Ana səhifə

Boşanmalarda uşaqların himayəsi, şəriətə görə, kimə aiddir? Əgər qadının ilk əri vəfat edərsə, ərindən qalan uşaqlara baxmaq məsuliyyəti varmıdır?


YazdırSend to friend

 

İslam hüququna görə uşağın himayəsi əvvəlcə qadınlara verilir.Çünki qadın kişilərdən daha şəfqətli və bu barədə daha səbirli, daha bacarıqlıdır. Qadınlardan ilk himayədarlıq hüququna sahib olan şübhəsiz uşağın anasıdır. Hz. Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur:

“Atası məni boşadıqdan sonra indi də qarnımda daşıdığım, döşümdən yedirdiyim və qucağımda böyütdüyüm oğlumu məndən almaq istəyir.” deyə şikayət edən bir qadına “Sən evlənmədiyin müddətcə uşağa baxmaq sənin hüququndur.”  (Əbu Davud, Beyhaqi və hakim rəvayət etmişdir, bx. əl_fiqhul_İslami, VII/720).

Hənəfi və Şafiilərə görə anadan sonra uşağın vəlayətinə ən layiq olan ana tərəfdən nənəsi, ata tərəfdən nənəsi, bacısı, sonra xalası  gəlir.

Bu sıralama fiqh alimləri arasında uzun bir zəncir təşkil edir və sıralamalar fərqli şəkildə göstərilir.(a.k.ə).

Bu cümlədən belə çıxır ki, əvvəlki ərindən qalan uşaqlara, ana-ataları olmadığına görə, onların ana tərəfdən nənələri, ata tərəfdən nənələri və xalalarının saxlaması lazımdır.

Əgər sözügedən qadın ölən əvvəlki ərindən qalan uşaqların doğma anasıdırsa, bu halda başqa baxacaq kimsənin olmaması halında uşağa ananın baxması lazımdır. Əgər uşağın qayğısına qalacaq başqa kimsələr varsa, ananın himayədarlığı və uşağa baxması məcburi olmaqdan çıxır. Ana evlənsə, bu himayədarlıq barəsindəki üstünlüyünü itirir.(a.k.ə.).

Bir qadının  evlənəcəyi kişinin onun uşaqlarını qəbul etmək məcburiyyəti yoxdur. Ancaq uşağa baxacaq başqa bir kimsə yoxdursa, bu məcburiyyət halını alır. Çünki əks halda uşağın zay olması mümkündür. Uşaq sahibi bir kişi ilə evlənən qadının da halı eynidir. Hüquqi baxımdan evləndiyi kişinin uşaqlarını qəbul etmək məcburiyyətində deyil. Lakin uşaqlar baxıma möhtac isə və baxacaq kimsələri də yoxdursa, ediləcək başqa bir şey yoxdur. Ya uşaqlar qəbul ediləcək və ya evlilik baş tutmayacaq.



13-09-2013 12:00:00