Ana səhifə

Bir sıra ətraflar, din ilə fənni iki zidd qütb kimi göstərmə səyindədirlər. Həqiqətən din fənnə qarşıdır?


YazdırSend to friend

Bu məsələ çox istiqamətlidir. Yalnız bir neçəsinə toxunaq.

Haqq din fənnə qarşı ola bilməzDin deyilincə iki ayrı məfhum yada düşür. Biri "haqq din", digəri "batil dinlər". Batil dinlər, ya insanların öz xəyallarından doğan, yaxud bir haqq dinin təhrif edilməsi ilə ortaya çıxan bir sıra axmaq inanclardır. Haqq din isə, bu kainatı qüdrətiylə yaradıb, hikmətiylə və elmiylə tənzimləyən, dünyanı insanlara beşik, günəşi lampa edən, yeri çiçəklərlə, səmanı ulduzlarla təchiz edən Cənabı Haqqın bir əmr və qadağan edər mənzuməsidir.

Haqq kitab, Allahın fərmanı və bu kainat Onun mülkü və məxluqudur. Necə ki bu aləm üçün, "kainat kitabı" deyilmişdir. Hər bir fən bu kitabdan bir səhifənin, bir cümlənin, yaxud bir nöqtənin təfsiri, açıqlanmasıdır. İnsan bədəni bu kitabdan yalnız bir söz. Ondakı hər orqan üçün nə qədər əsərlər yazılmış. Diş, bir tək hərf kimi, ondakı incə sirr üzərində nə qədər araşdırmalar aparılmışdır. Bir hüceyrə, bir atom, bu kainat kitabının bir nöqtəsi hökmündədir. Onların təfsirləri ayrı bir elm qolu olaraq inkişaf etmiş. O halda, aləmdəki hikmətləri təfsir edən və gizli gözəllikləri ortaya çıxaran fənlərin ilahi fərmana zidd olması düşünülə bilməz.

Bəzi ətraflar, fənnin hər kəşfini, dinə qarşı qazanılmış bir zəfər kimi elan edirlər. Bu, fənni inkar edən bir batil din üçün doğru ola bilər. Yaxud Avropanı əsrlərcə fəndən uzaq tutan və "dünya dönür" dediyi üçün Galileyi engizisyon önünə çıxardan kilsəyə qarşı ağlın zəfəri sayıla bilər. Amma, bir Müsəlman bu cür inkişafları: "Allahın qüdrət kitabı olan bu kainatdan bir sirrin daha həll edilməsi" şəklində qiymətləndirər. Və yenə bir Müsəlman, bütün mədəniyyət möcüzələrini insan ağlının bir meyvəsi olaraq görər və bunları, insana bağışlanan istedadın və ona tanınan fürsətin bir nəticəsi olaraq bilər. "Arıya bal etməyi ilham edən, qoyunu süd fabriki edən Cənabı haqq, insan ağlına da belə möcüzə meyvələr verdirir" deyə düşünər. Yeni kəşfləri  eşitdikcə, Allahın elminə və hikmətinə qarşı heyranlığı və heyrəti daha da artar.

 

Din ilə fənnin sahələri

Fən elmləri, ilahi qüdrətlə yaradılmış olan bu kainatdan bəhs edərlər. Din isə, onun yaradıcısını tanıtdırar. Fən, aləmdə heç bir varlığın vəzifəsiz olmadığını isbat edərkən, din insanın da başıboş olmayacağını bildirər və vəzifəsini də "ibadət" olaraq təsbit edər. Fən, bədəni bütün incəlikləriylə ələ alarkən, din o xanada qonaq olan ruha xitab edər. Məsələn, fən gözü araşdırarkən, din nələrə baxılıb nələrə baxılmayacağını təlim keçər.

Qurani Kərim bir fən kitabı deyil, insanları hidayətə irşat və qulluğa dəvət edən ilahi fərmandır. Bundandır ki, ayəti kərimələrdə fənni məsələlərə yalnız işarələr edilmişdir. O ilahi fərmanda bu günki mədəniyyət fənləri açıqca xəbər verilsəydi, insanlıq aləmi əsirlərca bu həqiqətləri ağla sığışdırmayacaq, bəlkə də inkar edəcəkdir. Bu isə, ilahi irşad və xəbərdarlığa, əmr və dəvətə pərdə olardı.

Qaldı ki, haqq kitablarının ən sonuncusu və ən mükəmməli olan Qurani Kərimdə, nə Aya gedilməyəcəyinə, nə təyyarə edilə bilməyəcəyinə, nə də elektrikin kəşf edilməyəcəyinə dair bir tək ayə tapmaq mümkün deyil. İnsanları fəndən məhrum edən bir qadağan da mövcud deyil. O halda, qiyamətə qədər daha nə növ kəşflər edilsə, hansı planetlərə gedilsə, bütün bunların din ilə doğrudan əlaqəsi yox deməkdir.

Məsələnin psixoloji istiqaməti

Gördüyümüz qədəriylə, "Din ilə elm zidd düşərmi, zidd düşməzmi?" Münaqişələrini davam etdirənlərin çoxu ölümü unutmaq, ibadətdən qaçmaq, axirəti düşünmək istəməyən kəslərdir... Onların birindən soruşursunuz:

-Hər nemət bir təşəkkür istər, deyilmi?

-Bəli,

deyə cavab verir.

Davam edirsiniz:

-Bu şükrü etməmək nankorluqdur, deyilmi?

Cavab yenə eyni yolda:

-Əlbəttə!..

-"Çox yaxşı", deyə davam etdirirsiniz danışmanızı, "Saatdakı sürəti yüz min kilometri aşan bu yer kürəsi üzərində səni illərdir gəzdirən, hər nəfəsdə qanını təmizlətdirən, ruhunu ağıl, yaddaş və hissiyyatla..., bədənini də əl, ayaq, mədə, ciyər... kimi maddi orqanlarla təchiz edən Allaha şükr və ibadət etməyin lazım deyilmi?"

Bu sualınız qarşısında nə deyəcəyini bilməyir və

-"Söylə baxım, dinimizə görə tüp uşag edilə bilərmi?" kimi mövzuyla heç əlaqəsi olmayan bir sual atır ortaya. Beləcə məsələni dəyişdirir və sahədən uzaqlaşmaq istəyir. Sanki, siz o suala cavab verə bilməyincə onun Allaha qarşı şükür borcu və ibadət məsuliyyəti qalxacaqmış kimi...

"Din elmə tərs düşərmi, düşməzmi?" mübahisələri altında ümumiyyətlə bu psixologiya yatır. Ümumiyyətlə deyirəm, çünki ədədləri az da olsa, bu kimi məsələləri öyrənmək üçün soruşanlar da yox deyil...



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz