Ana səhifə

Cənnətdə Allahı görmək olacaq? Allahı görmək haqqında İslam alimlərinin fikri necədir?


YazdırSend to friend

Allahın yaratdığı bu kainatdan, yenə Onun verdiyi bədən ilə istifadə edən insan, özünü bu qədər gözəlliklərə qərq edən Rəbbini görməyi əlbəttə çox istəyir. İnsan ürəyinə yerləşdirilən bu arzunun cavabı cənnətdə veriləcək və beləcə insan, cənnət ləzzətlərində ən çox görülən ləzzəti görəcək. Allahı görmək haqqında çox münaqişələr cərəyan etmişdir. Onları burada açıqlamayacayıq. Əhli sünnə alimləri görmənin haqq və caiz olduğuna, mahiyyətinin isə bilinə bilməyəcəyinə ittifaq etmişlər. Dəlalət təriqətlərindən olan Mutəzilə məzhəbində isə Allahı görmək qəbul edilmir.

Hər şeyi ağılla həll etməyə çalışan insan, Allahı görməyin necə olacağına da az baş yormuş deyil. Həqiqətdə isə bu sahə ağlın deyil, ürəyin; düşüncənin deyil, zövqün sahəsidir. Şübhəsiz, ağılda nəsə anlamaq, bəzi ipucları tutmaq və məmnun olmaq istəyir. Allah Rəsulunun (s.ə.s.) ifadəsiylə, “Gözlərin görmədiyi, qulaqların eşitmədiyi və insan ürəyinə gəlməmiş” bir aləm olan cənnəti və ən böyük bir ilahi rəhmət olan Allahı görməyi, bu dünyada necə anlaya bilər və necə qavraya bilərik? Amma insan ağlı rahat dayanmır. Başqa aləmdə veriləcək və ancaq orada görülə biləcək bir həqiqətin ağıllı izahını bu dünyada istəyir. Nur külliyyatından Sözlərdə “Göz bir xassədir ki, ruh bu aləmi o pəncərə ilə seyr edər.” buyrulmaqda, ruhun başqa aləmləri bu gözə möhtac olmadan da seyr edə biləcəyinə işarə edilər. Bunun ən gözəl örnəyi yuxu hadisəsidir. Məsnəvi Nuriyyədə isə “Ruhu cismaniyyətinə qalib olan övliyanın işləri, hərəkətləri, sürəti ruh mizanıyla cərəyan edər.” buyrular. Bilindiyi kimi, istiqamət ancaq bədən üçündür. Ruh üçün ön, arxa, sağ, sol kimi sözlər istifadə edilməz. O halda, ruh bədənə daxil olunca istiqamət verən çıxar və ruh, hər tərəfi birlikdə görə bilər. Necə ki, Allah elçisi (s.ə.s.), arxadan gələnləri də eyniylə öndəkilər kimi rahatlıqla görərdi. Cənnət əhlinin ruhları bədənlərinə qalibdir. Bir anda bir çox məkanda birlikdə ola bilərlər. Və yenə cənnət əhlinin görmələri də bu dünyadakından çox fərqli bir səviyyədədir. Aralarında kölgə ilə əsl qədər fərq vardır. Dünyada yalnız maddi əşyanı görə bilən insan gözü qəbirdən etibarən artıq mələkləri görməyə başlayacaq.

Buna bir də, görməkdəki ilahi yaxınlığın nuru əlavə olunduğunda, o kamil ruh, o anda bir bolluğa düşər və Rəbbini məsafədən və şəkildən uzaq bir keyfiyyətlə seyr edərək, özündən keçəcək və o bəxtiyar qul, cənnətdən əldə etdiyi zövqlə müqayisə edilməyəcək qədər bir həzzi, Rəbbini görməsiylə dadacaq, məst olacaq.

Ustad Bədiuzzaman həzrətləri, vəhdətul-vücud üçün, “Tövhiddə coşqudur.” buyurur. Bu fani aləmdəki görmə, eşitmə, yemə, içmə qısacası hər şey, əbədiyyət yurdundakılara görə ancaq kölgə dərəcəsində qaldığı kimi, bu dünyadakı mənəvi coşqu halının əsli də təriflərə sığmaz bir ülviyyət ilə, Allahı görmə hadisəsində özünü göstərəcək. Allahı görməni müjdələyən bir ayədə: “O gün neçə-neçə üzlər sevinib güləcək.” (Qiyamət Surəsi, 22) buyrular.

Əsrimizin böyük alimlərindən Əlmalılı Həmdi Yazar, bu ayənin təfsirində belə buyurur: “Əhli sünnə alimləri bunu “Allahı görmə” mənasında anlayaraq axirətdə möminlərin Allahın Camalını görəcəyini isbat etmişlər. “Məni əsla görə bilməzsən.” (Araf Surəsi, 143) ayəsinə dayanan Mutəzilə də bunu “gözləmə” mənasında şərh etmişlər. Halbuki məqsədinə çatmayan gözləmənin nəticəsi sevinc deyil, kədər olacağından burada yalnız gözləmə mənasının doğru ola bilməyəcəyini izah edər. “Araf Surəsi 143-cü ayədə keçən “Məni əsla görə bilməzsən.” Cavabı, görmə tələbində olan Musa (ə.s.)a deyilmişdir. Qiymətli elm və fikir adamı Əhməd Ovu Bəy, Musa (ə.s.)ın Allahı görməyi tələb etməsini Allahı görməyə dəlil olduğunu bəyan edər və buyurar ki: “Allahı görmə imkansız olsaydı, Musa (ə.s.) belə bir tələbdə olmazdı.”

Əhməd Ovu bəy, Allahı görmə halında adamın özündən keçəcəyini, özündə varlıq adına bir şey qalmayacağını, ilahi yaxınlığa qərq olacağını ifadə edərək cənnətdəki Allahı görmə üçün əhəmiyyətli işarələr verir.

Allahı görmə ilə əlaqədar bir ayədə: “Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar!” (Yunus Surəsi, 26) ayədə keçən “çox” sözünü, Allah elçisi (s.ə.s.), “rəhmanın camalına nəzər” şəklində təfsir etmişdir.



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz