Ana səhifə

Bir möminin ölümünə səma ağlayarmı?


YazdırSend to friend

     Hz. Ənəs (ra) nəql edir: "Rəsulullah (aleyhissalatu vəssalam) buyurdular ki:

"Bir mömin üçün mütləq (səmadan) iki qapı var:

Birində əməli yüksələr, digərində də ruzisi enər. Bu mömin ölüncə, hər iki qapı da ağlayar. Bu ayə bu hala işarə edir: 'Nə göy, nə yer onların üzərinə ağlamadı ...' (Duxan, 44/29). "[Tirmizi, Təfsir, Duxan, (3252).]

    Möminə xas olan səma qapısından biri, xeyirli əməllərinin dünyada qeyd edilməsindən sonra, səmadakı qeyd yerinə getməsidir. Əməl sözünün saleh olaraq qeyd olunmamasından, möminin bütün əməllərinin saleh olduğuna bir işarə başa düşülmüşdür . İkinci qapıdan da hissi və mənəvi ruzisinin yer üzündəki müstekarına (mühafizəyə, gözləmə yrinə) endiyi bildirilir.

   Bu qapılar, möminin ölümü ilə ağlayırlar, çünki insanın onlar vasitəsiylə məzhər olduğu xeyiri kəsilmiş olmaqdadır. Bu ifadə Əhli-Sünnə inancına müvafiqdir. Çünki, Bəğavî'nin qeyd etdiyi üzrə:

  Bütün əşya Cənab-ı Haqqı bilməkdə, Ona təsbih etməkdə və qorxu duymaqdadır. Bunu ifadə edən ayələr vardır:

"Onu yeddi qat səma və ərz və bunlarda olan hər şey təsbih edər (sübhanəllah deyər), heç bir şey bu təsbihdən xaric deyildir. Ancaq siz onların təsbihini anlaya bilmərsiniz." (Əl-İsra, 17/44) kimi ...

   Rəsulullah (aleyhissalatu vəssalam)'ın dəlil olaraq zikr etdiyi ayə görünüşdə kafirlərlə əlaqəli, yəni kafirlərin ölümünə "ərz və səma ağlamaz" buyurulur. Ancaq, əks mənası düşünülərsə, "ərz və səmanın möminə ağladığı" mənası təbii olaraq ortaya çıxar. "Bura uşaqlar girə bilməz" cümləsi, "Bura yalnız böyüklər girər" cümləsini də ehtiva edər.

     Bu ayə ilə əlaqədar olaraq Mərhum Bədiüzzaman bu şərhi edər:

"Məfhum-u sarihiyle (açıq-aydın məna) fərman edir ki: 'Əhl-i dalâletin (kafir) ölməsiylə insan ilə əlaqədar olan səmavat və ərz, onların cənazələri üstündə ağlamırlar, yəni: Onların ölməsiylə məmnun olurlar.' Və məfhum-u işarisiylə ifadə edir ki: 'Əhl-i hidayətin ölməsiylə səmavat və ərz, onların cənazələri üstündə ağlayırlar, firaklarını (ayrılıqlarını) istəmirlər.' Çünki: Əhl-i iman ilə bütün kainat əlaqədardır, ondan məmnundur. Zira iman ilə Kainatın Xaliqini bildikləri üçün, kâinatın qiymətini təqdir edib, hörmət və məhəbbət edərlər. Əhl-dəlalət kimi təhqir və gizli ədavət etməzlər. "

"Ey insan, düşün! Sən istər istəməz öləcəksən. Əgər nəfs və şeytana tabe isən, sənin qonşuların, bəlkə qohumların, sənin şərindən qurtulmaq üçün məsrur olacaqlar. Əgər əuzu billahi minəşşeytanirracim deyib Qur'ân'a və Həbib-i Rahmana (Rəsulullaha ) tabe isən o vaxt səmavat və ərz və mövcudat, hər kəsin dərəcəsinə nisbətən, sənin dərəcənə görə sənin ayrılığından mütəəssir olub mənən ağlayarlar. Ülvi bir mâtəm ilə və əzəmətli bir teşyi ilə (yola salmaq), qəbir qapınla girdiyin əbədiyyət aləmində sənin dərəcənə nisbətən sənin üçün bir gözəl gələcək var olduğuna işarə edərlər. " (Bədiüzzaman Səid Nursi, Ləm'alar, 13. Lema)" (Bediüzzaman Said Nursi, Lem'alar, 13. Lem'a)

(bax. Prof. Dr. İbrahim Canan, Kutubu Sittə Tərcümə və Şərhi)

 

Müəllif: 


28-11-2016 05:26:07