Ana səhifə

Çalğılı musiqilərin dinlənilməsi barəsində hədislər və İslam alimlərinin görüşləri nələrdir?


YazdırSend to friend

Qur'ân-ı Kərim'də səs sənəti olaraq "musiqi" anlayışını ifadə edən xüsusi bir kəlimə və anlayış yoxdur. Ancaq musiqinin məzmunu, icrası və nəticələrinə aid olan və bu xüsuslarda təməl ölçü sayılacaq qaydalardan söz edən bir çox ayət-i kərimə yer almaqdadır. Bu qaydaları bu şəkildə ifadə edə bilərik:

Hədis qaynaqlarında Rəsulullah sallallahu aleyhi və səlləm'dən müxtəlif şərhlər və tətbiqatlər nəql edilməkdədir. Bunların bir qismi səhih, bir qisimi zəifdir. Səhih rəvayətlərdə Rəsulullah Aleyhissalatu Vassəlam`ın musiqini Qur'ân-ı Kərimdə bildirilən ölçülər işığında dəyərləndirdiyi, dini baxımdan təhlükəli gördüyü musiqi icralarını qadağan etdiyi, dini baxımdan hər hansı bir xətər, xoşagəlməzlik görmədiyi musiqi icralarına da icazə verdiyi, hətta şəxsən özünün də bu kimi musiqiləri dinləyib səhabələrini təşviq etdiyi ifadə edilməkdədir.

Əsərlərində musiqi mövzusuna yer verən alimlər bu barədə fərqli fikirlər irəli sürmüşlər. Bu mənada, kimi İslâm alimləri musiqini tamamilə haram sayma yoluna getmiş, kimisi məkruh demiş kimisi də musiqinin tamamilə mübah olduğunu müdafiə etmişdir. Bütün bunlarla yanaşı musiqini müxtəlif yönləriylə təhlil edərək müsbət / mübah olanını, mənfi / haram olanından ayırd etməyə çalışaraq, gərək məzmun gərəksə icrasında dinin təməl qaydalarına zidd olmayan və insanlarda müsbət nəticələr doğuran musiqiyə icazə verib, bu xüsusiyyətləri daşımayan musiqini haram sayanlar da olmuşdur. Əsasən qaynaqlar diqqətli araşdırıldığı zaman musiqini haram, məkruh və ya mübah sayan alimlərin demək olar ki hamısı mövzunu bu baxımdan ələ alıb araşdırdıqları görüləcəkdir. Bu da alimlərin musiqini içində yaşadıqları cəmiyyətlərin sosial-mədəni strukturuna görə dəyərləndirdiklərini göstərməkdədir.

İslam alimləri ümumi olaraq musiqini öncə Qur'an-ı Kərim və Hədisi-Şəriflər baxımından ələ almış, sonra da bunun icra edilmə formasıyla yanaşı faydaları və zərərləri üzərində də dayanaraq izah və şərhlər vermişlər. Bu şərh və mövqeləri dörd qisimdə dəyərləndirmək mümkündür:

I. Ümumi olaraq haram sayanlar,

II. Ümumi olaraq halal sayanlar,

III. Ümumi olaraq məkruh sayanlar,

IV. Hər musiqi növünü xüsusi olaraq dəyərləndirib, şərhlərini, bunların icra olunma şəkli, məzmunu və nəticələrinə görə edənlər.

I. Musiqini Ümumi Olaraq Haram sayanlar

Bəzi alimlər növü və məzmunu nə olursa olsun "musiqi" anlayışına aid olan hər cür səs sənətini haram hesab etmişlər. Bu xüsusdakı bəzi görüşlər və dəlilləri bunlardır:

A. Qur'an-ı Kərim

1. "İnsanlardan elələri vardır ki, insanları fərq etdirmədən və heç bir məlumata dayanmadan Allah yolundan sapdırmaq və dini lağ etmək üçün boş söz və əyləndirici sözlər (ləhvə'l-hədîs) satın alırlar. Məhz onlar üçün xor və alçaq edici bir əzab vardır." (Loğman (31), 6)

Tirmizî'nin Əbu Ümamə əl-Bâhilî'dən nəql etdiyinə görə Hz Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

"Müğənni qadınların alqı və satqısı, onlar üzərindən pul qazanmaq və onların qarşılığında alınan ücrətlər (pul) halal deyildir. Allah Təâlâ'nın bu sözü onlar haqqında nazil olmuşdur: "İnsanlardan elələri vardır ki ... " (Tirmizî, Buy'u, 51; Beyhəqi, Sünən, IV, 14; Vahidi, Əsbâbu'n-Nüzul, Beyrut, ts, 260.)

İmam Qurtubi (ö. 671/1273), müfəssirlərin bu mövzudakı görüşlərini nəql etdikdən sonra: "Bu mövzuda ən doğru görüş, "Ləhvə'l-Hədis" dən məqsədin musiqi olduğunu ifadə edən görüşdür. Hz Peyğəmbər sallallahu aleyhi və səlləm və əshab-ı kiramdan nəql edilən görüşlər də bunu dəstəkləyir" deməkdədir. (Ahkamu'l-Qur'ân, XIV, 53)

İbn Ərəbi (ö. 543/1148) "Ləhvə'l-Hədis" in şərhində "musiqi və çalğı alətləri", "batil olan hər şey" və "darbuka" şəklində üç ayrı görüş olduğunu söylədikdən sonra, ən doğru görüşün "Ləhvə'l -Hadis" dən məqsədin "batil olan hər şey" olduğunu müdafiə edən ikinci görüş olduğunu ifadə etmiştir (Ahkamu'l-Qur'ân, III, 1481-1482)

Muhamməd Həmdi Yazır (ö. 1361/1942) isə mövzunu belə xülasə edir: "Təfsir alimlərinin bir çoxu "Ləhvə'l-Hədis" i musiqi ilə təfsir etmişlərsə də tədqiqatçıların seçimi ayənin zahiri gərəyi ümumi bir məna ifadə etməsidir. Bununla bərabər burada əsl məzəmmətin hikməti bununla izah edilmişdir: "Bilmiyərək Allah yolundan sapdırmaq və onu lağa qoymaq." Yəni sapdırdığını hiss etdirmədən, etdiyi işin aqibətini sezdirmədən dini və əxlaqı pozmaq və Allah yolu və onun haqq diniylə əylənmək üçün. (Haqq Dini Qur'ân Dili, V, 3839)

Ayənin musiqinin haramlılığına dəlil olaraq irəli sürülməsinə qarşı çıxan İmam Qəzali bu mövzudakı fikirini belə ifadə etməkdədir: "Din qarşılığında, Allah yolundan sapdırmaq üçün "Ləhvə'l-Hədis" satın almaq haramdır. Bu mövzuda mübahisə yoxdur. Hər çalğı, dinin qarşılığında satın alınmışdır və Allah yolundan saptırıcıdır da deyilə bilməz. Ayədən məqsəd da budur. Bir adam Qur'an-ı Kərim'i belə Allah yolundan sapdırmaq üçün oxuyarsa haram işləmiş olar." (Qəzali, əhya, VI, 164)

B. Hədis-i Şəriflər

Hər növ və çeşidiylə musiqinin haramlılığını müdafiə edənlər bu barədə bir çox hədis irəli sürmüşlər. Bunlardan bir qismi səhih, bir qisimi zəif digər bir qisimi da uydurmadır. Zəif və uydurma hədislər fiqhi məsələlərə təməl təşkil edəməyəcəklərindən, burada bunlardan səhih olanlarının başlıcaları üzərində duracağıq.

Əbu Hureyrə (r.ə.) 'dən rəvayət edilmişdir:

"Hz Peyğəmbər sallallahu aleyhi və səlləm it ticarətinimüğənni qadının (Zəmmârə) qazancını qadağan etmişdir." (Beyhaki, Sünən, VI, 126; Bəğavi, Şərhu`s-Sünnə, VIII, 22-23.)

Nafi`dən rəvayət edilmişdir: "İbn Ömər bir gün zurna səsi eşitdi. Barmaqlarıyla qulaqlarını tıxayaraq yoldan çəkildi və "Ey Nâfi 'bir şey eşitmirsən?" dedi. Mən "Xeyr" dedim. Bunun üzərinə barmaqlarını qulaqlarından qaldırdı və "Mən Hz Peyğəmbər (sas) ilə bir yerə idim. Bunun kimi bir şey eşitdi və eynilə belə etdi." dedi. (Əbu Davud, Ədəb, 60, Bəyhaqi, Sünən, X, 222; Şuab, 5120.)

Hənəfi fəqihlərindən İbn Abidîn (İbn Âbidîn, Hâşiyətü Rəddü'l-Muxtar, V, 306) ilə Hənbəli fəqihlərindən İbn Qudâmə (Muğnî, XII, 41.) bu hədisləri çalğı alətlərinin haram olduğuna dəlil olaraq zikr etmişdir.

Başqa bir rəvayət də belədir:

"Şübhəsiz ki, AllahRəsulu (s.ə.s.), içki, qumar, təbil və davul qadağan etmişlər." (Beyhəqi, Sünən, X, 222.)

Hədislərin ehtiva etdiyi mövzular nəzərə alındığında musiqinin hamısını haram sayma mövzusunda dəlil qəbul edilən bu hədislərin əsas mövzusunun çalğı alətləri, müğənni qadınlar (kaynə) ağıtından ibarət olduğu görüləcək. Zeylai kimi bəzi alimlər bu hədisləri musiqinin hamısını qadağan edici mahiyyətdə şərh etmişlərsə də, İmam Qəzali, Kəmâlüddin İbn Hümam (ö. 861/1457), Abdülğanî Nablusi (ö. 1143/1731), İbn Abidin (ö. 1252/1836), Taqiyyüddin Sübqî, Rəmli, İbn Hazm və Şövqânî kimi digər bir qisim alimlər bu kimi hədisləri şərh etmişlər. Edilən şərhlərin xülasəsi belədir:

Hədislərin əsas mövzuları içkili, qadınlı, içində bir çox haramın işləndiyi meyxana əyləncələrindən (ləhv) ibarətdir. Bu da gərək çalğı alətləri gərəksə digər musiqi növlərinin haram olması, alətlərin və musiqinin özləri ilə əlaqədar bir xüsus olmayıb, bunlarla haram işlənməsi ya da haram işlənən mühitlərdə çalınmalarından dolayıdır. Dolayısıyla bu âlətlər halal və mübah əyləncələrdə, içinə başqa bir haram qarışdırılmadan istifadə olunarsa caizdir. Onunla yanaşı başqa haramlar işlənərsə, "Harama səbəb olan şeyin özü də haram olar." qaydası gərəyi caiz olmazlar. (Qəzali, Əhya, VI, 142-144; İbn Hümâm, Fəthul-Qədr, VI, 482; Nablus, Îdâhû'd-Delâlât, Süleymaniyyə Ktp., Əsəd Ef., Nr., 1762/1, vr., 7a-b, 8a-b, 9a, 11a, 27a, 28A; İbn Âbidîn, Hâşiyət-ü Rəddi'l-Muxtar, V, 305, 307; Şövqəni, Nəylü'l-Əvtar, VIII, 113-119; Sübkî, Təkmilə, XX, 230; Rəmli, Nihayətü'l-Muhtâc, VIII, 298; Muhalla, VII, 567.)

Ağı (nalə-fəryad) mövzusunda isə demək olar ki bütün alimlər Rəsulullah sallallahu aleyhi və səlləm`dən nəql edilən bütün hədislərdə saçı-başı yolmaq, üz göz çırmaq şəklində icra edilən və qədərə üsyan mənası daşıyan ağıların qadağan edildiyini ifadə etmişlər.

II. Musiqini Ümumi Olaraq Mübah sayanlar

Bəzi alimlər musiqinin ümumi mənada halal olacağı fikirini irəli sürərək müxtəlif dəlillər irəli sürmüşlər. Bu barədə irəli sürülən dəlilləri və şərhlərini belə yekunlaşdıra bilərik:

A. Qur'ân-ı Kərim

Musiqinin ümumi mənada mübah olduğunu ifadə etdiyi söylənən ayələrin başlıcaları bunlardır:

1. Qur'ân-ı Kərim'də musiqinin bir cənnət neməti olduğu ifadə edilmiş və möminlər buna həvəsləndirilimiş. Dolayısıyla ümumi olaraq musiqi halaldır. Rum (30) 15'də belə buyurulmaqdadır:

"iman edib saleh əməl işləyənlər, bir bağçada nemətlənər və nəşələnərlər (yuhbərûn)." (Rum (30), 15.)

Yahya b. Kəsir, Əvzai və Vaq'î, ayədə keçən yuhbərûn kəlməsini "zövq və musiqi" olaraq təfsir etmişlərdir. (Təbərî, Cami'u'l-Bəyan, X, 173; Əbu Hayyan, Bahru'l-Muhît, VIII, 380.)

Bəzi alimlər ayənin bu şəkildəki şərhini əsas alaraq musiqinin ümumi mənada mübah olacağını ifadə etmişlər.

Oxşar bir yanaşma Yasin 55`də yer alan "Həqiqətən, bu gün, cənnətliklər əyləncəylə məşğuldurlar." məalındakı ayət-i kərimənin şərhində sərgilənmişdir.

2. "O Allah yer üzündəki hər şeyi sizin üçün yaratmışdır." (Bəqərə (2), 29.)

"Allah sizə haram etdiyi hər şeyi açıqlamışdır." (Ənam (6), 119.) tərcüməsindəki ayət-i kerimeler.

İbn Hazm bu ayələrdə yer üzündə var olan bütün varlıqların insanın faydalanması üçün yaradıldığı və haqqında xüsusi bir qadağan edici nas (dəlil) olmadığı müddətcə də bunların halal olacağını; haqqlarında xüsusi qadağa olan şeylər arasında musiqi deyə bir maddənin olmadığını ifadə etmiştir.(İbn Hazm, Muhalla, VII, 559) Daha sonra İbn Hazm mövzuya birbaşa ya da bilvasitə aid olan digər nasları da nəzərə alaraq bu şərhi etmişdir:

"Bununla yanaşı, əməllər niyyətlərə görədir. Kim musiqini Allah'a üsyan etmək üçün dinləyərsə o fasiqdir. Bu qayda musiqidən başqa şeylərə də aiddir. İbadətini daha rahat əda edə bilmək və xeyr işlərində daha fəal ola bilmək üçün istirahət məqsədilə musiqi dinləyən insna isə, bununla Allah'a ehsan üzrə itaət etmiş sayılır. Bu kimi şəxslərin musiqi dinləməsi isə haqqdır, doğru bir işdir. Kim də nə ibadət, nə də günah məqsədi olmadan musiqi dinləyərsə o da fayda ya da zərəri olmayan bir işlə (ləğv) məşğul olduğundan Allah tərəfindən bağışlanar. Bu növ musiqi dinləmək, istirahət üçün bağçaya çıxmaq və ya qapısının önünə oturmaq, paltarları müxtəlif rənglərə boyamaq kimi bir şeydir. " (İbn Hazm, a.k.ə, VII, 567.)

B. Hədis-i Şəriflər

1. Aişə'dən (Allah onda razı olsun) rəvayət edilmişdir:

"Bir gün Əbu Bəkir (Allah ondan razı olsun) yanıma gəldi. Ənsardan iki qız mənim yanımda Buas günü ənsarın söylədiyi mərsiyələri söyləyirdilər. Lakin bunlar peşə olaraq müğənni deyildi. Əbu Bəkir (ra) "Hz Peyğəmbərin evində şeytan çalğısımı?" deyə əsəbləşdi. O gün bayram günü idi. Hz Peyğəmbər sallallahu aleyhi və səlləm: "Ey Əbu Bəkir! Hər millətin bir bayramı vardır. Bu gün də bizim bayramımızdır." buyurdu.

