Ana səhifə

"Biz hər şeydən də iki cüt yaratdıq ki, bəlkə, siz düşünüb ibrət alasınız!." (Zariyat, 51/49) ayəsinə görə atom, bakteriya, virus, ilbizin də cütü vardırmı?


YazdırSend to friend

"Yerin bitirdiklərindən, insanların özlərindən və hələ mahiyyətini bilmədikləri şeylərdən bütün cütləri yaradan Allah`ı təsbeh(sbh-subhanallah) və taqdis (qds-müqəddəs, pak) edərəm." (Yasin, 36/36)

"Biz hər şeydən də iki cüt yaratdıq ki, bəlkə, siz düşünüb ibrət alasınız!." (Zariyat, 51/49)

Bu ayələr fərqli şərhlərə səbəb olmuşdur.

Zəvc: Cüt mənasını verdiyi kimi növ və qisim mənasına da gəlir. Allahın aləmi bütün növ və siniflərlə yaratdığını ifadə edər. Bu ayə, cüt anlayışının insanlar kimi bitkilərdə də erkək və dişi ünsürlər ilə mövcud olduğunu, hətta insanların müxtəlif dövrlərdə bilmədikləri bir çox şeylərdə də cüt ünsürün olduğunu ifadə edər: elektrikdə müsbət və mənfi yük, cisimlər arasında itələmə və cazibə qüvvəti, maddənin təməli olan atomlarda müsbət və mənfi elektronlar, bu ayənin möcüzəvi olaraq xəbər verdiyi şeylər arasındadır. Bütün bunlardan məqsəd də, hər şeyi cüt yaradan, bu qədər müxtəlifliyi ilə kainatı yaradan Allah`ın tək olub tay və ortaqdan münəzzəh (qüsursuz,təmiz, pak) olduğunu vurğulamaqdır.

Həqiqətən də, bu gün, maddənin cütlər halında yaradıldığı bilinir. Bir toz zərrəsindən ulduzlara qədər bildiyimiz nə varsa, hamısının özül daşlarını təşkil edən atom parçacıqları və onlardan daha aşağı səviyyədəki parçacıqlar, yaradılarkən daim antimaddələriylə birlikdə cüt olaraq yaradılarlar.

Təfsirçilər "hər şeydən cüt cüt yaratma"nın mənasını açıqlayarkən daha çox"gecə-gündüz, erkək-dişi, yer-göy, insan-cin, iman-küfr, ay-günəş" kimi qarşlıqlı nümunələr üzərində dayanmışlar. Təbəri bunu "Cənab-ı Allah`ın hər yaratdığı ilə yanaşı məqsəd və funksiyası etibarilə ondan fərqli digər ikincisini yaratması" şəklində anlamanın uyğun olacağı qənaətindədir. Yenə Təbərinin izahına görə burada əsas məqsəd Uca Allahın yaratma sifətinə diqqət çəkməkdir. O`nun yaratmasını -məsələn atəşin yandırma xüsusiyyəti kimi- tək nəticəli olaraq hesab etməmək lazımdır, O dilədiyi hər şeyi dilədiyi şəkildə yaratma gücünə malikdir (Təbəri, XXVII/8-9).

Elmalılı Hamdi, bu mövzudakı fikirləri yekunlaşdırdıqdan sonra, Bəyzavinin "hər cinsdən iki növün olduğu" tərzindəki şərhini əvvəlkiləri də içinə alması etibarilə daha əhatəli hesab edir. Bununla birlikdə o, ayədəki "hər şey" ifadəsinin yalnız cinsləri deyil fərdləri də əhatə etdiyini diqqətə alaraq, burada xarici aləmdəkilər ilə onların zehindəki formalarının harmoniyalı şəkildə uyğunlaşmasıyla təcəlli edən idrak hadisəsinə də işarə olunduğu şərhini edər; hər hansı bir şey haqqında meydana gələn şüur hadisəsində bu ikiliyin qaçınılmaz olduğunu, bu ikilik içində birləşdirilmədən heç bir şeyin təsdiq edilə bilməyəcəyini, təfəkkür və təzəkkür (zikr) edilə bilinməyəcəyini, ayənin sonunda yer alan "ki incədən incəyə düşünəsiniz" ifadəsinin də bunu dəstəklədiyini ifadə edər. (bax. Almalılı Təfsiri, VI/4543-4544.)

