Ana səhifə

Bu dünyada haqsızlıqlara məruz qalan şəxs bu dünyada mübarizə aparmalı və nə vaxta qədər mübarizə aparmalıdır? Yoxsa o, axirətdə ona haqsızlıq edənlərdən şikayətçi olub onlara haqqını halal etməməlidirmi?


YazdırSend to friend

İnsan başqasına haqsızlıq etməkdən çəkindiyi kimi, başqalarını da haqsızlıq etməkdən çəkindirməlidir. Bu bir vəzifədir. Məlumdur ki, özümüzə və ya başqasına edilən haqsızlığın qarşısını almaqda bəzi İslami ölçülər var. Bunlara tabe olması məsləhətdir.

Məsələn, edilən bir pislik və ya haqsızlıq görüləndə onun əl ilə o da olmasa dil ilə qarşısı alınmalı, o da olmasa qəlbən o haqsızlığa və ya pisliyə qarşı münasibət göstərilməsi Peyğəmbərimizin (sallallahu aleyhi ve alihi ve sellem) bir əmridir. Bu hədis-i şərifi elmli alimlərimiz belə şərh edirlər: Münkəri, yəni pisliyi əl ilə dəf etmək dövlətin və ya digər səlahiyyətli şəxslərin vəzifəsidir, dil ilə dəf etmək isə alimlərin, bu mövzuda məlumatı və biliyi olan kişilərin vəzifəsidir. Əlində bir səlahiyyəti olmayan, o pisliyə, haqsızlığa dil ilə mane olmağa dini biliyi olmayanlar və ya həmin dini biliklərdən məhrum olanlar isə qəlbləriylə qəzəblənməli, müqavimət göstərməlidirlər, yəni o pislik və haqsızlıqlara daxili aləmlərində etiraz etməlidirlər. (eyni zamanda bundan ibrət götürüb özləri də haqsızlıq və pislik etməkdən çəkinməlidirlər).

Buna görə də, bir haqsızlığa məruz qaldıqda onun neytrallaşdırılması, o haqsızlığa mane olmaq üçün səlahiyyətli orqanlara müraciət etməli, o pisliyə mane olma gücünə sahib olanlar varsa onların bu haqsızlıqlara, ümumiyyətlə pisliklərə müdaxilə etməlidirlər. Bütün bunların bir nəticə vermədiyi hallarda isə zülmə, haqsızlığa, ədalətsizliyə, pisliklərə məruz qalanın haqqını tələb etməsi məhşər meydanındakı böyük hesab gününə qalmış deməkdir.

Haqqını halal etmə məsələsinə gəldikdə isə bu bir fəzilətdir. Belə ki, şəxs öz hüququna qarşı edilən təcavüzləri istəyərsə bağışlaya bilər. Mömin qardaşından gördüyü pisliyə qarşı, misli ilə və yaxud daha artıq qarşılıq verməyib bağışlama yolunu tutanlar bunun qarşılığını, dəyərini axirətdə mütləq görəcəklər. Ancaq öz haqlarını tələb etmə hüququ da qüvvədə qalacaqdır. Seçimi isə şəxs özü edəcək.



13-06-2012 12:00:00