İmam Qəzali və İbn Qudâmə əl-Makdisi bu hadisə əsaslanaraq musiqinin əsasən mübah olması gərəkdiyini ifadə etmişlərdir. (Qəzali, Əhya, VI, 153; İbn Qudâmə, əl-Muğnî, XII, 41-42.)

2. Hz Aişə (ra)'dən gələn digər bir rəvayət də belədir: "O, bir qadını Ənsardan biri ilə evəndirdiyi zaman Hz Peyğəmbər (sas) belə buyurmuşdu: "Ey Aişə! Toyunuzda əyləncə yox idi. Halbuki Ənsar əyləncədən xoşlanır." ( Buxârî, Nikâh, 63; Ahməd b. Hanbəl, Müsnəd, VI, 269; Bəğavî, Şərhu’s-Sünnə, IX, 49)

3.Hakim'dən gələn bir rəvayətdə: "Çünki Ənsar əyləncəni sevər." buyurulmuşdur. (Hâkim, Müstədrək, II, 200, nr. 2749; Beyhaqî, Sünən, VII, 288..)

Hakim hədisin Şeyxeyn (Buxari və Müslim) şərtlərinə görə səhih olduğunu söyləmiş, Zəhəbi də bu təsbitin doğru gördüyünü ifadə etmiştir. (Hâkim, Müstədrək, II, 200..)

4. Âmir b. Sa'd'dən nəql edilmişdir: "Bir toy münasibətiylə Karaza b. Kab və Əbu Məs'ûd əl-Ənsârî'nin yanına getdim. Kiçik bir qız uşağı mahnı söyləyirdi. Mən: "Siz Rəsulullah (sas)'ın yoldaşları və Bədir əshabından olduğunuz halda, sizin yanınızda bunlar (necə) edilir?" dedim. Onlar: "İstər bizimlə qalar, istər gedərsən. Bizə, toyda əylənməyə, müsibət anında da ağlamağa icazə verildi." dedilər (Nəsâî, Nikah, 80; Tahâvî, Şərhu Məânî'l-Âsâr, IV, 294; Beyhaqî, Sünən, VII, 289; İbn Hacər, əl-Mətâlibü'l-Aliyyə, II, 54.).

İbn Həcər hədisin ravilərinin etibarlı kəslər olub isnadının səhih olduğunu ifadə etmiştir. (İbn Hacər, Mətâlib, II, 54; Cüdey', Əhâdîs-ü Zəmmî'l-Gınâ, s., 50.)

5. Tirmizidəki rəvayət isə belədir: "Nikahı elan edin. Onu məscidlərdə edin. Nikahda dəf çalın."  (Tirmizî, Nikah, 6.)

İbn Həcər Mühəlləb'dən bunu nəql edir: "Bu hədis toyların, dəf və mübah olan musiqi ilə elan edilməsinin caiz olduğunu göstərməkdədir. Cəmiyyətdə öndər sayılan bir adamın mübahlıq sərhədini aşmadıqca, əyləncəli toylara qatılması da bu hədisə görə caizdir." (Fəthu'l-Bârî, XIX, 244.).

Aynî, "Bu hədis toyların, dəf və mübah olan musiqilərlə elan edilməsinin caiz olduğunu göstərməkdədir" (Umdətü'l-Qârî, XVI, 330. ) deyərək öz görüşünü ifadə etdikdən sonra ət-Təvdîh adlı əsərdən bunu nəql etmişdir: "Alimlər toy yeməyində dəf və s. alətlər müşayiətində əylənmənin (ləhv) caiz olduğunda ittifaq etmişlər. Hədislərdə xüsusilə toy üzərində durulması isə, nikahın elanı və hüququnun sabit olması üçündür. (yəni hər kəs onların evləndiyinə şahid olsun)" (Umdətü'l-Qârî, XVI, 345.)

ğavi (ö. 516/1122)'nin şərhi da belədir: "İmam deyir ki: "Toyu elan etmək və toyda dəf çalmaq müstəhəbdir ""Mən də deyərəm ki: Toy və sünnə toylarında dəf çalmaq bir icazədir." (Şərhu's-Sünnə, IX, 47, 49.)

6. Sələmə b. Əqva'dan rəvayət edilmişdir: "Hz Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə Xeybərə yola çıxmışdıq. Gecə gedirdik. Karvandan bir adam Âmir b. Əqva'a (Amir şairliylə bilinən bir adam idi) "Bizə bildiyin şeylərdən bir şeylər söylə, dinləyək. " dedi. Âmir dəvəsindən enərək bunu oxumağa başladı:

"Ey Allahım! Sən olmasaydın, biz hidayət tapa bilməzdik.

Sədəqə verib, namaz qıla bilməzdik.

Hər şeyimiz sənə fəda olsun, bizi bağışla.

Düşmənlə qarşılaşsaq, ayaqlarımız sabit qıl.

İçimizə hüzur və güvən ver.

Biz, çağrlınca gedərik.

Səsləndikcə yardıma çatarıq. "

Peyğəmbər sallallahu aleyhi və səlləm "Kim bu sürücü?" dedi. "Âmir b. Əqva'" dedilər. Peyğəmbər (s.a.s.) "Allah onu əsirgəsin." buyurdu.(Buxârî, Məğâzî, 38; Ədəb, 90; Diyât, 17; Müslim, Cihad və Siyər, 123; Beyhaqî, Sünən, X, 227.)

Bu xüsuslarla əlaqədar olaraq alimlərin şərhləri qısaca belədir: Normal zamanlarda musiqi dinləmənin hökmü:

Hədislər və fiqh qaynaqlarının hamısında musiqi dinləməyin bəzi səbəblər dolayısıyla və müəyyən qaydalar çərçivəsində caiz olacağı yönündədir. Ancaq bu qaynaqlarda bildirilən savaş, toy, hacı qarşılama, yolçu qarşılama, bayram və s. səbəblərin xaricində normal zamanlarda istirahət ya da əylənmə məqsədiylə musiqi dinləmənin caiz olub olmayacağı məsələsinə da yer verilmişdir. Bu barədə Hənə alimlərindən Haskəfi, Kâsânî, Zeylaî, Molla Hüsrev, Damad və İbn Âbidîn belə demişlər: "İnsanın qeyri məşru əyləncə (ləvh) məqsədi güdmədən, tənhalığını aradan qaldırma məqsədiylə, öz-özünə musiqi söyləməsində bir günah yoxdur." (Zəylaî, Təbyînü’l-Hakâik Şərh-u Kənzü’d-Dəqâiq, Mısır, 1313, IV, 222; VI, 14; Molla Hüsrəv, Dürər, II, 380; Dâmâd, Məcma’, II, 190; Haskəfî, Dürrü’l-Muxtâr, IV, 591; İbn Âbidîn, Hâşiyətü Rəddi'l-Muxtâr, IV, 592; Kâsânî, Bədâ'î, VI, 269.)

 Yenə İbn Âbidîn, toy, qazi və yolçu qarşılamaq kimi qeyri məşru əyləncə (ləhv) şəklində olmadığı təqdirdə, baraban (təbil) və dəf çalmaq üçün barabançı ya da dəfçi kiralamaqda bir günah olmayacağını ifadə etməkdədir. (İbn Abidin, Hâşiyətü Rəddi'l-Muxtâr, V, 46.)

III. Musiqini Ümumi Olaraq Məkruh sayanlar

Musiqini ümumi olaraq, hər çeşit və növü ilə haram ya da mübah sayanlarla yanaşı bir də onu məkruh sayanlar var.