Ayrıca Yasin 36/36. surəsində,

"Torpağın bitirdiklərindən, özlərindən və daha bilmədikləri nə qədər şeylərdən bütün cütləri yaradan Allah hər cür qüsurdan uzaqdır."

buyurularaq, kainatda insanın bildiyi və bilmədiyi bütün cütləri uca Allahın yaratdığı ifadə edilməkdə və hər birinin paydaşı, tayı, bənzəri, əksi olan bu cütlərin hamısının yaradılmışlıq özəlliyinə, bu səbəbdən bunları yaradanın tək olduğuna diqqət çəkilməkdədir. İnsanların Qur`anın endiyi zaman bilmədiyi bir çox şeydə də cüt yaradılma xüsusiyyətinin olduğu müasir araşdırmalar tərəfindən ortaya çıxarılmış olub bu, irəlidə daha nə qədər varlıq, hadisə və anlayış cütlərinin kəşf edilə biləcəyinin işarəsidir.

Paul Dirac adlı elm adamının atom parçacıqlarının da cüt yaradıldığını, yəni elektron qarşısında pozitronun olduğunu təsbit edib "parite qanunu"nu kəşf etməsi və bu sayədə Nobel Mükafatı qazanması, bu ayədəki məna dərinliyinə işıq tutan bir inkişaf olaraq qiymətləndirilə bilər.

Sualda keçənlərə gəlincə:

Daha əvvəl də atom üçün eyni şey deyilirdi, amma sonra elektronların "müsbət və mənfi" yüklü olduğu görüldü. Zaman keçdikcə Qur`anın möcüzəliyi daha yaxşı aydın olmaqdadır. Quranın bildirdiyi şeylər zamanla daha yaxşı aydın olacaq. Bu səbəblə hələ elmin çata bilmədiyi həqiqətləri dərhal inkar etmək əsla doğru deyil.

Cinsli törəmədə isə, eyni növə aid iki bakteriya yan-yana gələrək aralarında müvəqqəti sitoplazmatik körpü meydana gətirər. Bu körpü vasitəsilə DNT molekulu, tamamilə və ya qismən bir bakteriyadan digər bakteriyaya köçürülər. Bu gen köçürmə hadisəsinə "konjuqasyon"  deyilir. Konjuqasyon hadisəsi ilə yeni xüsusiyyətlərə sahib və mühit şərtlərinə uyğunlaşmış dayanıqlı bakteriyalar meydana gələr. Cinsli törəmədə gen köçürməsi edən bakteriya erkək, geni qəbul edən isə dişi olaraq qəbul edilir. Proses qurtardıqdan sonra bakteriyalar arasında qurulmuş olan sitoplazmatik körpü əriyər.

Viruslar bölünərək törəməzlər. Virusların canlı olub olmadığı mübahisəlidir. Canlı hüceyrəsini tapdığında onun DNT-sini istifadə edərək özünü kopiyalayar.

İlbizin törəməsi üçün də cüt olması lazımdır.

"İlbizlər hermafrodit (Cüt cinsli) canlılardır. Yəni həm dişi və həm də erkəklik orqanı eyni heyvanda olur. Lakin yenə də cütləşmələri lazımdır. Qışdan çıxan ilbizlər yazda gecə gündüz davamlı körpə filizləri yeyərlər. Çox tez inkişaf edərlər. İki ilbiz üz-üzə gələrək üzvləri sayəsində bir-birlərini döllər. Hər il cütləşməyə bilərlər və may ayında cütləşərlər. Bir dəfə cütləşmə ilə bir neçə il yumurtlamağa davam edərlər. Cütləşmə may və avqust aylarında iki dəfədir. Yumurtlama isə bir dəfədir. Burqonya cinsi ilbiz cütləşmədən 12-15 gün sonra, bir başqa növ isə 5-8 gün sonra yumurtlayar.."

   Bütün canlıların cüt yaradıldığı ifadə edildiyi halda, tək hüceyrəli hermafrodit canlıların varlığını necə düşünməliyik? Bu canlılar onsuz da öz bünyəsində, daxilində dişilik və erkəkliyi saxladığı şəklindəmi şərh edilməli?..

   "Hər şeyi cüt (erkək və dişi) yaratdıq" (Zariyat, 49) ayəsinə görə, mələklərdəmi cüt yaradılmışdır? Halbuki mələklərin və bəzi tək hüceyrəli canlıların cinsiyyəti olmur?



21-08-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz