər. Dini bir termin olaraq da; Allahın Hakim adının bir təzahürü olan var olan səbəblər dairəsində, vəzifələrini yerinə yetirdikdən sonra,  işdə müvəffəqiyyətli olacağını, hər şeyə qadir və sonsuz rəhmət sahibi olan Allahdan ümid etməkdir. Qışda baharı yaratdığı kimi, ən çətin vəziyyətlər də belə bir çıxış yolunu göstərə biləcəyinə inanmaq, ümidini ona bağlamaq, ona güvənməkdir.

Bu şərhlərdən aydın olur ki, İxlas ilə təvəkkül iman ortaq məxrəcində birləşərlər. Təvəkkül ilə ixlas iman günəşinin bir işığıdır, bir nurudur. İmanın olmadığı yerdə ixlas, ixlasın olmadığı yerdə də təvəkkül ola bilməz.

Bütün kainatın qulpu  qənaətində, sonsuz qüdrət və mərhəmət sahibi olduğuna iman edən bir kimsənin Allaha qarşı səmimi, ixlaslı olması qədər təbii bir şey ola bilməz. Deyilə bilər ki, elm insanı iman etməyə istiqamətləndirər; iman marifetullaha, marifetullah ixlaslı olmağa aparar. İxlas isə təslim və təvəkkülə sövq edən bir nuranilikdir.



07-11-2009 12:00:00