Hənəfi məzhəbi alimlərindən Zeylaî, Damad, Haskəfi və İbn Âbidîn əsərlərində musiqinin ümumi olaraq məkruh olduğunu ifadə edən görüşlərə yer vermişlər. Bu məsələ ilə əlaqədar adı keçən əsərlərdə yer alan ifadələr belədir:

İmam Əbu Yusuf'a toylar istisna olmaqla, bir qadının, fasiqliyə səbəb olocaq bir şey olmadan uşağına dəf çalmasının hökmü soruşulduğunda onun, "Onu pis görmürəm, ancaq ifrat oyuna (la'bu'l-fâhiş) səbəb olan musiqini xoş qarşılamıram." şəklində cavab verdiyi nəql edilməkdədir. (Âləmgîr, Fətâvây-ı Hindiyyə, Mısır, 1310, V, 351; Şiləbî, Hâşiyət-ü Təbyîn, VI, 13; Aynî, Umdə, V, 369.)

IV. Musiqinin Haram ya da Mübahlığını Şərtlərə Bağlayaraq Şərh edənlər:

Musiqini təməldə haram ya da halal qəbul edərək qiymətləndirən alimlərlə yanaşı, növünə, icra olunma şəklinə və icra edənlər ilə dinləyənlər üzərindəki təsirlərinə baxaraq dəyərləndirən alimlər də vardır. Əsasən aparılan təhlillər diqqətlə araşdırıldığında demək olar ki bütün alimlərin musiqinin haram ya da halallığını müəyyən şərtlər altında qəbul etdikləri görünəcəkdir. Bu bölümdə alimlərin bu xüsusdakı təhlillərini və üzərində dayandıqları şərtləri nəql etməyə çalışacağıq.

Musiqini təməl prinsip olaraq haram sayanlar halal ola bilməsi üçün şərtlər irəli sürərkən, təməldə musiqini halal sayanlar haram ola bilməsi üçün şərtlər irəli sürmüşlər.

A. Musiqini Əsasən Haram Sayanların halallıq üçün şərtləri

1. Zeylaî, Molla Hüsrev, Damad, Haskəfi, Kasani və İbn Abidin başda olmaq üzrə demək olar ki bütün Hənəfi alimləri, əyləncə (ləhv) məqsədi güdmədən şəxsin tənhalığını aradan qaldırması məqsədilə öz-özünə mahnı söyləməsinin caiz olacağını söyləmişlərdir (Zeylaî, a.g.e., IV, 222; VI, 14; Molla Hüsrev, a.g.e., II, 380; Dâmâd, a.g.e., II, 190; Haskəfî, a.g.e., IV, 591; İbn Âbidîn, a.g.e., IV, 592; Kâsânî, Bədâ'î, VI, 269.).

2. Zeylaî, Aləmgir, Damad, İbn Abidin və digərləri. şeir qafiyələrini və gözəl danışmağı öyrənmək məqsədilə musiqi ilə məşğul olmaqda bir günah görməmişlərdir. (Zeyla'î, a.k.ə., IV, 222; VI, 14; Âləmgîr, Fətâvây-ı Hindiyyə, V, 351-352; Dâmâd, a.g.e., II, 190; İbn Âbidin, a.k.ə., IV, 592; V, 305)

 3. Haskefî'yə görə toylarda (Haskəfî, a.k.ə., IV, 591-592), və ziyafətlərdə (Dâmâd, a.k.ə., II, 190; İbn Âbidîn, a.k.ə., IV, 592 ) musiqi oxumağın bir günahı yoxdur.

Xülasə olaraq Hənəfî məzhəbi alimlərinin görüşü belədir: Hənəfî məzhəbinin öndə gələn muhaqqiqlərindən (həqiqəti araşdıran)

İbn Hümâm (ö. 861/1457), nəticə olaraq:

"Haram olan musiqi, sözlərində, həyatda olan müəyyən bir kişi və ya qadının təsviri, içki, meyxana və s. yerlərə həvəsləndirici sözlər, müəyyən bir Müslüman və ya zimmî'ni pisləyən ifadələri hitiva edən musiqidir." (İbn Hümâm, Fəthü'l-Qadir, VI, 482; İbn Âbidîn, a.k.ə., V, 305.) dediyi halda;

Abdülgani ən-Nablusi (ö. 1143/1731):

"Musiqi, musiqi olduğu üçün haram deyildir. Belə olsaydı bütün coşdurucu gözəl səslərin də haram olması gərəkirdi. Bu isə yanlışdır. Əksinə musiqinin haram olması, əyləncə (ləhv) xüsusiyyəti daşımasından dolayıdır. Çünki musiqilə əlaqədar nəql edilən hədislər ümumiyyətlə əyləncə (ləhv) şərt ilə qeyd olunur. Bu qeydin olmadığı hədislər də, ümumi məzmuna görə şərh olunur. Dolayısyla musiqinin haram ola bilməsi üçün, gərək mahnı gərəksə çalğı alətlərinin əyləncə (ləhv) xüsusiyyəti daşıması şərtdir. Əyləncə (ləhv) xüsusiyyəti daşımayan musiqi haram ola bilməz." açıqlamasına yer vermiş; (Îdâh, vr., 7a-b, 8a-b. 9a, 11a, 27a-28a.)

İbn-i Abidin (ö. 1252/1836) də:

"Çalğı alətləri (âlətu'l-ləhv) zatından, özündən dolayı haram (haram li aynihi) deyildir. Əksinə ya dinləyəndəki və ya istifadə edəndəki bəzi xüsusiyyətlərdən dolayı haram olar. Haram və ya halal olması bunlardan biriylə təsbit edilər. Diqqət edilirsə bu alətlərin çalınması, dinleyənin niyyətinə görə bəzən haram bəzən də halal olmaqdadır. Ümumi bir qayda də vardır ki: "İşlər məqsədlərinə görədir." deyərək Nablusi ilə eyni görüşləri paylaşmışdır. (İbn-i Abidin, Hâşiyetü Rəddi'l-Muxtar, V, 307)

Bu əsaslara, dəlillərə görə Hənəfi məzhəbi, dini vəzifə və məsuliyyətləri əngəlləməyən, söz və ya icrasında haramlara xüsusilə də zinaya təşviq və təhrik ünsürü olmayan, ictimai etibar və inamı zədələməyən, əxlaqsızlara, qarşı cins (qadın-kişi) və ya fərqli din sahiblərinə özenti ehtiva etməyən musiqi növlərindən istifadə etmədə bir sakınca görməməkdədir. Hətta İmam Kâsânî insan üzərində müsbət təsirləri olan musiqilərdən istifadə etmənin gərəkliliyinə diqqət çəkmişdir.(Kâsânî, Bədâî, VI, 269)

Ancaq İmam Əbu Yusuf həddindən çox musiqilə məşğul olmağın doğru olmayacağını ifadə etmişdir.(Alemgir, Fətâvây-ı Hindiyyə, V, 351; Şiləbî, Hâşiyət-ü Təbyin, VI, 13; Ayni, Umdə, V, 369.)

Hənəməzhəbində, hakim görüş, qadınların normal zamanlarda belə səslərini yüksəltmələrinin (Dürər, II, 380.) müğənniliyi peşə əldə etmələri və yad kişilərin eşidəcəyi şəkildə mahnı söyləmələrinin haram olduğu, uşaqlarına layla söyləmələrinin caiz oluduğu yönündədir.(Tahavi, Müxtəsər Tahavi, s., 435; Kudûrî, (mukayyed), s., 177; Haskəfi, Dürrü'l-Muxtar, IV, 591-592; Səraxsi, Məbsut, XVI, 132; Zeyla'î, Tebyin, IV, 221-222; Merginani, Hidayə, III, 123; Molla Hüsrev, Dürər, II, 380; İbrahim Hələbi, Mültəkâ, s, 112; Alemgir, a.g.e., V, 351; Şilebî, a.g.e., VI, 13; Eyni, a.g.e., V, 369.), 

(Bəhlul Düzənli, İslam baxımından Musiqi)



22-07-2015 12:00:00