Ana səhifə

Cənabı Haqqın, yetmiş min pərdə arxasında olması, nə deməkdir?


YazdırSend to friend

 

Yetmiş min pərdə, İlahi sifətlərin və adların təcəlli mərtəbələri və məxluqat aləminin təbəqələri mənasını verir. Pərdənin görünməyə mane olma mənası olduğu kimi, görünüş yer mənası da vardır; evimizin pərdələri birinciyə, kino pərdələri ikinciyə misaldır. Sualda keçən pərdə sözü ikinci mənada istifadə edilmişdir. Hər varlıq bir pərdədir, onda Allahın Xaliq (yaradıcı, var edici) adı oxunar. Həyatlar bir pərdədir Muhyi (həyat verici) adını göstərərlər. İlahi ad və sifətlərin sonsuz təcəlli mərtəbələri vardır. Bunların hər biri bir pərdədir.

 

Misal olaraq Hakim adı üzərində qısaca dayanaq: Hakim, yəni hər şeyə nə qədər hikmətlər verən, nə qədər mənalar və faydalar yerləşdirən, deməkdir. Bütün varlıq aləmini tamamilə seyr edə bilməkdən çox uzaq olduğumuza görə, heç olmazsa bu kainatın bir kiçik misalı olan öz varlığımıza baxaq. Saçımızdan dırnağımıza, sinir sistemimizdən qan şəbəkəmizə qədər bütün bədənimiz hikmətlərlə, faydalarla sanki qaynaşır. Gözümüz, qulağımız, dişimiz, dərimiz, iç orqanlarımız hər biri ayrı bir ixtisas sahəsi. Hər biri üçün nə qədər fəaliyyətlər edilmiş, nə qədər təbliğlər edilmiş, nə qədər kitablar təlif edilmişdir.

 

Bu kitablarda ortaya qoyulan hikmətlərin hamısı, Hakim adının insan bədənindəki təcəllisinin təfsiridir. Buna ağlımızı, yaddaşımızı, hiss dünyamızı da əlavə etdiyimizdə maddəmizlə Hakim adına ən gözəl bir ayna olduğumuzu idrak edərik. Yalnız bir insanda belə Hakim adının bu qədər təcəlli mərtəbələri olduğunu görməklə ilahi sənət və hikmətə heyran olarıq. Və anlarıq ki: : "Cənabı Haqq yetmiş min pərdə arxasındadır."

 

Düşüncəmizi, varlıq aləminin digər fərdlərində də dolaşdırmağa çalışarıq. Xəyalımızı səmalara göndərərik. Mələklərə, ərşə, Lövhü Məhfuza çatarıq. Hakim adının bu varlıqların hər birində başqa tərzlərdə və fərqli mərtəbələrdə təcəlli etdiyini görər və yenə eyni həqiqətə çatarıq: "Cənabı Haqq yetmiş min pərdə arxasındadır."

 

 

 

Süfrəmizə düzdüyümüz nemətlərdə Allahın Rəzzaq adını çox kiçik bir pərdədə oxuya bilərik. O anda üç dörd neməti, yenə üç dörd adam yeməkdədir. Şəhərimizdəki yüz minlərlə insanı, süfrələri başında xəyal etsək, Rəzzaq adını daha geniş bir pərdədə seyr etmə imkanı taparıq.

 

Bu yüz minləri, milyardlara çevirək. İnsanlar aləminə, bir milyonu aşan heyvan növünü də əlavə edək. İçində olduğumuz zamanı genişlədək; keçmiş əsrləri düşünək, gələcək nəsillərə nəzər edək. Hər dəfə bu ilahi adın təcəllilərini daha geniş bir dairədə tamaşa etmiş olarıq.

 

Rəzzaq adı kimi bütün adların da belə ən kiçik dairədən, ən geniş dairələrə qədər nə qədər təcəlliləri var.

 

 

Cənabı Haqqın, yetmiş min pərdə arxasında olması bizə bu dərsi də vermiş olur: İnsanın acizliyi, qüsuru, cahilliyi qısacası bütün nöqsan sifətləri də o yetmiş min pərdənin qisimlərindəndir.

 

Alaaddin Bacar (prof. Dr.)

 



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz