Ana səhifə

Cəmiyyətdə görülən pislikləri dövlət önləyər yoxsa fərd?


YazdırSend to friend

Peyğəmbər Əfəndimiz bir hədisi-şəriflərində belə buyurmaqdadır:

“Sizdən hər kim bir pislik görsə, əgər gücü çatırsa əliylə düzəltsin. Çatmazsa, diliylə düzəltsin. Onu da edə bilməzsə, heç olmazsa qəlbiylə buğz etsin. Lakin bu, imanın ən zəif mərtəbəsidir.” (1)

Bəzi alimlər, pisliyi dəf vəzifəsini dövlətin şəxsən “Qüvvət istifadə edərək”, alimlərin “Təbliğat edərək”; fərdlərin isə “Qəlbən buğz (kin-nifrət) etməklə” edəcəklərini bəyan etmişlər.

Necə ki, Fetavai Hindiyyədə “Əmri Bil-Maruf” bəhsində belə buyurulur:

Əmri Bill-Marufu idarəçilər əl ilə, alimlər dil ilə, fərdlər isə qəlb ilə edər.”

Bəli, bir pisliyi qüvvət istifadə edərək dəf etmək dövlətin vəzifəsidir, çünki qüvvət istifadə etmək səlahiyyəti onundur, fərdə verilməmişdir. Qüvvət qanundadır, qanunu tətbiqlə də dövlət vəzifəlidir. Fərdlər öz səlahiyyətlərini aşdıqları təqdirdə buna bir hüdud çəkmək mümkün deyil. Çünki hər qüvvətlidən daha qüvvətlisi də çıxar. Bu isə müxtəlif zülmlərə, anarxiyaya, qarışıqlığa gətirib çıxarar. Məsələn, ölüm cəzasını layiq olmuş bir kimsəni cəzalandırmaq dövlətin vəzifəsi ikən, bu vəzifəni bir fərd öz başına etməyə cəhd edə bilməz.

Fərdlərin qüvvət istifadə etmə xüsusundakı səlahiyyətlərini aşması feli anarxiya doğuracağı kimi, bir alimin etməli olduğu vəzifəni bir cahilin etməyə cəhd etməsi də fikri anarxiya meydana gətirər. Bu da nəticə etibarilə yenə feli anarxiyanı doğurar.

Bir qisim alimlər də bu nöqtədən çıxış edərək sözü gedən hədisi-şərifi belə izah etmişlər:

Bir insan pisliyi gördüyü təqdirdə, onu əliylə düzəltməlidir. Lakin bu kimsə o pisliyi önləməyə müqtədir olsa da, belə bir təşəbbüslə daha böyük bir fitnəyə gətirib çıxaracağını yəqinən bilsə, əl ilə önləməkdən imtina edər, dil ilə, nəsihət yoluyla önləməyə çalışar. Bu vəziyyətdə də yenə bir fitnənin çıxacağını bildiyi təqdirdə bu dəfə heç olmazsa o pisliyə qəlbiylə razı olmaz, buğz edər.

Hədisi-şərifdə keçən “İman Zəifliyi” məsələsini də qısaca izah edək. Bir pisliklə qarşılaşan möminin göstərməli olduğu minimum reaksiya, qəlbən buğz etməkdir. Yoxsa bu hədis, “O münkəri rədd etməyə gücü çatmayan bir möminin imanı zəifdir” şəklində başa düşülməməlidir. Necə ki İmamı Nevevi bu hədisdə zikri keçən “İman Zəifliyi “ məsələsini “savabın nöqsanlığı” olaraq təfsir etmişdir. Yenə bir çox alimlərimiz, hədisdə keçən iman ləfzinə, “Əməl” mənası vermişlər.

Hədisdə keçən “Hər kim” ləfziylə, bu hədisin hər kəsə şamil olduğu məsələsinə gəlincə:

Hər mömin öz səlahiyyət dairəsi içində cərəyan edən pisliyi dəf etməkdən və ya heç olmazsa ona buğz etməkdən məsuldur. Necə ki, bir hədisi-şərifdə belə buyurulmuşdur:

“Hamınız çobansınız, hamınız idarə etdiyi rəiyyətindən məsuldur.” (2)

Ailə rəisi, ailə fərdlərindən; müəllim şagirdlərindən... və nəhayət dövlət, bütöv bir millətdən məsuldur. Bu məsuliyyətin bir cəhəti də rəiyyəti pisliklərdən qorumaq, onların işlədikləri pislikləri dəf etməkdir. Bu məsələdə gərək fərdlər, gərəksə dövlət özünə düşən vəzifəni etməklə mükəlləfdir.

(1) Tirmizi, Fiten, 11; İbnu Macə, Fiten, 20; Əbu Davud, Salat, 242

(2) Buxari, Nikah, 90



04-05-2011 12:00:00