Ana səhifə

Bu anda, cəmiyyətdə olan narahatlıq və çətinliklərin həqiqi səbəbi nədir?


YazdırSend to friend

Küfr və inkarın cəmiyyətimizin mənəvi havasının korlamasının, bir çox şübhə, tərəddüd, xurafat və boş sözlərin ürəklərdə və zehinlərdə yer etməsinin ən əhəmiyyətli səbəbi hidayət günəşi olan Quranın və peyğəmbərimizin bolluğundan kafi ölçüdə istifadə edilə bilməməsidir. Hətta bugünkü səviyyəsinə baxmayaraq, fən və texnologiyanın fərd və cəmiyyət həyatında dincliyi təmin edə bilməməsi, ictimai həyatdan şəfqət, mərhəmət, söhbət və ədalət kimi əhəmiyyətli əsasların çəkilib, yerini zülmə, təcavüzə və anarxiyaya tərk etməsi və heç bir fəlsəfi doktrinanın cəmiyyətin bu yaralarını diaqnoz və müalicə edəcək gücə sahib ola bilməməsi, hətta bəzi doktrinaların şəxsən zülm və təcavüzə səbəb olması, İslamın qapısını çala bilməməkdən qaynaqlanmaqdadır.

 

Bəli, ülvi bir həyata namizəd, sonsuz bir xoşbəxtliyə aşiq olan insan üçün, bu əskik və məhdud olan ağıl, kafi və yetkin bir rəhbər ola bilməz. İnsan onunla müəyyən bir nöqtəyə qədər gedə bilər. Həqiqəti tapması, dünyəvi və ührəvi səadətə çatması ancaq peyğəmbərlərə bağlı olması ilə mümkündür.

 

 

Bəli peyğəmbərlər, insanlara Allahın birliyini bildirmişlər, özlərinə tabe olanları Allahı tanıma yolunda irəlilətmişlər və onları Allaha ortaq qoşmaqdan səhv inanclardan qurtarmışlar.

 

O nurani şəxslər, Allahın ad və sifətlərinə ən mükəmməl bir ayna olmuşlar. Allahı haqqıyla sevib ümmətlərinə də sevdirmişlər. Bütün insanlığın yaradıldığı gündən etibarən ən böyük problemi olan Nəçisən, haradan gəlir və hara gedirsən ? suallarına ağılı razı salıcı cavablar vermişlər.

 

Bəli Allah, peyğəmbərləri ən ülvi bir xüsusiyyətə sahib olaraq yaratmış, onların duyğu və qabiliyyətlərini ən gözəl şəkildə özü tərbiyə etmiş, onları bütün insanlığa yol göstərici və təlimçi olaraq göndərmişdir.



15-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz