Ana səhifə

Biz Müsəlmanlar olaraq Allahın hökmünü, xilafət və şəriəti gətirməmiz, bu yolda işimiz fərzdir?


YazdırSend to friend

- Bu əsr axırzaman fitnəsinin qol gəzdiyi bir zaman dilimidir. Fitnənin qaynağı isə, əxlaqi çöküntüdür. Bu isə, fərdi tərbiyə ilə mümkündür. Əgər İslam adına ortaya çıxanlar, mükəmməl bir əxlaq potensialına sahib deyilsə, İslam dinini də ləkələmiş olarlar. Bu səbəblə, bütün gücümüzü Quranın universal prinsiplərini, əxlaqi dəyərlərini insanlara öyrətməklə vəzifəli olduğumuzu dərk etməliyik.

- İnsanlığın bu gün ən əhəmiyyətli üç məsələsi vardır:

1. Təhqiqi imana sahib olmaq,

2. Müsəlman cəmiyyətlərin bir bütünlük içərisində beynəlxalq arenada layiq olduğu siyasi, ictimai, iqtisadi həyatdakı yerini alması,

3. Quranın əmr və qadağaları çərçivəsində həyat xəttinə sahib olmaqdır.

Ən əsas məsələ Quranın ortaya qoyduğu dəyərləri öyrənib iman etmək, onları ağıl və qəlbiylə həzm edərək həyata tətbiq etməkdir.

- İslam şəriəti -sanıldığı kimi- əl kəsmək, kimi cəzai-müəyyidələr qoyan bir nizamdan ibarət deyil. Əksinə, “A”-dan “Z”-yə qədər insanların fərdi və ictimai həyatlarını tənzimləyən bir sistemin adıdır. Namaz, oruc şəriət olduğu kimi, yalan danışmamaq da şəriətdir. Gözəl əxlaqa sahib olmaq, insanlara şəfqət göstərmək də şəriətdir. Haqsız yerə insanı öldürməyi qadağan edən Quranın hökmü şəriət olduğu kimi, bir qarışqanı incitməməyi əmr edən də şəriətdir.

- Şəriətin / Quranın / İslamın ortaya qoyduğu hökmlərin yüzdə doxsan doqquzu, fərdi olaraq yaşana bilər növdəndir. Sağlamlıq, müdafiə etmə, təhsil, və s. xidmətlərin hansı şəriətin xaricindədir.

- Bunu çox yaxşı bilməliyik ki, “Hər kəs öz evinin önünü süpürsə bələdiyyəyə ehtiyac qalmaz.”

Şəxsi həyatında təqvayla İslamı yaşamayanların cəmiyyətə verəcəkləri bir şeyləri olmaz.

-Bunu da ifadə etməliyik ki, “Allahın hökmüylə hökm etməyənlər kafir olar.” məalindəki ayənin mənası, “Allahın hökmlərini təsdiq etməyən, ona inanmayan...” deməkdir. Yoxsa, inandığı halda hökm etməzsə ancaq günahkar olar. Çünki, “Yalan sözdən / yalan danışmaqdan çəkinin”- məalindəki ayədə vurğulanan da bir İslam hökmüdür. Yalan danışan kimsə də Allahın hökmüylə hökm etməmiş olar. Yalan danışan kimsəyə kafir deyə bilərikmi?

- Bu gün Müsəlman cəmiyyətləri pərişan hala salan ən əhəmiyyətli faktorlar; cəhalət, ixtilaf və yoxsulluqdur. Bu pərişanlığı ortadan qaldırmaq ancaq, dini elmlər yanında müasir fənn, texnika və texnologiyanı öyrənmək, bunları idxal etməkdən xilas olmaq, bunları milliləşdirmək, bütün məsələləri Allahın razılığını əsas alan bir yanaşma ilə, haqqaniyətin ölçüsü olan Quran və Sünnətin hakimliyində həll etməyə çalışmaq və zəngin qaynaqlarıyla möhkəm iqtisadi əməkdaşlıq qurmaqla mümkündür. Unudulmamalıdır ki, indiki vaxtda ilayı-kəlimətullah(Allahın kəlamını ucaltmaq, yaymaq) maddi cəhətdən tərəqqi etməyə bağlıdır.



04-05-2011 12:00:00